Bizə yazın

Baku

-°C

USD

-

Orxan Saffarinin yazısı

Cəmiyyət 16 Noyabr 2026, 17:45

323

Gecədir. Yağış yağır. 

Küləyin adamı qılınc kimi kəsdiyi gecədə ahıl bir qadın yorğun və miskin aura ilə kassada dayanıb. 

Çox güman, restoranların birində xadimə işləyir. 

Aldığı ərzaqları yavaş-yavaş kassaya qoyur: - Çörək, yumurta, yağ, bir də saçaqlı pendir və ucuz pivə. 

Nə əlinə yaraşır, nə də əlindəki ərzaq olan sellofona. 

-Siqaret də verin - gözü ilə kassirin arxasındakı bölməni işarə edir. 

-Hansından?- kassir soruşur.

-O de ha, o qalın, göy olan var a, hə, hə. Primadı, nədi, o. 

Bir cibindən əzik, xırda manatlıqlar, digər cibindən də qəpiklər çıxardır. 

Kassadan keçən kimi boynunu bükür, özü büzüşür, küləyin adamı qılınc kimi kəsdiyi küçəyə, o şırıltılı yağışa çıxmağa hazırlaşır. 

Arxasınca baxır və düşünürəm:

…Görəsən, əyyaş ərinin tələbidir, ya narkoman oğlunun?

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan 130 minədək şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirilib ki, onlardan 70 min şəxsə ambulator, 32,6 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, habelə sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir....

16 Noyabr 2026, 17:40

Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində bir sıra görüşlər keçirib.Citypost.az xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.Nazir müavini qeyd edib ki, COP31-in mümkün nəticələri ilə bağlı iqlim danışıqlarında, yüksək səviyyəli iqlim müzakirələrində çıxışlar edərək bir sıra ikitərəfli görüşlər keçirib.Y.Rəfiyev Azərbaycan nümayəndə heyətinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində COP29-un irs təşəbbüslərinin təşviqinə həsr olunmuş xüsusi tədbirlər təşkil etdiyini də diqqətə çatdırıb....

16 Noyabr 2026, 17:33

MAXE olmaq istəyənlərə ŞAD XƏBƏR – Müsabiqə elan edildi

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (AOMDA) müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) qəbulla əlaqədar müsabiqə elan edib.Citypost.az-ın məlumatına görə, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş,  yaşı 26-dək, boyu 1.85 santimetr və ondan hündür, idman cüssəli, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, Bakı və Sumqayıt şəhərlərində,  respublikanın Abşeron, Hacıqabul, Ucar, Zərdab, Ağdaş, Göyçay, Goranboy, Yevlax, Bərdə və Şəmkir rayonlarında qeydiyyatda olmaqla yaşayan, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, fiziki...

16 Noyabr 2026, 17:28

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib."Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib", - məlumatda qeyd olunub.

16 Noyabr 2026, 17:20

Bal yarmarkasının tarixi və yeri dəyişdirilib

27 noyabr – 11 dekabr tarixlərində Bakıda 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.Citypost.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyası birgə 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını təşkil edir. Yarmarka 27 noyabr – 11 dekabr tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.Bal yarmarkasında növbəlilik prinsipi əsasında ilk olaraq qeydiyyatdan keçmiş, 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təsərrüfatında ən azı 40 arı ailəsi olduğunu bəyan etmiş 52 rayondan 300-ə yaxın arıçı fermer iştirak edəcək.Yarmarkada iştirak ödənişsizdir və hər fermer ən çoxu 450 kq bal...

16 Noyabr 2026, 17:07

Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçməyin özü işgəncədir"

Məktəblərdə müəllimlər üçün yeni tələb onların narazılığına səbəb olub.Belə ki, kiçik və böyük summativ qiymətləndirmə (KSQ və BSQ) keçirən müəllimlər yoxlamadan sonra imtahan suallarının təhlilini də aparmalıdırlar.Maraqlıdır, KSQ və BSQ-dən sonra müəllimlərin suallar üzrə təhlil aparması tələbinin əsas məqsədi nədir və bu, tədrisin keyfiyyətinin artırılmasına necə təsir göstərir?Citypost.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, təhsil prosesində əlavə yüklənmələr həm şagirdlər, həm də müəllimlər üçün müəyyən problemlər yaradır:Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - Auditoriyada dərs keçməyin özü işgəncədir"Bu, dərs vaxtının azalmasına səbəb olur. Açığı, auditoriyada dərs keçməyin özü işgəncədir. 25-30...

16 Noyabr 2026, 16:40