Borca görə həbs olunmaq mümkündürmü? – Vəkildən icra bildirişi alan vətəndaşlara vacib AÇIQLAMA
Hüquq 16 Noyabr 2026, 10:00
345
Vətəndaşların bir qismi borc və digər öhdəliklərlə bağlı məhkəmə qərarından sonra icra orqanlarından bildiriş alarkən ciddi narahatlıq keçirir. Xüsusilə bildirişdə 10 gün ərzində borcun könüllü şəkildə ödənilməsi, əks halda məcburi icra tədbirlərinin görüləcəyi, hətta inzibati və cinayət məsuliyyəti yarana biləcəyi qeyd olunduqda insanlar həbs olunacaqlarından ehtiyat edirlər. Maddi imkanı olmayan, işsiz qalan və ya müəyyən səbəblərdən borcunu vaxtında ödəyə bilməyən şəxsləri isə bir sual düşündürür: borcu ödəmək imkanının olmaması insanın azadlıqdan məhrum edilməsinə səbəb ola bilərmi?
Vəkil Bəhruz Seyidov Citypost.az-a açıqlamasında bildirib ki, ilk növbədə borcun ödənilməməsi ilə məhkəmə və digər səlahiyyətli orqanların qərarlarının icrasından qərəzli şəkildə yayınma hallarını bir-birindən fərqləndirmək lazımdır. Onun sözlərinə görə, şəxsin sadəcə maddi imkansızlıq səbəbindən borcunu ödəyə bilməməsi avtomatik olaraq həbs olunması demək deyil.
Vəkil qeyd edib ki, borca görə azadlıqdan məhrumetmə ümumi qayda olaraq yolverilməzdir. Bu prinsip beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapıb. Belə ki, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs yalnız müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu müddəa borclunun maddi imkanının olmamasını cinayət və ya həbs üçün müstəqil əsas kimi qəbul etməyə imkan vermir.Lakin bu, icra sənədləri üzrə yaranan bütün öhdəliklərin və icra məmurunun qanuni tələblərinin nəzərə alınmaması demək deyil. Vətəndaş məhkəmə qərarı və ya digər icra sənədi əsasında müəyyən edilmiş öhdəliyi yerinə yetirmədikdə, qanunvericilikdə nəzərdə tutulan məcburi icra tədbirləri tətbiq oluna bilər. Bu tədbirlərə borclunun əmlakına yönəlmiş icra hərəkətləri, qanunla müəyyən edilmiş qaydada gəlirlərdən tutulmalar və digər məcburi tədbirlər daxil ola bilər.
Bəhruz Seyidovun sözlərinə görə, icra orqanından bildiriş alan şəxslər sənəddə göstərilən müddətə və tələblərə xüsusi diqqət yetirməlidirlər. Bildirişdə borcun könüllü ödənilməsi üçün müddət müəyyən edilibsə, həmin müddət ərzində öhdəliyin yerinə yetirilməsi və ya icranın mümkün olmamasının səbəblərinin müvafiq qaydada izah edilməsi vacibdir. Çünki icra məmurunun qanuni tələblərinə münasibət sonrakı hüquqi qiymətləndirmədə əhəmiyyət daşıya bilər.
Hüquqşünas diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Burada əsas məqam şəxsin sadəcə borclu olması deyil, icra məmurunun qanuni tələbinin üzrsüz səbəbdən icra edilməməsidir. Yəni hər bir gecikmə və ya ödənişin həyata keçirilməməsi avtomatik olaraq həmin maddə ilə məsuliyyət yaranması demək deyil. Hadisənin konkret halları, şəxsin davranışı və tələbin yerinə yetirilməməsinin səbəbləri araşdırılmalıdır.
Vəkil bildirib ki, məsələ bəzi hallarda cinayət məsuliyyəti müstəvisinə də keçə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi qanuni qüvvəyə minmiş məhkəmə aktının qərəzli olaraq icra edilməməsinə və ya onun icrasına maneçilik törədilməsinə görə məsuliyyət nəzərdə tutur. Bu normanın tətbiqi üçün sadəcə borcun ödənilməməsi kifayət etmir. İcra hərəkətlərindən qərəzli yayınma və ya məhkəmə aktının icrasına mane olma kimi halların mövcudluğu müəyyən edilməlidir.Məsələn, vətəndaşın işsiz qalması, gəlirinin olmaması, xəstəlik və ya digər obyektiv səbəblərdən borcunu ödəyə bilməməsi ilə əmlakını gizlətmək, icra prosesinə bilərəkdən mane olmaq, qanuni tələbləri qəsdən yerinə yetirməmək eyni hüquqi vəziyyət deyil. Bu hallar fərqli qiymətləndirilməlidir. Xüsusilə şəxsin ödəmə imkanının olub-olmaması, əmlak və gəlirlər barədə məlumatları gizlədib-gizlətməməsi, icra prosesində necə davranması araşdırılarkən nəzərə alınan amillərdəndir.
