Bizə yazın

Baku

-°C

USD

-

Əli Nağıyevin doğum günüdür

Cəmiyyət 08 Noyabr 2026, 23:48

1050

Bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin doğum günüdür.

CityPost.az  bildirir ki,Nağıyev Əli Nağı oğlu 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb.

Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb.

1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib.

2011-2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib.

Mükafatlar

Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 40 nömrəli Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı;

Azərbaycan Respublikası Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə "Azərbaycan Bayrağı" ordeni;

Azərbaycan Respublikası Prezidentinin 25 mart 2004-cü il tarixli 140 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı;

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli 672 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı;

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni;

Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 1952 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni;

Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli  Sərəncamı ilə "Zəfər" ordeni.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb.Citypost.az  xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yola saldılar.

08 Noyabr 2026, 22:27

Bu dövlət qurumları birləşdiriləcək?

Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydaları və standartlarının tətbiqini Maliyyə Nazirliyi həyata keçirəcək. Bir çox ölkələrdə gömrük və vergi xidmətləri Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Azərbaycanda da sovet dövründə vergi xidməti bu nazirliyin tərkibində olub, sonradan müstəqil quruma çevrilib.Gələcəkdə Azərbaycanda da gömrük və vergi xidmətlərinin Maliyyə Nazirliyinin tabeliyinə verilməsi gözlənilirmi? ABŞ başda olmaqla bir sıra inkişaf etmiş ölkələrdə tətbiq olunan bu idarəetmə modeli nə dərəcədə effektivdir və onun Azərbaycanda tətbiqi məqsədəuyğun olarmı?CityPost.az  xəbər verir ki,Demokrat.az-a bu barədə danışan iqtisadçı Natiq Cəfərli söyləyib ki, Azərbaycanda bu tipli struktur dəyişiklikləri çox olub. Onun sözlərinə görə, ilk növbədə, ölkədə...

08 Noyabr 2026, 22:18

TƏCİLİ! Türkiyə mediası Əliyevlə bağlı mühüm XƏBƏR YAYDI

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak edəcək.CityPost.az  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Qeyd edək ki, Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi COP31 konfransı Antalya şəhərində təşkil olunacaq.

08 Noyabr 2026, 20:31

Zakir Həsənova nə olub?

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov koronavirusa yoluxub.CityPost.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı Şuşaya gələn türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ona məlumat verib.Müdafiə Nazirliyini türkiyəli heyətlə görüşdə Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev təmsil edib.

08 Noyabr 2026, 20:23

Generalların qucağındakı əkizlər kimdir? - FOTO

Noyabrın 8-də Hərbi Memorial Məzarlıqda keçirilən anım mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin qucağında görüntülənən əkiz uşaqların kimliyi məlum olub.CityPost.az  Oxu.az -a istinadən xəbər verir ki, əkizlər Cəlilabad rayonunun Şiləvəngə kəndindən olan şəhid Elvin Şükürlünün qazi qardaşı, mayor Elnur Şükürovun övladlarıdır.Əkizlərdən birinə şəhid əmisi Elvinin, digərinə isə Qarabağ müharibəsi veteranı olan babası Azadın adı verilib. ...

08 Noyabr 2026, 20:22

Prezidentin sosial media hesablarında Ərdoğanla Şuşadakı görüşündən paylaşım edilib - VİDEO

Prezidentin sosial media hesablarında Ərdoğanla Şuşadakı görüşündən paylaşım edilib.Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentləri 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündə Şuşada görüşüblər.CityPost.az paylaşımı təqdim edir:The Presidents of Azerbaijan and Türkiye met in Shusha. https://t.co/aeBNxqAO6X— Ilham Aliyev (@presidentaz) November 8, 2026

08 Noyabr 2026, 19:54