Natiq Muxtarlı AFFA rəhbərliyini sərt tənqid etdi: “Futbolumuz dələduzlardan təmizlənsin”
İdman 17 Noyabr 2026, 09:43
286
Jurnalist Natiq Muxtarlı Azərbaycan futbolunun maliyyələşdirilməsi, AFFA rəhbərliyinin açıqlamaları və ölkədə klub futbolunun mövcud vəziyyəti ilə bağlı sərt tənqidi fikirlər səsləndirib.
Citypost.az xəbər verir ki, O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Natiq Muxtarlı AFFA-nın baş katibi Cahangir Fərəcullayevin dövlətin futbola ayırdığı maliyyəni dayandıracağı təqdirdə Azərbaycanda klub futbolunun Gürcüstan səviyyəsinə düşəcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.
Jurnalistin sözlərinə görə, bu cür açıqlamalarla azarkeşlərdə qorxu yaratmağa çalışmaq düzgün yanaşma deyil. O hesab edir ki, Azərbaycan futbolsevərləri uzun illərdir Gürcüstan futbolunun inkişafına həsədlə baxırlar və həmin ölkənin futbolunu gerilik nümunəsi kimi təqdim etmək inandırıcı deyil.
Natiq Muxtarlı iddia edib ki, dövlətin futbola ayırdığı vəsaitlər real inkişaf üçün səmərəli istifadə olunmur. Onun fikrincə, Azərbaycan futbolu uzun illərdir səriştəsiz və futboldan kifayət qədər anlayışı olmayan şəxslərin nəzarətindədir. Jurnalist bu şəxsləri sərt ifadələrlə tənqid edərək, ayrılan maliyyənin futbolun inkişafına deyil, başqa məqsədlərə yönəldiyini iddia edib.
O bildirib ki, dövlət maliyyəsinin dayandırılması futbol sahəsindəki mövcud sistemin dəyişməsinə, qeyri-peşəkarların və maliyyə imkanlarından sui-istifadə edən şəxslərin futboldan uzaqlaşmasına səbəb ola bilər.
Həmçinin oxuyun
Jurnalist həmçinin xatırladıb ki, Azərbaycan futbolunun Rusiya, Ukrayna və Türkiyə çempionatlarında çıxış etmək potensialına malik sonuncu nəsil futbolçuları ölkədə maliyyə imkanlarının məhdud olduğu dövrlərdə yetişib. Onun fikrincə, həmin vaxt futbol mühitində istedadların üzə çıxması üçün daha əlverişli şərait olub.
Natiq Muxtarlı hesab edir ki, Azərbaycan futbolunun inkişafı üçün əsas məsələ dövlət vəsaitinin həcmi deyil, həmin vəsaitin necə idarə olunması və kimlərin nəzarətində olmasıdır.
“Dövlət, Azərbaycan futboluna pul ayırmağı dayandır. Qoy futbolumuz ‘istedadlı dələduzlar’dan təmizlənsin, əvəzində istedadlar əldə edəcəyik”, – deyə jurnalist paylaşımında bildirib.
Turan
Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb
Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatına start verilib.Citypost.az xəbər verir ki ki, xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü qələbə qazanıb.Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Georgios Pliasla (Yunanıstan) üz-üzə gəlib. Boksçumuz rəqibinə 3:2 (28:29, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Aşırəliyev ikinci cəhdində ilk mərhələdən azad olan Abdullah Rahalla (İsrail) döyüşəcək.Nicat Alırzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda İdris Ahmed Xlifini (Belçika) üçüncü raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti qarşılaşmasında Edqaras Trotenskislə (Litva) gücünü yoxlayacaq.Hər iki görüş noyabrın 18-də baş...
16 Noyabr 2026, 20:39
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub
2027-ci il mayın 9-13-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıqla əlaqədar yol infrastrukturunun vəziyyəti Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin rəhbər vəzifəli şəxsləri ilə ətraflı müzakirə edilib.Bu barədə Citypost.az-a AzVİF-in mətbuat xidmətindən bildirilib.AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov Azərbaycanın müasir və inkişaf etmiş yol infrastrukturuna malik olduğunu vurğulayaraq bildirib ki, Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) yarışların təşkili zamanı yolların keyfiyyətinə və təhlükəsizlik tələblərinə xüsusi önəm verir. O qeyd edib ki, bu ilin mayında keçirilmiş turnirdə iştirak edən xarici idmançılar, komandalar və rəsmi şəxslər ölkənin yol infrastrukturunu yüksək qiymətləndiriblər.Bununla yanaşı, bəzi marşrutlarda, xüsusilə də onların...