Bəhruz Seyidov vurğulayıb ki, icra bildirişi alan vətəndaşlar sənədi görməzlikdən gəlməməli, icra məmuru ilə əlaqə saxlayaraq mövcud vəziyyətlərini izah etməlidirlər. Əgər şəxsin borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdursa, qanunvericilikdə nəzərdə tutulan qaydada icranın təxirə salınması və ya hissə-hissə icra edilməsi məsələsinin həlli üçün müvafiq müraciət etmək mümkündür. Bunun üçün şəxsin maliyyə vəziyyətini təsdiqləyən sənədlərin, gəlirləri və digər obyektiv səbəblərlə bağlı məlumatların təqdim edilməsi əhəmiyyət daşıya bilər. Belə müraciətin təmin edilməsi isə işin hallarından və qanuni əsaslardan asılıdır.
Həmçinin oxuyun
Hüquqşünasın sözlərinə görə, borclular icra məmurunun hərəkət və qərarları ilə razılaşmadıqları halda qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququna da malikdirlər. Bununla yanaşı, icra prosesində tələb olunan sənədləri təqdim etmək, ünvan və əlaqə məlumatlarının dəyişməsi barədə məlumat vermək, qanuni çağırışlara münasibət bildirmək və icra hərəkətlərindən yayınmamaq vacibdir.
Beləliklə, icra orqanından 10 günlük könüllü icra müddəti göstərilən bildirişin alınması avtomatik həbs təhlükəsi demək deyil. Borcun ödənilməməsi ilə məhkəmə qərarının qərəzli şəkildə icrasından yayınma arasında ciddi hüquqi fərq var. Şəxsin həqiqətən ödəmə qabiliyyətinin olmaması ayrıca qiymətləndirilməli, məsuliyyət məsələsi isə yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslar və konkret faktlar əsasında həll edilməlidir. Vətəndaşlar belə bildirişlər aldıqda təşvişə düşmək əvəzinə hüquqlarını bilməli, icra orqanı ilə əməkdaşlıq etməli və zərurət yarandıqda hüquqi yardım almalıdırlar.
Əli
Korrupsiya təkcə pulla olmur – Qanunda diqqətçəkən məqam
Korrupsiya dedikdə insanların böyük əksəriyyətinin ağlına ilk növbədə vəzifəli şəxsə gizli şəkildə pul verilməsi, rüşvət zərfi və ya hansısa qərarın müqabilində maddi maraq təmin edilməsi gəlir. Halbuki korrupsiya anlayışı yalnız nağd pulun verilməsi və ya alınması ilə məhdudlaşmır. Bəzən ortada heç bir pul dövriyyəsi olmadan da vəzifə səlahiyyətlərindən şəxsi maraqlar naminə istifadə edilməsi korrupsiya münasibətlərinin yaranmasına səbəb ola bilər.Təsəvvür edək ki, hər hansı dövlət qurumunun vəzifəli şəxsi yoxlama aparmaq, qərar qəbul etmək və ya müəyyən sənədi təsdiqləmək səlahiyyətinə malikdir. Həmin şəxs vətəndaşdan və ya sahibkardan birbaşa pul tələb etmir. Bunun əvəzinə özünə məxsus obyekt üçün böyük endirim edilməsini, ödənişsiz xidmət...
16 Noyabr 2026, 09:00
Həyat yoldaşınız işə düzəlsə, ünvanlı sosial yardımınız kəsiləcək? – Vəkildən AÇIQLAMA
Ünvanlı dövlət sosial yardımı alan ailələri maraqlandıran məsələlərdən biri də ailə üzvlərindən birinin işə düzələcəyi təqdirdə sosial ödənişin dayandırılıb-dayandırılmayacağıdır. Bəzi vətəndaşlar düşünürlər ki, ailənin işləməyən üzvü işə qəbul olunduğu andan etibarən ünvanlı sosial yardım almaq hüququnu itirir. Halbuki bu məsələdə əsas meyar ailə üzvünün işləyib-işləməməsi deyil, ailənin ümumi gəlirinin qanunvericiliklə müəyyən edilmiş ehtiyac meyarına uyğunluğudur.Vəkil Cavanşir Qasımzadə Citypost.az-a açıqlamasında bildirib ki, ailə üzvlərindən birinin işə düzəlməsi ünvanlı dövlət sosial yardımının avtomatik olaraq dayandırılması demək deyil. Onun sözlərinə görə, bu zaman ailənin ümumi gəliri yenidən hesablanır və adambaşına düşən gəlirin müəyyən edilmiş həddi keçib-keçmədiyi araşdırılır.Vəkil qeyd edib ki, ünvanlı sosial yardımın...
