Bizə yazın

Baku

-°C

USD

-

Sumqayıtda içməli su xəttində qəza baş verib

Hadisə 16 Noyabr 2026, 15:52

441

Sumqayıt şəhərində içməli su xəttində qəza baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Diametri 200 millimetr olan içməli su borusunun partlaması nəticəsində ərazidə su axını yaranıb.

Qəzanın aradan qaldırılması üçün aidiyyəti qurumun əməkdaşları əraziyə cəlb olunub.

Hazırda təmir-bərpa işləri aparılır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda obyektdə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.FHN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.Əlavə məlumat veriləcək.

16 Noyabr 2026, 15:24

Avtomobilin nömrəsini saxtalaşdıran sürücü həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.Citypost.az xəbər verir ki, Şirvan şəhər sakini İ.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobil cərimə borcu olduğu üçün Hacıqabul-Horadiz yolu üzərində yerləşən stasionar posta saxlanılıb.Araşdırma zamanı sürücülük hüququ məhdudlaşdırılan İ.Həsənovun avtomobilin dövlət qeydiyyat nişanlarını saxtalaşdırması aşkarlanıb. Qeyri-adekvat hərəkətləri ilə şübhə doğuran İ.Həsənovun tibbi müayinədən keçməsi təmin edilib.Müayinə zamanı İ.Həsənovun narkotik maddə qəbul etməsi müəyyən olunub və o, bu əməlini etiraf edib.Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və İ.Həsənov  inzibati qaydada həbs edilib.Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik...

16 Noyabr 2026, 14:29

Bakıda polis əməkdaşı vəfat etdi

Azərbaycanda polis əməkdaşı vəfat edib.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, Şərur rayon, Maxta kəndindən olan polis serjantı Elvin Qabil oğlu Abbasov səhhətində yaranmış problem səbəbindən Bakı şəhərində vəfat edib.E.Abbasov Maxtada dəfn olunub.

16 Noyabr 2026, 13:18

Neftçalada kanalda meyit tapılıb

Neftçala rayonunda kanalda meyit tapılıb.Citypost.az xəbər verir ki, noyabrın 14-də Mürsəqulu kənd sakini 1969-cu il təvəllüdlü Şahin Kazımovun meyiti Xolqaraqaşlı kəndinin ərazisindən keçən su kanalında tapılıb. Meyit sudan çıxarılıb.Onun bir gün əvvəl itkin kimi axtarıldığı bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.Araşdırma aparılır. (APA)

16 Noyabr 2026, 12:17

Sumqayıt-Novxanı yolunda sərnişin avtobusunda tüstülənmə

Sumqayıt-Novxanı yolunda 123 saylı marşrut avtobusunda texniki nasazlıq səbəbindən tüstülənmə baş verib.Citypost.az xəbər verir ki,Oxu.Az-ın sorğusuna cavab olaraq daşıyıcı şirkətdən məlumat verilib.Bildirilib ki, nəqliyyat vasitəsində tüstülənmə olduqdan sonra sərnişinlər dərhal avtobusdan endiriliblər:"Sərnişinlər əraziyə xətdən ayrılan digər nəqliyyat vasitəsilə mənzil başına çatdırılıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb. Nasaz avtobus xətdən kənarlaşdırılıb".Daşıyıcı şirkət həmçinin qeyd edib ki, sözügedən xətt üzrə avtobusların yenilənməsi planlaşdırılır....

16 Noyabr 2026, 11:50

Paytaxtda oğurluq edənlər saxlanıldı

Paytaxtın Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2 620 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən mağazanın əməkdaşı Ş.Əsədova, Nəsimi rayonu ərazisindəki evlərdən birindən 2 000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Rəsulov müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir....

16 Noyabr 2026, 10:57