Bizə yazın

Baku

-°C

USD

-

Səhər Əhməddən tədris olunan əsərlərlə bağlı ÇAĞIRIŞ

Cəmiyyət 16 Noyabr 2026, 09:55

280

Yazar Səhər Əhməd məktəb dərsliklərində tədris olunan ədəbi əsərlərin şagirdlərin yaş xüsusiyyətlərinə uyğun seçilməsi ilə bağlı müzakirələrə münasibət bildirib.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Səhər Əhməd qeyd edib ki, Mirzə Cəlil və Seyid Əzimin yaradıcılığını yaxşı tanıyır, onların əsərlərini təbliğ edib, eləcə də Mopassanın yaradıcılığına bələddir. Lakin onun fikrincə, müzakirənin əsas mahiyyəti yazıçı və şairlərin yaradıcılığı deyil, həmin əsərlərin hansı yaş qrupuna aid şagirdlərə tədris olunmasıdır.

Yazar bildirib ki, indiki orta məktəb auditoriyası əvvəlki dövrlərdən fərqlənir. Məktəblərdə müxtəlif inanclara malik ailələrin övladları təhsil alır, bəzi şagirdlər isə dərsin gedişini pozmaq üçün müxtəlif suallardan və mübahisəli məqamlardan istifadə edə bilirlər. Belə vəziyyətdə müəllimlərin çətin durumda qaldığını vurğulayıb.

Səhər Əhmədin sözlərinə görə, Mirzə Cəlilin “Qurbanəli bəy” əsəri dərslikdə onsuz da ixtisarla təqdim olunur və içki səhnəsinin də çıxarılması, yaxud alternativ əsərlərin seçilməsi mümkün idi.

O, Seyid Əzimin pedaqoji fəaliyyətinə də diqqət çəkib. Qeyd edib ki, şair özü məktəb açsa da, şagirdlərinə “Guş qıl” müxəmməsini tədris etməyib, onlar üçün dərsliklər hazırlayıb. Buna görə də yazar hesab edir ki, Seyid Əzimin əxlaqi-didaktik əsərlərinə dərsliklərdə daha çox yer verilməlidir.

Səhər Əhməd yeniyetmələrin Seyid Əzimin “Meydə həqq nurunu gör” misrası ilə tanış edilməsinin zəruriliyini də sual altına alıb.

“Əzizlər, mən filoloqam, Mirzə Cəlili də, Seyyid Əzimi də hamıdan çox təbliğ etmişəm, Mopassanı da bilirəm. Söhbət onların yaradıcılığından getmir, söhbət şagirdlərin yaşının nəzərə alınmasından gedir”, – deyə yazar paylaşımında bildirib.

Turan

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən həftə 182 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.Bu barədə Citypost.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 182 yanğına çıxış, 44 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 61 nəfər xilas edilib, müxtəlif...

16 Noyabr 2026, 09:40

Firuz Mustafadan cəmiyyətə irad: “Özünü gah Rusiyada, gah da İranda hiss edirsən”

Əməkdar incəsənət xadimi, yazıçı və filosof Firuz Mustafa Azərbaycanda dil və geyim məsələləri ilə bağlı diqqətçəkən paylaşım edib.O, bu barədə sosial şəbəkə hesabında yazıb.Firuz Mustafa qeyd edib ki, yaxınlıqdakı orta məktəbdən çıxan şagird və müəllimlərin rus dilində danışması onda Rusiyanın hansısa əyalət şəhərində olduğu təəssüratını yaradır. Digər tərəfdə yerləşən ticarət mərkəzində isə qızların hicablı, oğlanların saqqallı olması ona İranın hansısa ostanını xatırladır.Yazıçı bu mənzərəni paradoks kimi qiymətləndirərək İran və Azərbaycandakı dil və geyim məsələləri arasında ziddiyyətə diqqət çəkib.O bildirib ki, İranda çoxsaylı soydaşlarımız ana dili uğrunda mübarizə aparıb, bu yolda həyatlarından keçiblər. Eyni zamanda, həmin ölkədə çadrasından və hicabından imtina...

16 Noyabr 2026, 08:45

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;4. Babək prospekti, mərkəz istiqamətində;5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;7. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur....

16 Noyabr 2026, 08:43

Magistral yollarda görünüş məsafəsi azalacaq – XƏBƏRDARLIQ

Avtomobil yollarında vəziyyət açıqlanıb.Citypost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, noyabrın 16-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

16 Noyabr 2026, 08:12

Kənan Rövşənoğlu: “Türkiyə cəmiyyəti tarixə ideoloji baxışdan çıxa bilmir”

Türkiyədə əsas müzakirə mövzusu Haluk Bilginerin "Türk sineması" deyil, "Türkiyə sineması olmalıdır" deməsi və islamçı jurnalistin 10 noyabr Atatürkün anım günü ilə bağlı sözləridir. Əslində, daha ciddi problematik mövzular var, amma ənənəvi olaraq bu cür mövzular hər şeyi üstələyir. Çünki cəmiyyət həssas və qırılqandır. Daxili milli bütünlük möhkəm deyil. Bunu mən praktikada 25 il əvvəl yaşamışdım. Demək 90-cı illərin sonlarında Səid Nursinin həyatından bəhs edən kitab əlimə keçmişdi. Kitabı yeni oxuduğum vaxtlarda bir yaxın tanışın evində məclisdə Atatürk liseyinin iki müəllimi ilə tanış oldum. Söhbətləşdik və mən təbii ki, Türkiyə "gerceklərini" bilmədiyim üçün müəllimlərə Səid Nursinin kitabından bəhs etdim. Hiss etdim ki,...

16 Noyabr 2026, 01:00

Qənirə Ataşovadan ABŞ-dakı vəziyyətlə bağlı açıqlama: “Bu qədər panikaya ehtiyac yoxdur”

ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkələrdə Amerikada baş verən hadisələrlə bağlı yayılan xəbərlərin yaratdığı ajiotaja münasibət bildirib.O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlara baxdıqda insanda elə təəssürat yaranır ki, sanki ABŞ-da dünyanın sonu yaxınlaşır. Lakin onun sözlərinə görə, bu qədər təşvişə düşməyə ehtiyac yoxdur və gündəlik həyat öz axarında davam edir.Qənirə Ataşova bildirib ki, insanlar sosial şəbəkələrdə gördükləri hər məlumatı həqiqət kimi qəbul etməməli, yayılan xəbərlərə daha soyuqqanlı yanaşmalıdırlar.O, amerikalıların alış-veriş vərdişlərinə də diqqət çəkərək qeyd edib ki, ABŞ-da insanlar ərzaq və digər gündəlik tələbatlarını çox vaxt həftəlik və ya...

16 Noyabr 2026, 00:34