Bizə yazın

Baku

-°C

USD

-

Şad xəbər: qaz və işıq limitlərinə yenidən baxıla bilər

Cəmiyyət 16 Noyabr 2026, 16:05

400

Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200–2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpiklə hesablanır.

Əhalinin işıq limitləri isə belədir: aylıq istehlak həcminin 200 kVts-a qədər olan hissəsi üçün hər kilovat-saata görə 8,4 qəpik, 200 kVts-dan 300 kVts-a qədər bir kilovat-saata görə 10 qəpik, 300 kVts-dan yuxarı bir kilovat-saata görə 15 qəpik müəyyən edilib.

Citypost.az Axar.az-a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında qaz və işıq tariflərinə yenidən baxılmasına ehtiyac olduğunu bildirib.

Deputatın sözlərinə görə, təbii qazla bağlı təkliflərdən biri məhz dağlıq rayonlar üçün limitlərin tənzimlənməsidir:

"Mənim komitə iclaslarında səsləndirdiyim təkliflərdən biri də məhz qaz limitlərinə yenidən baxılması, xüsusilə də dağlıq rayonlarda limitlərin dəyişdirilməsi və təbii qazın daha ucuz tariflərlə verilməsidir. Qış mövsümünün başlaması ilə əlaqədar olaraq dağlıq rayonlarda yaşayan sakinlər istilik ehtiyaclarını ödəmək üçün təbii qazdan daha çox istifadə edirlər. Nəzərə almalıyıq ki, soyuqların sərtləşməsi ilə bağlı dağlıq rayonlardakı vətəndaşlarımız təbii qazdan daha çox istifadə edirlər, bu da onların xərclərinin artmasına səbəb olur. O baxımdan limitlərin yenidən nəzərdən keçirilməsi və daha ucuz tariflərin tətbiq olunması vacibdir ki, bu da vətəndaşlarımızın xərclərinin azalmasına gətirib çıxara bilsin".

Vüqar Bayramov qeyd edib ki, elektrik enerjisi ilə bağlı da oxşar praktikanın tətbiqinə ehtiyac var. Eyni zamanda, beynəlxalq təcrübədə istifadə olunan gecə və gündüz limitlərinin tətbiq edilməsi də gündəmdə olmalıdır:

"Əksər ölkələrdə gecələr elektrik enerjisi ilə bağlı tariflər aşağı olur. Bu da xüsusilə özəl sektorun və real sektorun həmin enerjidən daha ucuz qiymətə istifadə etməsinə və onların istehsal etdikləri məhsulların xərcinin azalmasına səbəb olur. Bizim təklifimiz diferensial yanaşmadır: təbii qaz üzrə bölgələrimizdə aşağı qiymətlə qaz təklifinin artırılması, elektrik enerjisi üzrə isə əksər Avropa ölkələrində tətbiq edilən gecə və gündüz limitlərinin tətbiq edilməsi. Nəzərə alsaq ki, elektrik enerjisindən həm də biznes və iş adamları daha çox istifadə edirlər, onda bu limitlərin tətbiqi iş adamlarının xərclərini azalda bilər".

Deputat əlavə edib ki, bu məsələlər artıq komitə iclaslarında səsləndirilib:

“Müvafiq dövlət qurumu tərəfindən qiymətləndirmə aparıldıqdan sonra bununla bağlı qərarın verilməsi mümkündür”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, sabah dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

16 Noyabr 2026, 16:02

Pakistan səfiri Naxçıvana səfər edib

Noyabrın 16-da Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin Naxçıvan Muxtar Respublikasına səfər edib.APA-nın yerli bürosu xəbər verir ki, səfir Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov ilə görüşüb.Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Pakistan münasibətlərinin dostluq, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib, əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub. Naxçıvanın Orta Dəhliz üzrə kommunikasiyaların inkişafında mühüm strateji mövqeyi, regionun iqtisadi potensialı, bərpaolunan enerji imkanları, sahibkarlara tətbiq edilən güzəştlər, eləcə də gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən işlər diqqətə...

16 Noyabr 2026, 16:00

Deputat mediaya ayrılan vəsaitin azaldılmasından narazı qaldı

“Mediaya ayrılan pul çox azdır”.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib.Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziya yayımıdır: “Gələn il üçün mediaya ayrılan məbləğ 68 milyon 369 min manatdır. Ötən illə müqayisədə məbləğ xeyli azalıb”. (APA)

16 Noyabr 2026, 15:47

Azərbaycan elminə AĞIR İTKİ

İsmayıllı rayonunda uzun illər müəllim kimi fəaliyyət göstərən Nizami Osmanov vəfat edib.Citypost.az xəbər verir ki, O, əmək fəaliyyətinə rayonun İstisu və Qalacıq kənd məktəblərində müəllim kimi başlayıb. Bu müddətdə bilik və bacarığını şagirdlərindən əsirgəməyib.Təşkilatçılıq qabiliyyəti və işinə məsuliyyətli yanaşması sayəsində Nizami Osmanov daha sonra 7 il Balık kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.Pedaqoji fəaliyyətinin sonrakı illərini isə Üştalıqışlaq kənd orta məktəbi ilə bağlayıb. O, təqaüd yaşına qədər həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışaraq təhsil sahəsinə xidmət edib.Nizami Osmanovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının və yüzlərlə şagirdinin qəlbində daim yaşayacaq....

16 Noyabr 2026, 15:39

“Tərtər işi”: Daha 3 nəfər təzminat alacaq

“Tərtər işi”ndə zərərçəkmiş kimi tanınan daha 3 nəfər maddi və mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.Citypost.az Xitab24.az-a istinadla xəbər verir ki, həmin şəxslərin iddiasına Nəsimi Rayon Məhkəməsində baxılıb.Zərərçəkmiş şəxslər həmin hadisələr vaxtı xeyli müddət qapalı şəraitdə saxlanıldıqlarını, müxtəlif əzab-iztirablara məruz qaldıqlarını bildiriblər.2021-ci ildə “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra zərərçəkmiş qismində tanınan şəxslər, üzləşdikləri vəziyyətə görə 100-200 min manatlıq kompensasiya tələb ediblər.Ayrı-ayrı baxılan məhkəmə işlərində cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Sözügedən nazirlik isə iddia tələbinə etiraz edərək, bu dövlət qurumunun hərəkətləri nəticəsində onlara zərər vurulmadığını bildirib.Nəsimi Rayon Məhkəməsi yekunda iddiaları qismən təmin edib. Zərərçəkmişlərdən birinə 7500 AZN, digər ikisinə...

16 Noyabr 2026, 15:34

Azərbaycan və Ermənistanda pasport qiymətləri – 215 manatlıq fərq üzə çıxdı

Ermənistanda noyabrın 14-dən etibarən vətəndaşlara yeni biometrik ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin (ID kartların) sürətləndirilmiş qaydada verilməsinə başlanılıb.Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib. Yeni qaydalar əsasında əlavə ödəniş edən vətəndaşlar sənədlərini daha qısa müddətdə əldə edə biləcəklər.Yeni sistemə əsasən, İrəvanda xarici pasportu 24 saat ərzində almaq üçün 88 min 650 dram (425 manat) ödəmək tələb olunur. Ermənistanın digər bölgələrində isə eyni məbləğ qarşılığında pasport 48 saat ərzində təqdim ediləcək.Şəxsiyyət vəsiqələrinin sürətləndirilmiş qaydada verilməsi üçün ümumi ödəniş 13 min 950 dram (66 manat 30 qəpik) müəyyənləşdirilib. Bu məbləğin 5...

16 Noyabr 2026, 15:30