Bizə yazın

Baku

-°C

USD

-

Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar

İdman 16 Noyabr 2026, 17:48

412

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndə heyəti Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) beynəlxalq seminarında iştirak edib.

Bu barədə Citypost.az MPK-dan məlumat verilib.

Qazaxıstanın paytaxtı Astanada IPC-nin dəstəyi, Qazaxıstan Milli Paralimpiya Komitəsi və Qazaxıstan Milli İdman Universitetinin təşkilatçılığı ilə beynəlxalq idman seminarı keçirilib.

Seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Monqolustan və Moldovanın Milli Paralimpiya Komitələrinin nümayəndələri iştirak ediblər. MPK-nı tədbirdə mətbuat katibi Fərid Qarazadə, İdman şöbəsinin baş mütəxəssisləri Rüfət Rəhimov və Leyli Aslanova, eləcə də mütəxəssis Firdanə Allahyarova təmsil ediblər.

Seminar çərçivəsində paraidmanın inkişafı, tibbi təsnifat, media və marketinq istiqamətləri üzrə təqdimatlar keçirilib, iştirakçı ölkələr arasında təcrübə mübadiləsi aparılıb. Tədbirdə Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti tərəfindən Uşaq Paralimpiya Oyunları layihəsi, onun həyata keçirilmə istiqamətləri və əldə olunan nəticələr barədə təqdimat nümayiş etdirilib.

Seminarın sonunda Azərbaycan nümayəndə heyəti adından Qazaxıstan Milli Paralimpiya Komitəsinin baş katibinə Komitənin 30 illik yubileyi münasibətilə hazırlanmış xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, iştirakçı ölkə kimi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə xatirə plaketi, nümayəndə heyətinin üzvlərinə isə iştirak sertifikatları təqdim edilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Daha bir ulduz futbolçu milli karyerasını başa vurdu 

Belçika millisinin hücumçusu Romelu Lukaku yığmadakı karyerasını başa vurmaq qərarına gəlib.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, milli komandadan ayrılması ilə bağlı vida məktubu yazıb.“16 il. Bu 16 il ərzində milli komandaya əlimdən gələnin ən yaxşısını verdim. Bu müddətdə, yəqin ki, mümkün olan bütün hissləri yaşadım. Həmişə minnətdar olacağım möhtəşəm komanda yoldaşlarımla oynamaq fürsəti qazandım. Onların hamısına təşəkkür etmək istəyirəm.Məni irəli aparan və komandaya fayda verməyim üçün mənə güvənən bütün məşqçilərə də minnətdaram. Bu, möhtəşəm bir yol idi və onun hər anından zövq aldım.Belçikalı azarkeşlərə komandamıza göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm....

16 Noyabr 2026, 16:14

Futbol üzrə Azərbaycan millisi bu gün Andorra ilə yoldaşlıq görüşünə çıxır

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.Citypost.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız yoldaşlıq görüşündə Andorranın qonağı olacaq.Qarşılaşma Andorranın Enkamp şəhərində yerləşən “Estadi de la FAF” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.Görüşü ispaniyalı hakim Xose Luis Munuera idarə edəcək.Bu, millimizin 2026-cı ildə keçirəcəyi sonuncu qarşılaşma olacaq.Yığmamız əvvəlki oyununda UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteyni səfərdə 1:0 hesabı ilə məğlub edib.Andorra ilə görüş Azərbaycan millisinin kapitanı Emin Mahmudov üçün də xüsusi əhəmiyyət daşıyır. Təcrübəli yarımmüdafiəçi bu qarşılaşmadan sonra milli komandadakı karyerasını başa vuracaq.Yoldaşlıq oyunu16 noyabr22:00. Andorra – AzərbaycanBaş hakim: Xose Luis Munuera...

16 Noyabr 2026, 10:48

Məhəmməd Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçu olub

Misir millisinin futbolçusu Məhəmməd Salah yığmanın tarixində ən yaxşı bombardir rekordunu yeniləyib.Citypost.az "Report"a istinadən xəbər verir ki, o, bu uğura Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Malavi ilə keçirilən ev oyununda imza atıb.Qarşılaşma Misir millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.Salah görüşdə iki dəfə fərqlənib. O, 84-cü dəqiqədə, eləcə də əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə penaltidən qol vurub.Beləliklə, 34 yaşlı hücumçunun Misir millisinin heyətində keçirdiyi 123 oyunda vurduğu qolların sayı 70-ə çatıb. O, 176 matçda 69 qol vuran Hüssam Həsəni geridə qoyaraq yığmanın tarixində ən yaxşı bombardir olub. Həsən 2026-cı il dünya çempionatında Misir millisinin baş məşqçisi vəzifəsində çalışıb.Qeyd...

14 Noyabr 2026, 13:55

Premyer Liqa: "Sabah" - "Neftçi" matçının vaxtı bəlli olub

isli Premyer Liqasının XVII turunda keçirilməsi planlaşdırılan "Sabah" - "Neftçi" oyununun vaxtı açıqlanıb.Bu barədə Citypost.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.Qarşılaşma 2027-ci il, yanvarın 23-də baş tutacaq. "Sabah Arena"dakı görüş saat 19:00-da start götürəcək.Misli Premyer LiqasıII dövrə, XVII tur22 yanvar (cümə)16:00. "Qəbələ" – "Sumqayıt"Qəbələ şəhər stadionu19:00. "Kəpəz" – "Araz-Naxçıvan"Gəncə şəhər stadionu23 yanvar (şənbə)14:00. "Şamaxı" – "Zirə"Şamaxı şəhər stadionu19:00. "Sabah" – "Neftçi""Sabah Arena"24 yanvar (bazar)15:00. "Qarabağ" – "İmişli""Azersun Arena"17:30. "Turan Tovuz" – "Şəfa"Tovuz şəhər stadionu...

13 Noyabr 2026, 17:30

Şahmatçılarımız Avropa çempionatını üç medalla başa vurdular

Azərbaycan təmsilçiləri Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatını üç medalla başa vurublar.Bu barədə Citypost.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.Belə ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova 9-cu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub etməklə yarışı maksimal nəticəylə başa vurub. Bir tur əvvəl çempionluğu təmin edən N. Abdinova 9 turda 9 xalla fenomenal nəticəyə imza atıb.18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını 7-yə çatdırıb. Bununla Davudov qitə çempionatının gümüş medalını qazanıb.8 yaşlı qızların yarışında Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsüdə yerini təmin edib. O,...

13 Noyabr 2026, 08:14

Müşfiq Hüseynov Türkiyə millisinin vəziyyətini tənqid etdi: “Ortada komanda yoxdur”

Tanınmış həkim Müşfiq Hüseynov Türkiyə futbolunda mövcud vəziyyət və milli komandanın perspektivləri ilə bağlı tənqidi fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Müşfiq Hüseynov Türkiyə futbolunda rəqabətin əvvəlki səviyyədə olmadığını, əksinə, azarkeşlər və klublar arasında ciddi qarşıdurmanın yarandığını bildirib.Onun sözlərinə görə, təxminən 20 il əvvəl Türkiyə futbolunda əsasən sağlam rəqabət mövcud idi və bu, nəticələrə də müsbət təsir göstərirdi. Hazırda isə futbol mühitində parçalanma, qarşılıqlı nifrət və müxtəlif maraqlar ön plana çıxıb.Həkim hesab edir ki, Türkiyə millisinin uğurlu nəticə əldə etməsinə mane olan əsas amillər sırasında tapşırıq, rüşvət, menecer oyunları, yerlibazlıq və dini ayrı-seçkilik kimi...

13 Noyabr 2026, 01:36