13 Noyabr 2026, 11:40
Üç uşaq anası neçə yaşında pensiyaya çıxa bilər? – Vəkildən vacib açıqlama
Azərbaycanda çoxuşaqlı anaların daha erkən pensiyaya çıxması məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Xüsusilə üç və daha çox uşağı olan qadınların pensiya yaşının azaldılması, hər uşağa görə bir il güzəşt tətbiq edilməsi ilə bağlı təkliflər vətəndaşlar arasında maraq doğurur. Bəs üç uşaq anası hazırda neçə yaşında pensiyaya çıxa bilər? Bu güzəşt artıq qüvvəyə minib, yoxsa hələ müzakirə mərhələsindədir?Vəkil Həsən Əhmədov Citypost.az-a açıqlamasında bildirib ki, hazırda üç uşaq anasının hər uşağa görə bir il güzəşt əldə edərək daha erkən pensiyaya çıxması ilə bağlı ümumi qayda qüvvədə deyil. Onun sözlərinə görə, bu istiqamətdə səsləndirilən təkliflərlə qüvvədə olan qanunvericiliyin müddəalarını bir-birindən fərqləndirmək lazımdır.Vəkil...
13 Noyabr 2026, 10:40
Bələdiyyə sənədi ev tikmək üçün kifayətdirmi? Söküntü ilə bağlı vacib hüquqi məqamlar
Vətəndaşların torpaq sahələri və həmin ərazilərdə inşa etdikləri fərdi yaşayış evləri ilə bağlı qarşılaşdıqları problemlərdən biri də tikintinin qanuniliyidir. Xüsusilə bələdiyyə sənədi əsasında torpaq əldə edən, lakin sonradan tikinti və mülkiyyət sənədlərini tam rəsmiləşdirə bilməyən şəxslər ciddi hüquqi çətinliklərlə üzləşirlər. Bəzi hallarda vətəndaş evini tikməyə başlayır, tikintiyə xeyli vəsait xərcləyir, hətta binanın əsas hissəsini tamamlayır. Bundan sonra isə müvafiq dövlət qurumlarının nümayəndələri əraziyə gələrək tikintinin qanunsuz olduğunu əsas gətirir və evin sökülməsini tələb edirlər.Belə vəziyyətlərdə bir sıra suallar yaranır: Bələdiyyə sənədi olan torpaq sahəsində inşa edilən evi icra hakimiyyəti məhkəmə qərarı olmadan sökə bilərmi? Tikinti üçün icazə alınmayıbsa, bu, avtomatik...
12 Noyabr 2026, 11:40
Qaynata evində yaşayan gəlin boşanarkən evdən pay ala bilərmi? – VƏKİL DANIŞDI
Ailə münasibətlərində boşanma zamanı tərəflər arasında yaranan mübahisələrdən biri də nikah dövründə yaşadıqları evlə bağlı olur. Xüsusilə ərinin valideynlərinə məxsus evdə yaşayan, həmin ünvanda qeydiyyatda olan və uşaqlarını da orada böyüdən qadınlar boşanma zamanı həmin evdən pay alıb-almayacaqlarını bilmirlər. Bəzi hallarda qadınlar uzun illər yaşadıqları evdən ayrılmaq istəmədikləri üçün hüquqi baxımdan hansı imkanlara malik olduqlarını araşdırmağa çalışırlar.Məsələn, iki uşağı olan və qaynatasının evində yaşayan qadın həyat yoldaşından boşanmaq istədikdə həmin evə görə mülkiyyət payı tələb edə bilərmi? Qaynatanın gəlinini evdə qeydiyyata saldırması onun gələcəkdə həmin mənzilə və ya fərdi yaşayış evinə sahiblik hüququ qazanması deməkdirmi? Bu kimi məsələlər hüquqi baxımdan...
12 Noyabr 2026, 10:40
Uzun illər işləyən şəxsi işdən çıxarmaq olarmı? – VƏKİL AÇIQLADI
Uzun illər eyni müəssisədə çalışan şəxslərin işdən azad edilməsi məsələsi əmək münasibətlərində tez-tez mübahisələrə səbəb olur. Xüsusilə onilliklərlə bir müəssisəyə xidmət edən, əmək fəaliyyətinin böyük hissəsini həmin iş yerində keçirən şəxslər işdən çıxarılmaq ehtimalı ilə üzləşdikdə hüquqlarının necə qorunacağını bilmək istəyirlər. Bəzən işəgötürən işçiyə ərizə yazaraq öz xahişi ilə işdən ayrılmağı təklif edir, bəzən isə müxtəlif intizam tənbehləri tətbiq etməklə onunla əmək münasibətlərinə xitam verməyə çalışır.Bəs 23 ildir səhiyyə sahəsində sürücü işləyən, hazırda 57 yaşı olan şəxsi işdən çıxarmaq mümkündürmü? İşəgötürən bunun üçün hansı hüquqi əsaslara malik olmalıdır? Uzun müddət eyni müəssisədə işləmək işçiyə əlavə təminat verirmi? Əsassız töhmət və...
11 Noyabr 2026, 11:40