Zahid Oruc:”Dünyada baş verən dövlətlərarası qarşıdurmalar böyük təhlükələrlə yanaşı, yeni tarixi fürsətlər də açır”..
Siyasət 16 Noyabr 2026, 19:30
284
Qarabağ Zəfərinin altıncı ildönümündə ali maliyyə qanunu olan dövlət büdcəsi layihəsinin müzakirəsi xüsusi məna daşıyır. Çünki çoxəsrlik problemi həll edən dövlətimizidən vətəndaşlarımızın gözləntiləri daha da artıb. İndi ən böyük vəzifə Qələbəmizi möhkəmləndirilməkdir. Prezident İlham Əliyevin qazandırdığı misilsiz qalibiyyətin siyasi, mənəvi və iqtisadi kapitalını tükətməməli, artırmalı və gələcək nəsillərə ötürməliyik. Hər bir nazirlik və dövlət komitəsi özündən soruşmalıdır: Prezidentin ölkəmiz üçün açdığı tarixi imkanlardan xalqımızın rifahını yüksəltmək üçün necə istifadə edir? Ən başlıcası 40 milyard manata yaxın olan dövlət büdcəsindən xalqımız üçün 400 milyardlıq mənəvi və siyasi effekti təmin etmək, milli ruhu gücləndirməkdir.
Dünyada baş verən dövlətlərarası qarşıdurmalar böyük təhlükələrlə yanaşı, yeni tarixi fürsətlər də açır. Regionda qlobal embarqo və sanksiyalara məruz qalmayan tək ölkəyik. Cəmi 7 il əvvəl dövlətimizin və xalqımızın malik olduğu böyük resurslar işğalın nəticələrinin aradan qaldırılmasına yönəlmişdi. İndi hökumət iqtisadiyyatı qarşıdakı regional açılıma hazırlamalıdır. Keçmişdə qlobal müharibə partiyası işğal əllərindən çıxdıqdan sonra indi Cənubi Qafqazda barış prosesinin qarşısını kəsməyə çalışırlar. Növbəti ildə Sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, yeni regional bazarların yaranması iqtisadiyyatımızın hansı sahələrinə əlavə gəlirlər gətirəcək?
Hesab edirik ki, regional açılımın ən böyük nəticələrindən biri Azərbaycan iqtisadiyyatının əmək tutumlu emal sahələrinin inkişafı olmalıdır.
ABŞ-la fevralın 10-da, Böyük Britaniya ilə noyabrın 12-də imzalanan strateji tərəfdaşlıq sənədlərinin iqtisadi nəticələrini parlamentdə hər il qiymətləndirməliyik. Qərblə strateji münasibətlər qurarkən Şərqlə əlaqələrimizi genişləndirməyimizin konkret nəticəsi Ələtdə Azərbaycan, Özbəkistan və Hindistan kapitalının iştirakı ilə 117,7 milyon dollarlıq, illik istehsal gücü 60 min ton olan ixracyönümlü müəssisənin yaradılmasıdır.
Dünya Bankının 2026-cı ildə açıqladığı tədqiqata görə, Transxəzər Nəqliyyat Dəhlizinin inkişafına yönəldilən investisiyalar nəticəsində yaxın on ildə iştirakçı ölkələrdə 2 milyon yeni iş yeri yarana, yükdaşımaların həcmi üç dəfədən çox arta bilər. Bankın hesablamalarına görə, 2030-cu ilədək Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarətin 37 faiz, həmin ölkələrlə Avropa İttifaqı arasında isə 28 faiz artım potensialı var.
İqtisadiyyatımızın başlıca struktur problemlərindən biri yüksək gəlir yaradan sahələrlə çoxsaylı işçi qüvvəsinin çalışdığı sferalar arasında böyük fərqin olmasıdır. Kənd təsərrüfatı məşğul əhalinin 35,4 faizini əhatə edir, lakin ÜDM-in 5,9 faizini yaradır. Karbohidrogen sektoru isə ÜDM-in 31,8 faizini formalaşdırdığı halda, məşğul əhalinin təxminən 1 faizini təşkil edir.
