Çar Samuelin qalıqları DNT analizi üçün Almaniyaya göndərilə bilər
Dünya 24 Noyabr 2026, 00:11
377
Bolqarıstan çarı Samuelin və onun qohumları olduğu ehtimal edilən şəxslərin qalıqları genetik analiz üçün Almaniyaya göndərilə bilər.
Citypost.az Bolqarıstan Xəbər Agentliyinə (BTA) istinadən xəbər verir ki, arxeoloq professor Lyudmil Vaqalinskinin sözlərinə görə, qalıqların ilin sonuna qədər Almaniyanın Maks Plank İnstitutuna göndərilməsi nəzərdə tutulur.
Hazırda bununla bağlı Almaniya elmi-tədqiqat institutu ilə əməkdaşlıq şərtləri razılaşdırılır. Qalıqların köçürülməsi üçün müvafiq icazələrin alınması, o cümlədən Bolqarıstan Mədəniyyət Nazirliyinin təsdiqi tələb olunur.
Qeyd edək ki, çar Samuelə və onun yaxınlarına aid olduğu ehtimal edilən qalıqlar oktyabrın 3-də Yunanıstandan Bolqarıstana gətirilib.
Həmçinin oxuyun
Arxeogenetik tədqiqatın əsas məqsədi qalıqları araşdırılan şəxslər arasında qohumluq əlaqələrini müəyyənləşdirmək, həmçinin çar Samuelin ailəsi haqqında yeni məlumatlar əldə etməkdir.
Vaqalinskinin bildirdiyinə görə, analizlərin nəticələrinin əldə olunması təxminən altı ay çəkə bilər. Bununla belə, proses sümüklərin vəziyyətindən və onlarda qorunub saxlanılan bioloji materialın keyfiyyətindən asılı olacaq.
Turan
TRİPP başladı - İrandan sensasion reaksiya
"Saxta marşrutlar" heç vaxt "əsl dəhlizləri" əvəz etməyəcək: istər İranın cənubunda olsun, istərsə şimalında; istər Hörmüz boğazından keçən cənub marşrutu olsun, istərsə də TRİPP (Zəngəzur).Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın ali liderinin müşaviri Məhəmməd Müxbir sosial şəbəkə hesabında TRİPP layihəsinin bu gün praktik mərhələsinin başlanması ilə bağlı yazıb.“İranın bölgədəki geosiyasi maraqları bizim qırmızı xəttimizdir və biz onun keçilməsinə icazə verməyəcəyik. Hörmüz boğazının nümunəsindən dərs çıxarın”, - o bildirib.Qeyd edək ki, bu gün Ermənistan və ABŞ TRİPP layihəsinin başlandığını rəsmən elan ediblər....
23 Noyabr 2026, 22:35
Zelenski: Rusiya-Ukrayna münaqişəsi üzrə dördtərəfli görüşə hazırıq
Kiyev Rusiya-Ukrayna müharibəsinin dayandırılması məsələsi üzrə Avropa, ABŞ və Rusiyanın iştirakı ilə mümkün dördtərəfli görüşün keçirilməsinə hazırdır."Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib."Biz Ukrayna, Avropa, ABŞ və Rusiya arasında dördtərəfli görüşün ən qısa zamanda keçirilməsi üçün hər şeyi etməliyik. Bunu artıq, sözün əsl mənasında, sabah etməyə hazırıq", – Zelenski deyib.Onun sözlərinə görə, Ukrayna tərəfi belə bir görüşü Milad bayramına qədər (25 dekabr – red.) təşkil etməyə çalışır.Qeyd edək ki, noyabrın 21-də Zelenski Ukrayna-ABŞ-Avropa-Rusiya formatında növbəti danışıqların tarixinin ABŞ tərəfinin danışıqların gündəliyini bütün iştirakçılarla razılaşdıracağı vaxtdan asılı olduğunu bildirib....
