Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və Ermənistanda pasport qiymətləri – 215 manatlıq fərq üzə çıxdı

Cəmiyyət 16 Noyabr 2026, 15:30

391

Ermənistanda noyabrın 14-dən etibarən vətəndaşlara yeni biometrik ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin (ID kartların) sürətləndirilmiş qaydada verilməsinə başlanılıb.

Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib. Yeni qaydalar əsasında əlavə ödəniş edən vətəndaşlar sənədlərini daha qısa müddətdə əldə edə biləcəklər.

Yeni sistemə əsasən, İrəvanda xarici pasportu 24 saat ərzində almaq üçün 88 min 650 dram (425 manat) ödəmək tələb olunur. Ermənistanın digər bölgələrində isə eyni məbləğ qarşılığında pasport 48 saat ərzində təqdim ediləcək.

Şəxsiyyət vəsiqələrinin sürətləndirilmiş qaydada verilməsi üçün ümumi ödəniş 13 min 950 dram (66 manat 30 qəpik) müəyyənləşdirilib. Bu məbləğin 5 min 950 dramı əsas rüsum, 8 min dramı isə əlavə xidmət haqqıdır.

Biometrik xarici pasportların standart qiyməti 28 min 650 dram (135 manat) təşkil edir. Sənədin təcili hazırlanması üçün bu məbləğə əlavə olaraq 60 min dram (283 manat) ödənilməlidir.

Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, sürətləndirilmiş xidmət zamanı şənbə və bazar günləri göstərilən müddətlərə daxil edilmir. Əlavə ödəniş edən vətəndaşlara xidmət mərkəzlərində növbədənkənar qəbul imkanı da yaradılır.

Ermənistanda yeni biometrik sənədlərin verilməsi sistemi noyabrın 1-dən fəaliyyətə başlayıb. Adi qaydada müraciət edən vətəndaşlar sənədlərini biometrik məlumatların təqdim edilməsindən sonra 14-cü iş günündə əldə edə bilirlər.

Yeni sistem çərçivəsində müraciətlər HayPass elektron platforması vasitəsilə qəbul olunur. Vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçərək xidmət mərkəzini seçir, daha sonra fotoşəkil çəkdirir və barmaq izlərini təqdim edirlər.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəl verilmiş və qüvvədə olan pasportların məcburi dəyişdirilməsi tələb olunmur. Həmin sənədlər etibarlılıq müddəti başa çatanadək istifadə edilə bilər.

Azərbaycanda da ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin sürətləndirilmiş qaydada verilməsi üçün ayrıca dövlət rüsumları müəyyən edilib.

Azərbaycanda 18 yaşdan yuxarı vətəndaşlar üçün ümumvətəndaş pasportunun 10 iş gününə verilməsi 60 manat, 5 iş gününə verilməsi 120 manat, 1 iş gününə verilməsi isə 210 manatdır.

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi zamanı 15 yaşdan yuxarı vətəndaşlar üçün 10 gün müddətinə 5 manat, 3 iş gününə 50 manat, 1 iş gününə isə 70 manat dövlət rüsumu tətbiq olunur.

15 yaşadək uşaqlar üçün şəxsiyyət vəsiqəsinin 10 günə verilməsi 5 manat, 3 iş gününə verilməsi 25 manat, 1 iş gününə verilməsi isə 30 manat təşkil edir.

İtirilmiş və ya korlanmış şəxsiyyət vəsiqəsinin yenidən verilməsi üçün 10 iş gününə 30 manat, 3 iş gününə 70 manat, 1 iş gününə isə 90 manat dövlət rüsumu ödənilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan elminə AĞIR İTKİ

İsmayıllı rayonunda uzun illər müəllim kimi fəaliyyət göstərən Nizami Osmanov vəfat edib.Citypost.az xəbər verir ki, O, əmək fəaliyyətinə rayonun İstisu və Qalacıq kənd məktəblərində müəllim kimi başlayıb. Bu müddətdə bilik və bacarığını şagirdlərindən əsirgəməyib.Təşkilatçılıq qabiliyyəti və işinə məsuliyyətli yanaşması sayəsində Nizami Osmanov daha sonra 7 il Balık kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.Pedaqoji fəaliyyətinin sonrakı illərini isə Üştalıqışlaq kənd orta məktəbi ilə bağlayıb. O, təqaüd yaşına qədər həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışaraq təhsil sahəsinə xidmət edib.Nizami Osmanovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının və yüzlərlə şagirdinin qəlbində daim yaşayacaq....

16 Noyabr 2026, 15:39

“Tərtər işi”: Daha 3 nəfər təzminat alacaq

“Tərtər işi”ndə zərərçəkmiş kimi tanınan daha 3 nəfər maddi və mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.Citypost.az Xitab24.az-a istinadla xəbər verir ki, həmin şəxslərin iddiasına Nəsimi Rayon Məhkəməsində baxılıb.Zərərçəkmiş şəxslər həmin hadisələr vaxtı xeyli müddət qapalı şəraitdə saxlanıldıqlarını, müxtəlif əzab-iztirablara məruz qaldıqlarını bildiriblər.2021-ci ildə “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra zərərçəkmiş qismində tanınan şəxslər, üzləşdikləri vəziyyətə görə 100-200 min manatlıq kompensasiya tələb ediblər.Ayrı-ayrı baxılan məhkəmə işlərində cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Sözügedən nazirlik isə iddia tələbinə etiraz edərək, bu dövlət qurumunun hərəkətləri nəticəsində onlara zərər vurulmadığını bildirib.Nəsimi Rayon Məhkəməsi yekunda iddiaları qismən təmin edib. Zərərçəkmişlərdən birinə 7500 AZN, digər ikisinə...

16 Noyabr 2026, 15:34

Spirtli içki və ət satanlara 300 min manatlıq dələduzluq etdi

Sahibkarlara qarşı külli miqdarda mənimsəmədə təqsirləndirilən Nadir Allahverdiyevin cinayət işinin məhkəməsi başlayıb.Citypost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymət Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. N.Allahverdiyev barədə seçilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənməsi və cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. O, məhkəmə zalında həbs olunub. İlk baxış iclası noyabrın 23-nə təyin edilib.Qeyd edək ki, təqsirləndirilən şəxs sahibkarlara qarşı dələduzluqda ittiham olunur. O, spirtli içkiləri və ət satışını həyata keçirən şəxslərdən məhsulu alıb və satışı həyata keçirdərək pulunu qaytarmayaraq zərərçəkmişlərə 300 min manata qədər ziyan...

16 Noyabr 2026, 15:26

QHT-lərin ləğvinə dair yeni şərtlər müəyyənləşir

Qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin ləğv ediləcəyi halların əhatə dairəsi genşləndirilir.Citypost.az xəbər verir ki, bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.Qüvvədə olan qanuna görə, qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər.Layihəyə əsasən, aşağıda göstərilən hallarda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq...

16 Noyabr 2026, 15:10

Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib

Noyabrın 16-da elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib.Bu barədə  Citypost.az Elm və Təhsil Nazirliyindən məlumat verilib.Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib....

16 Noyabr 2026, 15:05

Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib

Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin işi ittiham aktı ilə birgə məhkəməyə göndərilib.Citypost.az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.İşə Sünik məhkəməsində baxılacaq.“Qafqazinfo” 

16 Noyabr 2026, 15:02