Cari ilin sentyabrında Bakıda keçirilən II Beynəlxalq İnvestisiya Forumunda 33 trilyon dollardan artıq maliyyə resurslarını idarə edən qurumlar iştirak edirdi. İki gün ərzində 10,8 milyard dollarlıq potensial investisiya razılaşmaları əldə olundu. Lakin nə üçün «Mercedes-Benz»in regional istehsal və mühəndislik mərkəzi, Almaniyanın «Deutsche Bank»ının, Britaniyanın «Barclays» bankının regional filialları Bakıda fəaliyyət göstərməsin?
Azərbaycanın beynəlxalq maliyyə əməliyyatlarının və regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkəmizdə iştirakına imkan verir.
Dost Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən müəssisələrin, filialların və törəmə şirkətlərin sayı 65,5 mini ötüb. Özbəkistanda isə xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrin sayı 22 mini keçib. Daşkənddə sənaye sektorunda 4 mindən, informasiya və kommunikasiya sahəsində 1800-dən artıq xarici kapitallı müəssisə fəaliyyət göstərir. «J.P. Morgan», «Citibank», Almaniyanın «Commerzbank» kimi nüfuzlu maliyyə institutlarının Daşkənddə nümayəndəlikləri var.
Qazaxıstanda «Hyundai» markalı avtomobillərin istehsal edildiyi müəssisədə 1300-dən artıq insan çalışır, ötən il 52 mindən çox avtomobil istehsal olunub. Özbəkistanda dünyanın aparıcı elektromobil istehsalçılarından olan «BYD» şirkəti ilə birgə yaradılan zavodun ilkin mərhələsinə 160 milyon dollar sərmayə qoyulub, illik istehsal gücü 50 min avtomobil təşkil edir.
Təklif edirik ki, dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iqtisadi iştirakı üçün hökumət ayrıca fəaliyyət proqramı hazırlasın. Bunun üçün vergi və gömrük qanunvericiliyi ilə yanaşı, mülkiyyət hüquqlarının qorunması, maliyyə xidmətlərinin rəqabət qabiliyyəti və işgüzar mühitin proqnozlaşdırıla bilməsi mühüm əhəmiyyət daşıyır.
Son illər dövlət sektorunda aparılan struktur islahatlarının, idarəetmənin təkmilləşdirilməsinin və optimallaşdırma tədbirlərinin sosial-iqtisadi nəticələrinə də diqqət yetirməliyik. 2019-cu ildə dövlət sektorunda muzdla çalışanların sayı 916 min nəfərdən çox olduğu halda, hazırda 837 min nəfər ətrafındadır. Təkcə cari ilin doqquz ayında dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 11,8 min nəfər artıb. Haqlı sual yaranır: dövlət sektorundan ayrılan əmək resurslarını özəl sektor hansı səviyyədə qəbul etməyə qadirdir?
Ölkəmizdə problem dövlət sektorunun böyüklüyündən daha çox özəl sektorun yetərincə genişlənə bilməməsidir. Dövlət sektorunun mütləq sayını azaltmadan da onun iqtisadiyyatdakı nisbi çəkisini aşağı salmağın daha sağlam yolu ştatların birbaşa və süni imtahanlarla ixtisarı əvəzinə, özəl sektorda yüz minlərlə yeni iş yerinin yaradılmasıdır. Bir dövlət qurumunun xərclərinə qənaət digər dövlət təşkilatının sosial müdafiə xərclərini artırırsa, peşəkar kadrlarınn itirilməməsi üçün islahatların ümumi iqtisadi səmərəsini yenidən hesablamalıyıq.
Paralel strukturların ləğvini, rəqəmsallaşmanı və büdcə vəsaitlərindən səmərəli istifadə tələbi başadüşüləndir. Lakin rayonlarda alternativ iş yerləri yaratmadan dövlət müəssisələrini ixtisar etməklə paytaxta miqrasiyanın qarşısını almaq çətin olar.
Təklif edirik ki, ixtisarların açıq meyarları əvvəlcədən kollektivlərə elan olunsun, təcrübəli mütəxəssislər vahid kadr ehtiyatı bazasına daxil edilərək digər dövlət qurumlarındakı vakansiyalara yerləşdirilsinlər. Hökumət son beş ilin optimallaşdırma tədbirlərinin yekunlarına dair ayrıca sosial-iqtisadi qiymətləndirmə aparması faydalı olar.