23 Noyabr 2026, 17:32
Ən yaşlı "qanuni oğru" hava limanında saxlanıldı
Rusiyanın ən yaşlı "qanuni oğru"su, kriminal aləmdə "Valter" kimi tanınan Valiko Cedjey Moskvanın Şeremetyevo hava limanında saxlanılıb."Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, 80 yaşlı "Valter" uzun müddət Monteneqroda yaşayıb, lakin vizasının müddəti bitdiyi üçün ölkəni tərk etmək məcburiyyətində qalıb.Monteneqrodan Ermənistana gələn "Valter"i Rusiya vətəndaşı olduğu üçün Moskvaya yola salıblar.İkitərəfli pnevmoniya diaqnozundan əziyyət çəkən "Valter" hava limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, polislərə tezliklə Rusiyanı tərk edəcəyinə söz verib. ...
23 Noyabr 2026, 17:28
Özbəkistanda AI-80 benzininin yanacaqdoldurma məntəqələrində satışına qadağa qüvvədə qalır
Özbəkistanda AI-80 markalı benzinin yanacaqdoldurma məntəqələrində avtomobil yanacağı kimi satışına qoyulan məhdudiyyət qüvvədə qalacaq.Citypost.az “Sputnik Özbəkistan”a istinadən xəbər verir ki, ölkənin əmtəə birjasında satışa çıxarılan AI-80 benzini yalnız neft emalı zavodlarında xammal kimi istifadə olunacaq.Rəsmi açıqlamada bildirilib ki, benzinin birjada təklif edilməsi onun pərakəndə satış məntəqələrinə qaytarılması demək deyil.Bu açıqlama sosial şəbəkələrdə AI-80 benzininin yenidən yanacaqdoldurma məntəqələrində satışa çıxarılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmək məqsədilə verilib.Beləliklə, avtomobillərdə istifadə üçün AI-80 benzininin satışına qoyulan mövcud qadağa qüvvədə qalır....
23 Noyabr 2026, 09:52
Taylandda 4500 Myanma qaçqını üçün 3 milyon dollarlıq məşğulluq layihəsi həyata keçiriləcək
Taylandda yaşayan 4500 Myanma qaçqını və onların ailə üzvləri Yaponiya tərəfindən maliyyələşdirilən 3 milyon dollarlıq layihə çərçivəsində peşə və məşğulluq təlimlərinə cəlb olunacaq.Citypost.az “The Irrawaddy” nəşrinə istinadən xəbər verir ki, ikiillik layihə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) maliyyə dəstəyi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən həyata keçiriləcək.Layihə çərçivəsində qaçqınlara peşə hazırlığı, işə uyğunlaşdırma xidmətləri göstəriləcək, həmçinin onların Yaponiya şirkətləri də daxil olmaqla müxtəlif işəgötürənlərlə əlaqələndirilməsi təmin ediləcək.Təşəbbüs Taylandın Tak, Mae Hong Son, Kançanaburi və Ratçaburi əyalətlərindəki qaçqın düşərgələrinin sakinlərini əhatə edəcək.Məlumata görə, hazırda 100 mindən çox Myanma qaçqını Tayland-Myanma sərhədi boyunca yerləşən doqquz müvəqqəti düşərgədə yaşayır. Onlar beynəlxalq maliyyə dəstəyinin...
23 Noyabr 2026, 09:48
Çatbotlarla romantik münasibət quranların sayı artır
İnsanların emosional dəstək, yoldaşlıq və hətta romantik münasibətlər üçün süni intellekt çatbotlarına müraciət etməsi yeni müzakirələrə səbəb olub.Citypost.az “The Brussels Times” nəşrinə istinadən xəbər verir ki, Belçikada bu mövzuya həsr olunan “Mənim süni intellekt münasibətlərim” adlı sənədli film hazırlanıb. Film noyabrın 24-də Pickx+ kanalında yayımlanacaq.Sənədli filmdə süni intellektlə emosional bağ quran, virtual tərəfdaşları özünə sirdaş seçən və hətta onlarla romantik münasibət yaşayan insanların hekayələri təqdim olunur.Belçikalı rəqəmsal məsləhətçi Xavier Degraux hesab edir ki, insanların süni intellektə emosional bağlılığının artması cəmiyyətdə tənhalıq və sosial təcrid probleminin dərinləşməsi ilə əlaqəlidir. Onun sözlərinə görə, çatbotlar istifadəçilərlə razılaşmağa və onları təsdiqləməyə meyilli olduqları üçün...
23 Noyabr 2026, 00:52