Bizə yazın

Baku

-°C

USD

-

DSX-dən əməliyyat: Paraplan zərərsizləşdirildi, iranlı tutuldu

Hadisə 16 Noyabr 2026, 09:58

272

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən paraplan tipli uçuş aparatı müşahidə edilib.

Citypost.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində paraplan zərərsizləşdirilib, ümumi çəkisi 21 kiloqram 210 qram narkotik vasitə (19 kq 270 qr marixuana, 1 kq 940 qr tiryək) və 4000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb, uçuş aparatını idarə edən İran İslam Respublikası vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi halları müşahidə edilib. Bu kimi əməllər dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd fəaliyyət kimi qiymətləndirilir.

Dövlət Sərhəd Xidməti bir daha bildirir ki, dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması, həmin məqsədlərlə istifadə olunan texniki və uçuş vasitələrinin zərərsizləşdirilməsi, habelə bu əməllərdə iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda təhlükəli anlar - Külək dayanacağı aşırdı

Bakıda güclü külək dayanacağı aşırıb.Citypost.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.Nəticədə dayanacağın şüşələri sınıb və əraziyə yayılıb. Hadisə yerindən foto və videogörüntüləri təqdim edirik.

16 Noyabr 2026, 08:00

Tələbə yataqxanada hansı şəraitdə ölüb?

Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub.Citypost.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb.Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:"Bir saylı yataqxanada olub. Mən də orada qalıram. Deyilənə görə, qızın başı ağrıyırmış. Bacısına xəbər verərək hamam otağına gedib. Bacısı onun uzun müddət geri qayıtmadığını görüb və narahat olub. Hamam otağının qapısı bağlı olduğundan kilidi açıblar. İçəri daxil olanda qızın yerdə uzandığını görüblər. Dəqiq bilmirəm, təzyiqi düşüb, yoxsa beyninə qan sızıb. Mən ikinci mərtəbədə qalıram, həmin qız isə üçüncü mərtəbədə yaşayırmış. Onu şəxsən tanımırdım, amma otaq yoldaşlarım tanıyırdılar".Tələbə...

16 Noyabr 2026, 07:30

Bakıda külək ağacı evin üstünə aşırdı

Güclü külək paytaxt ərazisində fəsadlara yol açıb.Citypost.az xəbər verir ki, güclü külək səbəbilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 207 ünvanında ağacın aşması nəticəsində İsgəndər İsmayılova məxsus yaşayış evinin ön hissəsi eləcə də kommunal xidmətləri tamamilə yararsız hala düşüb.Əraziyə FHN-nin xüsusi xilasediciləri cəlb olunub. Evidəki şəxslər təxliyə edilib.

15 Noyabr 2026, 23:30

Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb

Ağstafa rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 15.11.2026-cı il tarixində saat 15:20 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə Citypost.az-aTƏBİB-dən bildirilib.Qeyd edilib ki, bədənin müxtəlif nahiyyələrinin termiki yanığı və sağ bud nahiyyəsinin parçalanmış və didilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və əməliyyat edildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.1986-cı il təvvəlüdlü şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumata əsasən, bu gün Ağstafa rayonunun...

15 Noyabr 2026, 19:25

Bu dəfə general qızı onu məhkəməyə verdi

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayev barəsində Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi təqdim olunub.CityPost.az  Gununsesi.info-ya istinadla xəbər verir ki, ərizəçi Türkər Əliyeva dövlət məmurunu böhtan, təhqir, hədə-qorxu və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir.Şikayət ərizəsində bildirilir ki, Türkər Əliyeva Abşeron rayonu ərazisində yerləşən 10 hektar 20 sot torpaq sahəsini satmaq niyyətində olub. Onun sözlərinə görə, torpağın satış qiyməti Ceyhun Rzayevlə razılaşma əsasında 1 milyon 500 min manat müəyyən edilib. Rzayevin bu razılaşma çərçivəsində ilkin ödəniş olaraq hissə-hissə 380 min manat verdiyi iddia olunur.Ərizədə qeyd edilir ki, tərəflərin razılaşmasına əsasən, torpağın mülkiyyət sənədləri hazır...

15 Noyabr 2026, 13:27

Ramiz Mehdiyevin qızının vəkili həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib.CityPost.az   “Qafqazinfo”ya istinadla xəbər verir ki, Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil bu gün məhkəməyə çıxarılıb.Hakimin qərarı ilə R.Abışov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, Raman Abışov dövlətə xəyanətdə və başqa ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili idi. K.Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edirdi....

14 Noyabr 2026, 21:36