Siyasi müstəqilliyi təmin edən iqtisadi suverenlikdir. Milli istehsalımızı gücləndirdikcə xarici bazarlardan asılılığımız azalacaq. Rəsmi məlumata görə, 2025-ci ildə ərzaq idxalına 2,6 milyard dollar xərclənib. Dünya Bankının araşdırmasına görə, Azərbaycanda müəssisələrin orta yaşı 11,8 il, Avropa və Mərkəzi Asiya regionunda 21,6 ildir. KOBİA-nın sorğusuna görə müəssisələrin yalnız 18,5 faizi 11 il və daha artıq fəaliyyət göstərdiyini bildirib. Hər il açılan müəssisələrin neçəsinin beş, on, iyirmi, otuz il yaşaya bildiyinə dair büdcə xüsusi fəsil olması, nəsildən-nəslə ötürülən, beynəlxalq bazarlarda möhkəmlənən milli sənaye markalarının sayının artmasını arzu edirik.
Prezidentin 2016-cı il tarixli Fərmanı ilə «Made in Azerbaijan» brendinin dünyada tanıdılması üçün ilkin olaraq 3 milyon manat ayrılmışdı. Ötən on ildə Fərmanın icrası nəticəsində neçə milli markamızın dünyanın aparıcı ticarət şəbəkələrinə daxil olduğunu müəyyənləşdirən həm də büdcə siyasətimizdir.
XXI əsrin ən parlaq hərbi qələbələrindən birini dünyaya «Made in Azerbaijan» brendi kimi təqdim edən xalqımız yüzlərlə milli istehsal məhsulunu da dünya bazarına çıxarmağa qadirdir.
Qlobal təhlükələrin və geosiyasi qarşıdurmaların artdığı bir dövrdə 2027-ci ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi inkişafına və müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Böyük Qayıdışın uğurla davam etdirilməsinə etibarlı maliyyə təminatı yaradır.
İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib ölkəmiz daha da qüdrətli və güclü olacaq.
Parlament üzvlərinin səsləndirdiyi təkliflərin Hökumət tərəfindən nəzərə alınacağına inanaraq, dövlətimizin ali maliyyə sənədini yüksək qiymətləndirir və büdcə layihəsinin lehinə səs verəcəyimizi bildiririk.
Hikmət Hacıyev: “Təhlükəsiz və sülh içində olan Cənubi Qafqaz istəyirik”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələrinin müavinləri Komitəsi ilə görüş keçirib.Citypost.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, NATO-Azərbaycan formatında keçirilən görüş Azərbaycan-NATO tərəfdaşlığında əldə olunan irəliləyişi qiymətləndirmək, həmçinin regional və beynəlxalq gündəmdəki prosesləri müzakirə etmək imkanı yaradıb.Hikmət Hacıyev Azərbaycanın etibarlı NATO tərəfdaşı kimi beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən beynəlxalq sülhə dəstək əməliyyatlarında iştirakı vasitəsilə ardıcıl töhfə verdiyini qeyd edib.Onun sözlərinə görə, illər ərzində Azərbaycan-NATO əməkdaşlığı siyasi dialoqu, müdafiə, təhlükəsizlik və potensialın gücləndirilməsi sahələrində praktiki əməkdaşlığı əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib.“Azərbaycan 1994-cü...
16 Noyabr 2026, 15:16
Azərbaycan nümayəndələri Ermənistana gedirlər
"Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti görüş ilin sonuna kimi baş tutacaq.Citypost.az bildirir ki, bu barədə "Trend"ə "Sülh Körpüsü"nün Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov məlumat verib.O qeyd edib ki, görüş Ermənistanda keçiriləcək.Xatırladaq ki, "Sülh körpüsü" dialoq platforması Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın möhkəmləndirilməsi və davamlı dialoqun qurulması məqsədilə yaradılıb. Platforma çərçivəsində tərəflər mütəmadi olaraq görüşlər keçirir, sülh prosesi, regional təhlükəsizlik, media və vətəndaş cəmiyyətinin rolu kimi məsələləri müzakirə edirlər.İlk görüş 21-22 oktyabr 2025-ci il tarixlərində İrəvanda baş tutub və dialoqun...
