Bizə yazın

Baku

-°C

USD

-

Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçməyin özü işgəncədir"

Cəmiyyət 16 Noyabr 2026, 16:40

472

Məktəblərdə müəllimlər üçün yeni tələb onların narazılığına səbəb olub.

Belə ki, kiçik və böyük summativ qiymətləndirmə (KSQ və BSQ) keçirən müəllimlər yoxlamadan sonra imtahan suallarının təhlilini də aparmalıdırlar.

Maraqlıdır, KSQ və BSQ-dən sonra müəllimlərin suallar üzrə təhlil aparması tələbinin əsas məqsədi nədir və bu, tədrisin keyfiyyətinin artırılmasına necə təsir göstərir?

Citypost.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, təhsil prosesində əlavə yüklənmələr həm şagirdlər, həm də müəllimlər üçün müəyyən problemlər yaradır:

Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - Auditoriyada dərs keçməyin özü işgəncədir

"Bu, dərs vaxtının azalmasına səbəb olur. Açığı, auditoriyada dərs keçməyin özü işgəncədir. 25-30 şagirdə 45 dəqiqə ərzində müəyyən informasiyanın ötürülməsi və onların qiymətləndirilməsinin aparılması asan məsələ deyil. Xüsusilə də summativ qiymətləndirmələr zamanı bütün şagirdlərin iştirakı ilə onların müəyyən dövr ərzində qazandıqları bilik və bacarıqlar yoxlanılır. İndi bunun üzərinə müəllimlərdən həmin sualların təhlilini də aparmaq tələb olunur. Şagirdlərin həmin suallara hansı cavabları verməli olduqlarını göstərən modullar hazırlanır. Əlbəttə, bu da müəllim üçün əlavə vaxt itkisi və iş yüküdür.

Bununla bağlı səsləndirilən fikirlərdən biri də odur ki, müəllimlər həmin təhlilə ayırdıqları vaxtı dərs prosesinə sərf edə bilərlər. Lakin düşünürəm ki, bu fikir reallığı tam əks etdirmir. Çünki 25-30 şagirdə 45 dəqiqə ərzində mövzunu tam şəkildə tədris etmək, yaxud hər bir şagirdin qiymətləndirilməsini aparmaq onsuz da kifayət qədər çətindir".

Ekspertin sözlərinə görə, kapitalizm elə bir vəziyyət formalaşdırıb ki, bəzi müəllimlər üçün auditoriyada dərs prosesini tam şəkildə həyata keçirmək də maraqlı olmaya bilər:

"Düzdür, tədrisə vicdanla yanaşan, şagirdlərin öyrənməsinə üstünlük verən pedaqoqlar çoxdur. Amma bütün bunları tədris prosesində tam şəkildə reallaşdırmaq asan deyil.

Ona görə düşünürəm ki, müəllimlərin təhlilə ayırdığı vaxtın dərsə sərf edilməsi ilə bağlı iddia o qədər də əsaslı deyil. Çünki mövcud dərs müddəti ilə tədris proqramını tam çatdırmaq çətindir. Bunun üzərinə əlavə tələblərin qoyulması isə müəllimlərin iş yükünü daha da artırır".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bəzi peşə sahibləri üçün narkoloji yoxlama məcburi olur

Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir.Citypost.az  xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edib.Qaydaya əsasən, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Dəyişikliyə...

16 Noyabr 2026, 16:33

Qanlı Göl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb

Qanlı Gölün yeni həyatı: “Kristal” göl ətrafını müasir istirahət məkanına çevirəcək.Citypost.az APA-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən Qanlı gölün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasına başlanılıb. İcrası “Kristal” şirkətinə həvalə olunan layihə göl ətrafında yaşıllıqların, gəzinti yollarının, idman və istirahət məkanlarının yaradılmasını nəzərdə tutur.Uzun illər baxımsız vəziyyətdə qalan ərazinin müasir şəhər parkına çevrilməsi istiqamətində nəzərdə tutulan layihə artıq icra mərhələsinə keçib. Hazırlanan layihənin əsas məqsədi bu ərazini sakinlərin gündəlik istifadə edə biləcəyi təhlükəsiz, əlçatan və ekoloji baxımdan dayanıqlı ictimai məkana çevirməkdir.Vaxtilə gölə axıdılan məişət tullantı suları, sahilboyu yığılan tullantılar və ərazinin baxımsız qalması burada istirahət imkanlarını...

16 Noyabr 2026, 16:29

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Quba, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

16 Noyabr 2026, 16:26

ADY rəhbərliyi Gürcüstanda dəmir yolu daşımaları üzrə işlərlə tanış olub

Azərbaycan Dəmir Yollarının (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Kəsik, Qardabani və Tbilisi dəmir yolu stansiyalarına səfər edib.ADY-dən Citypost.az-a verilən məlumata görə, səfər çərçivəsində Gürcüstan Dəmir Yollarının rəhbərliyi ilə iki ölkə arasında dəmir yolu daşımalarının daha operativ təşkili və sərhəd-keçid proseslərinin sürətləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, stansiyalarda qatarların qəbulu, emalı və yola salınması prosesləri, mövcud infrastrukturun imkanları müzakirə edilib.Əsas diqqət Azərbaycan–Gürcüstan sərhədində yük və sərnişin qatarlarının keçid müddətinin azaldılması, sərhəd və gömrük nəzarəti prosedurlarının optimallaşdırılması, qatarların hərəkətində fasiləsizliyin təmin edilməsi və mümkün vaxt itkilərinin aradan qaldırılması məsələlərinə yönəldilib.Həmçinin Qardabani və Tbilisi stansiyalarında daşımaların təşkili, qatarların hərəkətinin əlaqələndirilməsi və...

16 Noyabr 2026, 16:23

Şad xəbər: qaz və işıq limitlərinə yenidən baxıla bilər

Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200–2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpiklə hesablanır.Əhalinin işıq limitləri isə belədir: aylıq istehlak həcminin 200 kVts-a qədər olan hissəsi üçün hər kilovat-saata görə 8,4 qəpik, 200 kVts-dan 300 kVts-a qədər bir kilovat-saata görə 10 qəpik, 300 kVts-dan yuxarı bir kilovat-saata görə 15 qəpik müəyyən edilib.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında qaz...

16 Noyabr 2026, 16:05

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, sabah dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

16 Noyabr 2026, 16:02