FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib
Cəmiyyət 17 Noyabr 2026, 10:47
317
Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Fövqəladə Hallar Nazirliyindən Citypost.az-a verilən məlumata görə, FHN tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsində onların həyat və sağlamlığı üçün təhlükəli vəziyyətlərin yaranması halları qeydə alınır:
"Belə ki, Nazirliyin “112” qaynar telefon xəttinə azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı mütəmadi olaraq məlumatlar daxil olur. Daxil olmuş müraciətlər əsasında FHN-in müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində təkcə son 15 gün ərzində 32 uşaq xilas edilərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verilib.
Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir.
Həmçinin oxuyun
Nəzərə alınmalıdır ki, mənzillərdə elektrik və qaz cihazları, açıq eyvan və pəncərələr, aşma və ya düşmə təhlükəsi olan ağır əşyalar, kimyəvi maddələr, kəsici alətlər və digər təhlükə mənbələri azyaşlıların həyat və sağlamlığı üçün ciddi risk yaradır. Eyni zamanda, uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətsiz qalması arzuolunmaz nəticələrə səbəb ola bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır".
Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı
Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzanaıb.Qərara əsasən, bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının dərəcələri 2030-cu ilin sonunadək dəyişdirilir.Belə ki, ölkəyə idxal olunan nərə balığı kürüsü üçün gömrük rüsumu 15 faiz, lakin hər kiloqram üçün 200 ABŞ dollarından az olmamaq şərtilə müəyyən edilib. Hazırda bu məhsul üzrə rüsum idxal dəyərinin 15 faizini təşkil edir.Siqar, siqaret və siqarillalar üçün idxal gömrük rüsumu 15 faiz, lakin hər 1 000 ədəd üçün 3 ABŞ dollarından az olmamaq şərtilə müəyyənləşdirilib. Hazırda bu...
17 Noyabr 2026, 10:24
Hansı erməni milyarderinin təşkilatı Serj Sarkisyanı və Əli Kərimlini mükafatlandırdı?
Noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin IX Zirvə toplantısı keçirilirdi. Prezident İlham Əliyevlə Böyük Britaniyanın Baş naziri Endi Börnhem Azərbaycan–Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Birgə Bəyannaməni mübadilə edirdilər. Eyni gündə başqa bir tədbir Londonda düzəldilir - AXCP sədri Əli Kərimlinin «Maqnitski İnsan Hüquqları Mükafatı»na layiq görülməsi çoxmərkəzli və məxfi xidmət orqanları ilə bağlı olan qlobal maliyyə-siyasət şəbəkəsinin qurucularının gizli əlaqələrini, Azərbaycanla bağlı əvvəlki fəaliyyətini və Qarabağ məsələsində tutduqları mövqeyi araşdırmağı bir daha aktuallaşdırır.Associated Press və Euronews kimi aparıcı beynəlxalq media qurumlarının diqqət mərkəzində Dublin sammiti və Avropanın təhlükəsizlik gündəliyi dayanırdı. Mükafatlandırma mərasiminin qlobal media hadisəsinə çevrildiyini göstərən materiallara rast...
17 Noyabr 2026, 10:11
Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 17 noyabr – Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib.
17 Noyabr 2026, 09:58
Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan şəxsə bəraət verilib.Citypost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu cinayət işini məhkəmənin sədri, hakim İsmayıl Xəlilov araşdırıb.İş üzrə iki nəfər - Mircəmil Məmmədov və tanışı Şakir Əmirov mühakimə edilib. M.Məmmədov yalnız zərərçəkmiş “Azhur Holding” MMC-yə məxsus 180 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə ittiham olunub. İttiham aktındakı digər epizodlarda isə onun adı çəkilməyib. Amma o, ilk gündən ittihamı qəbul etməyib, cinayətlə əlaqəsinin olmadığını bəyan edib. Vəkili Ruzi Səmədov da məhkəmə istintaqı boyu müvəkkilinin təqsirsizliyini təsdiq edən dəlil və sübutlarla çıxış edib, yekunda bəraət hökmü çıxarılmasını xahiş edib.Prokuror son çıxışında müttəhimlərin...
17 Noyabr 2026, 09:45
Yazardan televiziya və xəbər saytlarına SƏRT TƏNQİD
Tərcüməçi-yazar Sevil Gültən televiziya kanallarında və xəbər saytlarında Azərbaycan dilinin işlədilməsi, söz və ifadə seçimində yol verilən səhvlərlə bağlı iradlarını bildirib.Citypost.az xəbər verir ki, O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Sevil Gültən qeyd edib ki, televiziya və xəbər saytlarında tez-tez “baytar həkimi”, “hamam otağı” kimi ifadələrə rast gəlinir. Onun fikrincə, bu cür birləşmələr dil baxımından düzgün deyil. Belə hallarda ya “baytar”, ya da “mal həkimi”, eləcə də “vanna otağı” və ya “hamam” ifadələrindən istifadə olunmalıdır.Yazar televiziyalarda xəbərlər efirə getməzdən əvvəl mətnlərin redaktə edilib-edilmədiyini də sual altına alıb. O bildirib ki, xəbər aparıcılarının əksəriyyəti ixtisasca jurnalistdir və onların mətnlərdəki dil...
17 Noyabr 2026, 08:45
Firuz Mustafa “alqoritm” sözünün tarixini açıqladı
Əməkdar incəsənət xadimi, yazıçı və filosof Firuz Mustafa “Türkizmlər” silsiləsindən növbəti maraqlı paylaşımını edib. O, bu dəfə gündəlik həyatda və elmi sahələrdə geniş istifadə olunan “alqoritm” sözünün mənşəyinə aydınlıq gətirib.Citypost.az xəbər verir ki, Firuz Mustafa qeyd edib ki, “alqoritm” sözü IX əsrdə yaşamış görkəmli özbək riyaziyyatçısı və astronomu Məhəmməd ibn Musa əl-Xarəzminin (783–850) adının latın dilinə uyğunlaşdırılmış formasından yaranıb.Onun sözlərinə görə, əl-Xarəzminin məşhur riyazi əsərləri latın dilinə tərcümə edilərkən alimin adı “Algorithmi” və ya “Algorismus” şəklində işlədilib. Zaman keçdikcə bu ifadə riyaziyyat və elm sahəsində müəyyən əməliyyatların, hesablamaların ardıcıl və konkret qaydalar əsasında yerinə yetirilməsini ifadə edən terminə çevrilib.Beləliklə, bu...
17 Noyabr 2026, 08:18