16 Noyabr 2026, 18:20
Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar
Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndə heyəti Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) beynəlxalq seminarında iştirak edib.Bu barədə Citypost.az MPK-dan məlumat verilib.Qazaxıstanın paytaxtı Astanada IPC-nin dəstəyi, Qazaxıstan Milli Paralimpiya Komitəsi və Qazaxıstan Milli İdman Universitetinin təşkilatçılığı ilə beynəlxalq idman seminarı keçirilib.Seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Monqolustan və Moldovanın Milli Paralimpiya Komitələrinin nümayəndələri iştirak ediblər. MPK-nı tədbirdə mətbuat katibi Fərid Qarazadə, İdman şöbəsinin baş mütəxəssisləri Rüfət Rəhimov və Leyli Aslanova, eləcə də mütəxəssis Firdanə Allahyarova təmsil ediblər.Seminar çərçivəsində paraidmanın inkişafı, tibbi təsnifat, media və marketinq istiqamətləri üzrə təqdimatlar keçirilib, iştirakçı ölkələr arasında təcrübə mübadiləsi aparılıb. Tədbirdə Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti tərəfindən Uşaq...
16 Noyabr 2026, 17:48
Daha bir ulduz futbolçu milli karyerasını başa vurdu
Belçika millisinin hücumçusu Romelu Lukaku yığmadakı karyerasını başa vurmaq qərarına gəlib.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, milli komandadan ayrılması ilə bağlı vida məktubu yazıb.“16 il. Bu 16 il ərzində milli komandaya əlimdən gələnin ən yaxşısını verdim. Bu müddətdə, yəqin ki, mümkün olan bütün hissləri yaşadım. Həmişə minnətdar olacağım möhtəşəm komanda yoldaşlarımla oynamaq fürsəti qazandım. Onların hamısına təşəkkür etmək istəyirəm.Məni irəli aparan və komandaya fayda verməyim üçün mənə güvənən bütün məşqçilərə də minnətdaram. Bu, möhtəşəm bir yol idi və onun hər anından zövq aldım.Belçikalı azarkeşlərə komandamıza göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm....
16 Noyabr 2026, 16:14
Futbol üzrə Azərbaycan millisi bu gün Andorra ilə yoldaşlıq görüşünə çıxır
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.Citypost.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız yoldaşlıq görüşündə Andorranın qonağı olacaq.Qarşılaşma Andorranın Enkamp şəhərində yerləşən “Estadi de la FAF” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.Görüşü ispaniyalı hakim Xose Luis Munuera idarə edəcək.Bu, millimizin 2026-cı ildə keçirəcəyi sonuncu qarşılaşma olacaq.Yığmamız əvvəlki oyununda UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteyni səfərdə 1:0 hesabı ilə məğlub edib.Andorra ilə görüş Azərbaycan millisinin kapitanı Emin Mahmudov üçün də xüsusi əhəmiyyət daşıyır. Təcrübəli yarımmüdafiəçi bu qarşılaşmadan sonra milli komandadakı karyerasını başa vuracaq.Yoldaşlıq oyunu16 noyabr22:00. Andorra – AzərbaycanBaş hakim: Xose Luis Munuera...
16 Noyabr 2026, 10:48
Məhəmməd Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçu olub
Misir millisinin futbolçusu Məhəmməd Salah yığmanın tarixində ən yaxşı bombardir rekordunu yeniləyib.Citypost.az "Report"a istinadən xəbər verir ki, o, bu uğura Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Malavi ilə keçirilən ev oyununda imza atıb.Qarşılaşma Misir millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.Salah görüşdə iki dəfə fərqlənib. O, 84-cü dəqiqədə, eləcə də əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə penaltidən qol vurub.Beləliklə, 34 yaşlı hücumçunun Misir millisinin heyətində keçirdiyi 123 oyunda vurduğu qolların sayı 70-ə çatıb. O, 176 matçda 69 qol vuran Hüssam Həsəni geridə qoyaraq yığmanın tarixində ən yaxşı bombardir olub. Həsən 2026-cı il dünya çempionatında Misir millisinin baş məşqçisi vəzifəsində çalışıb.Qeyd...
14 Noyabr 2026, 13:55