Ağa Dadaşzadə: İnsanları sağ ikən öldürən dilinizdən, nifrətinizdən utanın!
Cəmiyyət 24 Noyabr 2026, 00:38
334
Artıq sosial şəbəkələrdə sadəcə mənəviyyatsızlıqla deyil, insanlığın dibinə vurmuş bir mənzərə ilə qarşı-qarşıyayıq. Bəzi insanların daxilindəki nifrət, paxıllıq, qəddarlıq və vicdansızlıq elə bir həddə çatıb ki, başqasının həyatı, sevinci, arzusu, hətta taleyi onların əyləncə predmetinə çevrilib.
Bir gənc xanımın ad günündə çəkilmiş görüntüləri paylaşılır. Həyatının ən gözəl anlarından birini yaşayır. Amma həmin görüntülərin altında yazılan şərhlərə baxanda insanın içindən hər şey keçir. Nifrət, alçaltma, çirkin eyhamlar, mənəviyyatsızlıq, ağızlarına gələni yazan bir qaragüruh! Sanki bu insanlar kiminsə xoşbəxtliyini görməyə dözə bilmirlər. Sanki başqasının gülüşü bunların daxilindəki bütün çürüklüyü üzə çıxarır.
Bir neçə saat sonra həmin gənc xanım avtomobil qəzasında həyatını itirir.
Və mən bu cəmiyyətin sosial şəbəkələrdəki davranışına baxıb düşünürəm: Görəsən, biz nə vaxt bu qədər murdarlaşdıq? Nə vaxt insan olmaqdan bu qədər uzaqlaşdıq?
Bu gün sosial şəbəkələrdə insanların həyatına müdaxilə edən, onları təhqir edən, alçaldan, psixoloji təzyiq altında saxlayan, arxasınca düşən, hər görüntüsündən qınaq və nifrət çıxaran insanlar var. Onlar klaviatura arxasında özlərini güclü zənn edirlər. Amma əslində, insanın ən zəif, ən çürümüş, ən vicdansız tərəfi məhz orada üzə çıxır.
Siz heç düşünürsünüzmü, yazdığınız bir şərh kiminsə gecəsini necə keçirir? Kiminsə göz yaşına səbəb olurmu? Kiminsə psixologiyasını dağıdırmı? Kiminsə yaşamaq həvəsini əlindən alırmı?
Bəlkə də heç düşünmürsünüz! Çünki qaragüruh üçün insanın hissləri yoxdur. Onlar üçün qarşılarındakı sadəcə mühakimə ediləcək, təhqir olunacaq, linç ediləcək bir profildir. Ekranın arxasında bir insanın dayandığını, onun ailəsinin, ağrılarının, qorxularının, həyat mübarizəsinin olduğunu dərk etməkdən belə məhrumdurlar.
Neçə insanın psixologiyası bu sosial şəbəkələrdəki nifrət bataqlığında məhv olub? Neçə insan təhqirlərə, kütləvi hücumlara, alçaldılmağa görə özünü cəmiyyətdən təcrid edib? Neçə insanın həyatına bu platformalardakı qəddarlıq qaranlıq salıb? Neçə ailənin bədbəxtliyində, neçə insanın sarsıntısında, neçə faciənin arxasında vaxtında qarşısı alınmayan kiberzorakılığın, amansızlığın, insanları didib-parçalayan virtual nifrətin payı var?
Bəlkə də sabah daha bir insanın faciəsi yaşanacaq. Bəlkə sabah daha bir gənc psixoloji təzyiqin altında əziləcək. Bəlkə daha bir insan bu cəmiyyətin ona yaşatdıqlarından bezəcək. Və biz yenə hadisədən sonra ağıllanacağıq. Yenə başsağlığı yazacağıq. Yenə mərhəmət nümayiş etdirəcəyik. Yenə bir neçə gün danışıb sonra növbəti insanı hədəfə alacağıq.
Bu, cəmiyyətin ən iyrənc ikiüzlülüyüdür!
Həmçinin oxuyun
İnsan sağ ikən onu didib-parçalamaq, öldükdən sonra isə onun şəkillərinin altında mələk kimi görünmək! Bu nə vicdandır? Bu nə əxlaqdır? Bu nə insanlıqdır?
Sosial şəbəkələr artıq bəzi insanlar üçün informasiya və ünsiyyət vasitəsi deyil. Onlar nifrətin yayıldığı, insanların bir-birinə hücum etdiyi, həyatların şərhlərlə zəhərləndiyi, şəxsi faciələrin tamaşaya çevrildiyi bir meydana çevrilib. Və bu meydanda özünü insan hesab edən, amma başqasının ağrısına gülən, başqasının həyatına zəhər saçan nə qədər insan var!
Heç kim bir insanın ölümünə səbəbkar elan edilə bilməz, əgər bunu təsdiqləyən faktlar yoxdursa. Amma bir həqiqət var: insanların psixologiyasını məhv edən, onları təhqir edən, alçaldan, sıxışdıran, nifrətə məruz qoyan sosial şəbəkə davranışları artıq adi söz davası deyil. Bu, insan həyatına toxunan təhlükəli bir zorakılıq formasıdır.