16 Noyabr 2026, 10:27
Alqış Musayev Mehdiyevin aqibətini Maksim Qorkinin “Larra” obrazı ilə müqayisə etdi
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, YAP İdarə Heyətinin üzvü, əməkdar jurnalist Alqış Musayev Mehdiyevin aqibəti ilə bağlı diqqətçəkən paylaşım edib.O, bu barədə sosial şəbəkə hesabında yazıb.Alqış Musayev paylaşımında Mehdiyevin aqibətinin rus yazıçısı Maksim Qorkinin yaratdığı Larra obrazının taleyini xatırlatdığını bildirib.Baş redaktor qeyd edib ki, Larra özünü hamıdan üstün hesab edən, heç kəsi özünə bərabər görməyən bir obrazdır. O, istəyinə qarşı çıxdığı üçün bir qızı öldürür. Qızın qohumları Larranı cəzalandırmaq istəsələr də, onu öldürmür, əvəzində ən ağır cəzalardan birinə – insanlardan təcrid olunaraq tək yaşamağa məhkum edirlər.Alqış Musayevin sözlərinə görə, zaman keçdikcə Larra ölüm arzulasa da, ölə bilmir.“Mehdiyevin aqibəti Larranın əhvalatını...
16 Noyabr 2026, 00:50
Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
NATO İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizlik sisteminin əsas dayağına çevrildi. 1949-cu ildə yaradılan Şimali Atlantika Alyansı onilliklər ərzində Avropanı mümkün hərbi təhdidlərdən qoruyan, ABŞ-ın qitədəki siyasi və hərbi mövcudluğunu təmin edən əsas mexanizm kimi fəaliyyət göstərdi. Soyuq müharibənin başa çatması, Sovet İttifaqının dağılması və Varşava Müqaviləsi Təşkilatının ləğvi NATO-nun gələcəyi ilə bağlı müzakirələrə səbəb olsa da, Alyans öz mövcudluğunu qorudu və genişləndi. Lakin bu gün NATO-nun qarşısında əvvəlkilərdən fərqli, daha mürəkkəb bir problem dayanır: Avropanın təhlükəsizliyini təmin etmək məsuliyyətinin nə qədərini bundan sonra ABŞ, nə qədərini isə Avropa dövlətləri öz üzərinə götürəcək?Ukrayna müharibəsi NATO-nun əhəmiyyətini yenidən artırdı. Rusiya ilə...
14 Noyabr 2026, 11:58
Leyla Əliyeva COP31-də beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərlə görüşlər keçirib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə təşəbbüsü əsasında yaradılan pavilyonda olublar.Citypost.az xəbər verir ki, pavilyonla tanış olan Leyla Əliyevaya və Alyona Əliyevaya burada nümayiş etdirilən stendlər və təqdim olunan layihələr barədə məlumat verilib.Sonra ərazidə açılan digər pavilyonlara baxış keçirilib.Xatırladaq ki, birgə pavilyonun yaradılması ideyası ilk dəfə 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı yaranıb. Həmin konfrans çərçivəsində təşkil edilən pavilyon ən çox ziyarət edilən pavilyonlardan biri olub.Pavilyonda Heydər Əliyev Fondunun sosial,...
14 Noyabr 2026, 08:31
Tahir Budaqov Çinin Azərbaycandakı səfiri ilə görüşdü
Noyabrın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib.Citypost.az xəbər verir ki, səfir Lu Mey ÇKP Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysinin salamlarını və ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayının uğurla baş tutması münasibətilə təbriklərini çatdırıb.YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov salamlara və təbriklərə görə təşəkkürünü bildirib, onun da salamlarının Lyu Haysinə çatdırılmasını xahiş edib.Görüşdə müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallığı olan Azərbaycan-Çin münasibətlərinin tarixi...
13 Noyabr 2026, 17:49