Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16 Noyabr 2026, 16:26
351
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Həmçinin oxuyun
Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Quba, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bəzi peşə sahibləri üçün narkoloji yoxlama məcburi olur
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edib.Qaydaya əsasən, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Dəyişikliyə...
16 Noyabr 2026, 16:33
Qanlı Göl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
Qanlı Gölün yeni həyatı: “Kristal” göl ətrafını müasir istirahət məkanına çevirəcək.Citypost.az APA-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən Qanlı gölün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasına başlanılıb. İcrası “Kristal” şirkətinə həvalə olunan layihə göl ətrafında yaşıllıqların, gəzinti yollarının, idman və istirahət məkanlarının yaradılmasını nəzərdə tutur.Uzun illər baxımsız vəziyyətdə qalan ərazinin müasir şəhər parkına çevrilməsi istiqamətində nəzərdə tutulan layihə artıq icra mərhələsinə keçib. Hazırlanan layihənin əsas məqsədi bu ərazini sakinlərin gündəlik istifadə edə biləcəyi təhlükəsiz, əlçatan və ekoloji baxımdan dayanıqlı ictimai məkana çevirməkdir.Vaxtilə gölə axıdılan məişət tullantı suları, sahilboyu yığılan tullantılar və ərazinin baxımsız qalması burada istirahət imkanlarını...
16 Noyabr 2026, 16:29
ADY rəhbərliyi Gürcüstanda dəmir yolu daşımaları üzrə işlərlə tanış olub
Azərbaycan Dəmir Yollarının (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Kəsik, Qardabani və Tbilisi dəmir yolu stansiyalarına səfər edib.ADY-dən Citypost.az-a verilən məlumata görə, səfər çərçivəsində Gürcüstan Dəmir Yollarının rəhbərliyi ilə iki ölkə arasında dəmir yolu daşımalarının daha operativ təşkili və sərhəd-keçid proseslərinin sürətləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, stansiyalarda qatarların qəbulu, emalı və yola salınması prosesləri, mövcud infrastrukturun imkanları müzakirə edilib.Əsas diqqət Azərbaycan–Gürcüstan sərhədində yük və sərnişin qatarlarının keçid müddətinin azaldılması, sərhəd və gömrük nəzarəti prosedurlarının optimallaşdırılması, qatarların hərəkətində fasiləsizliyin təmin edilməsi və mümkün vaxt itkilərinin aradan qaldırılması məsələlərinə yönəldilib.Həmçinin Qardabani və Tbilisi stansiyalarında daşımaların təşkili, qatarların hərəkətinin əlaqələndirilməsi və...
16 Noyabr 2026, 16:23
Şad xəbər: qaz və işıq limitlərinə yenidən baxıla bilər
Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200–2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpiklə hesablanır.Əhalinin işıq limitləri isə belədir: aylıq istehlak həcminin 200 kVts-a qədər olan hissəsi üçün hər kilovat-saata görə 8,4 qəpik, 200 kVts-dan 300 kVts-a qədər bir kilovat-saata görə 10 qəpik, 300 kVts-dan yuxarı bir kilovat-saata görə 15 qəpik müəyyən edilib.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında qaz...
16 Noyabr 2026, 16:05
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, sabah dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
16 Noyabr 2026, 16:02
Pakistan səfiri Naxçıvana səfər edib
Noyabrın 16-da Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin Naxçıvan Muxtar Respublikasına səfər edib.APA-nın yerli bürosu xəbər verir ki, səfir Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov ilə görüşüb.Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Pakistan münasibətlərinin dostluq, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib, əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub. Naxçıvanın Orta Dəhliz üzrə kommunikasiyaların inkişafında mühüm strateji mövqeyi, regionun iqtisadi potensialı, bərpaolunan enerji imkanları, sahibkarlara tətbiq edilən güzəştlər, eləcə də gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən işlər diqqətə...
16 Noyabr 2026, 16:00