Bunun qarşısı alınmasa, daha neçə insanın bədbəxtliyinə şahid olacağıq? Daha neçə gəncin həyatını qaragüruh düşüncəsinin, mənəviyyatsızlığın, kütləvi nifrətin kölgəsində görəcəyik? Daha neçə dəfə bir insanın ölümündən sonra onun sağlığında yazılan şərhləri görüb utanacağıq?
İnsanların ölümünü gözləyib sonra mərhəmət göstərməkdən əl çəkin! İnsanları sağ ikən öldürən dilinizdən, nifrətinizdən, paxıllığınızdan utanın!
Bu cəmiyyətin sosial şəbəkələrdəki mənəvi çöküşü artıq həyəcan təbili deyil. Bu, SOS siqnalıdır!
Çünki bəzən bir insanın həyatını məhv etmək üçün əlində silah tutmağa ehtiyac yoxdur. Bir ekran, bir klaviatura, bir kütlə və vicdansızlıq kifayət edir.
Və biz bu qəddarlığı normal qəbul etməyə başladığımız gün, insanlığın özünü itirdiyi gündür!
Ağa Dadaşzadə
Şahlar Əsgərov: Himayədarlıq cəmiyyətin inkişafına mane olur
HİMAYƏDARLIQİnkişaf etməkdə olan ölkələrdə baş verən qüsurların görünməz səbəbinin biri himayadarlıqdır. Elmimiz, təhsilimiz, mədəniyyətimiz, incəsənətimiz, təbabətimiz, idmanımız bu xəstəlikdən əziyyət çəkir. Elm sahəsində akademikin övladı akademik doğulmadığı kimi, şöhrətli idmançının oğlu da idmançı doğulmur. Akademikin oğlunu zorən akademik, idmançı oğlunu zorən idmançı etmək istəyini ancaq himayadarlıq mümkün edir. Bu qüsurlara qalib gəlmək üçün himayadarlıqdan imtina etmək lazımdır. Himaydarlıqla mübarizə ali məktəblərdə təyinatdan keçir. Himayadarlıq bir tərəfdən tanışlıq, bir tərəfdən rüşvət və digər səbəblərdən baş verir. Bu xəstəlik ölkənin kadır potensialına güclü zərbə vurur, onu geri dartır. Nəticədə dövlətin saxladığı məmur ordusınun səviyyəsi aşağı düşür və gündəlik həyatda həlli...
24 Noyabr 2026, 00:20
Elmin Fərəcov Aparat rəhbəri təyin olundu
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub.Citypost.az-ın xəbərinə görə, nazirin müvafiq əmri ilə Elmin İsa oğlu Fərəcov nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.Elmin Fərəcov 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.2002-2007-ci illərdə Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq ixtisası üzrə ali təhsil alıb.2011-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsləhətçi-hüquqşünas, 2016-2021-ci illərdə Nazirliyin Məşğulluq və miqrasiya şöbəsinin müdiri, 2021-2023-cü illərdə nazirliyin Məşğulluq və əmək münasibətləri şöbəsinin müdiri vəzifələrində işləyib.Hazırkı vəzifəsinə qədər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.Sosial...
23 Noyabr 2026, 21:39
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
Noyabrın 23-də Alyona Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib.Citypost.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Mərkəzin fəaliyyəti barədə məlumat verib.Bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.Beş il əvvəl açılışı olan Mərkəzdə, habelə sonralar yaradılan İsmayıllı və Bərdədəki filiallarda ötən dövrdə 1160-dan çox şəxs təlimlərə və sosial-psixoloji xidmətlərə cəlb edilib. Hazırda 380-dək benefisiar bacarıqlarını inkişaf...
23 Noyabr 2026, 21:34
Qarabağ Universitetinin tələbələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib
Elm və Təhsil Nazirliyi mediada Qarabağ Universitetinin tələbələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib.Məlumata görə, hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib.Bildirilib ki, sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb.“Media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiq və obyektiv təqdim edilməsi üçün universitetin mətbuat xidmətinə müraciət edərək dəqiqləşdirilməsi xahiş olunur”, - məlumatda deyilir....
23 Noyabr 2026, 20:57
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
Ovlanması qadağan edilsə də, bazarlarda piştaxtalarda ona rast gəlmək olur. Söhbət ilanbalığından gedir.Bəs bazarda ilan balığı niyə azdır və haradan gəlir?Citypost.az xəbər verir ki, satıcıların sözlərinə görə, anbarlardan gətirilən bu balığı gizli formada satırlar:"Hazırda bazara çox az-az gətirilir, ölçüləri belə kiçik olur. Qiymətləri isə bir ədədi 3-4 manata satılır".Satıcılar deyirlər ki, bu balıq növü əsasən dekabr ayında satışa çıxarılır. Hazırda isə təsadüf halda gətirilir və adətən gecə ilə satılıb qutarır:"Bu balıq kiloyla satılmır, məsələn, çox gələndə 2-50, az olanda 3-50 manatdır. Ona tələbat ən çox gözə görə, yağına görədir. Çox yağlı balıqdır, ona görə tələbət var.Bu balıq Neftçala, bir də...
23 Noyabr 2026, 20:37
İtaliyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda Şəhidlər xiyabanını ziyarət edib.Citypost.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.“Bakı Şəhidlər xiyabanına ziyarət. Azadlıq uğrunda həlak olanların, nifrət və zülm qurbanlarının xatirəsinə ehtiram”, – Tayani qeyd edib.
23 Noyabr 2026, 19:49