QHT-lərin ləğvinə dair yeni şərtlər müəyyənləşir
Cəmiyyət 16 Noyabr 2026, 15:10
347
Qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin ləğv ediləcəyi halların əhatə dairəsi genşləndirilir.
Citypost.az xəbər verir ki, bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər.
Layihəyə əsasən, aşağıda göstərilən hallarda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər:
- qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid və ya insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda;
- Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri ilə bağlanmış sazişin qüvvədə olma müddəti bitdikdə və bu müddətin uzadılması ilə bağlı müraciət daxil olmadıqda, habelə bu müddət uzadılmadıqda;
- qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində iki və daha çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildikdə;
Həmçinin oxuyun
- qeyri-hökumət təşkilatının ali idarəetmə orqanı olan ümumi yığıncaq ardıcıl olaraq üç il ərzində çağırılmadıqda;
- qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi üç ildən artıq müddətdə fəaliyyətini dayandırdıqda və ya bu müddətdə fəaliyyətsiz olduğu müəyyən edildikdə;
- qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılmasına səbəb olmuş pozuntular müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda və ya fəaliyyətinin dayandırıldığı dövrdə (məcburi dövlət ödənişlərinin, cərimələrin, mövcud mülki-hüquqi və əmək müqavilələri üzrə ödənişlərin, fəaliyyəti nəticəsində dəymiş ziyanın ödənilməsi, müvafiq icra hakimiyyəti orqanının xəbərdarlıq və göstərişində qeyd olunan pozuntuların aradan qaldırılması ilə bağlı hərəkətlər istisna olmaqla) hər hansı formada fəaliyyət göstərdikdə (fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsi, o cümlədən qərarların qəbul edilməsi və ya sənədlərin imzalanması);
- qeyri-hökumət təşkilatı, xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında və ya qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb edildikdən və ya hədəfli maliyyə sanksiyası tətbiq edildikdən sonra qurum tərəfindən həmin pozuntular müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda;
- qeyri-hökumət təşkilatı bu Qanunla müəyyən edilmiş növlərdən birinə yaxud nizamnamə məqsədlərinə uyğun fəaliyyət göstərmədikdə.
Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib
Noyabrın 16-da elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib.Bu barədə Citypost.az Elm və Təhsil Nazirliyindən məlumat verilib.Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib....
16 Noyabr 2026, 15:05
Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib
Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin işi ittiham aktı ilə birgə məhkəməyə göndərilib.Citypost.az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.İşə Sünik məhkəməsində baxılacaq.“Qafqazinfo”
16 Noyabr 2026, 15:02
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev dəfn edilib
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev Hərbi Memorial Məzarlıqda dəfn edilib.APA xəbər verir ki, dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Müdafiə Nazirliyinin əməkdaşları, mərhumun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
16 Noyabr 2026, 14:56
İşdən çıxarılan generala yeni vəzifə verildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini general-mayor Zaur Abdullayevin yeni vəzifəsi məlum olub.Citypost.az Milli.az-a istinadla xəbər verir ki, general-mayor Zaur Abdullayev Dövlət Sərhəd Xidmətinə (DSX) keçib.Belə ki, hazırda general DSX Xüsusi Mətkəbinin rəisi vəzifəsini daşıyır. Z.Abdullayev yaxın zamanlarda bu vəzifəyə təyin olunub.Xatırladaq ki, general-mayor Zaur Abdullayev uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışıb. 2023-cü ildə xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb....
16 Noyabr 2026, 14:24
Tahir Budaqov oğlunun toyuna onları çağırmadı
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, eyni zamanda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun oğluna toy mərasimi keçirilib.Citypost.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, paytaxtın məşhur "Buta Palace" sarayında təşkil olunan toy mərasimində bir sıra nazirlər, Milli Məclisin deputatları, eləcə də şəhər və rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər.Məclisin qonaq siyahısı ilə bağlı diqqətçəkən məqamlardan biri isə YAP-ın bəzi deputatlarının mərasimə dəvət edilməməsi olub.Məlumata görə, dəvət almayan deputatların bir qismi həm Milli Məclisin üzvü, həm də uzun illər YAP-ın Mərkəzi Aparatında Tahir Budaqovla çiyin-çiyinə çalışmış şəxslərdir.Bildirilib ki, Tahir Budaqov qonaq sayının çoxluğu səbəbindən bir sıra şəxsləri...
16 Noyabr 2026, 13:46
Prezident Xəzərin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair Fərman imzalayıb
Prezident İlham Əliyev Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Fərman imzalayıb.Citypost.az xəbər verir ki, Fərmana görə, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazisində (adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna olmaqla) torpaqların idarə olunması, istifadəsi və onların mühafizəsinin təşkili sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikasının...
16 Noyabr 2026, 13:39