Bizə yazın

Baku

-°C

USD

-

Sevil Gültən “Xəzər” jurnalına sərt tənqid: “İngilis dilindən tərcümə edənlər niyə heyətə daxil edilməyib?”

Söz adamı 24 Noyabr 2026, 00:15

492

Tərcüməçi Sevil Gültən “Xəzər” jurnalının redaksiya heyətinin formalaşdırılması və tərcümə istiqamətləri ilə bağlı suallar səsləndirib.

Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Sevil Gültən qeyd edib ki, Tərcümə Mərkəzi bağlandıqdan sonra akademik Kamal Abdulla “Xəzər” jurnalını himayəsinə götürüb. Jurnal 2025-ci ilin yanvar ayından etibarən Azərbaycan Dillər Universitetinin Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi nəşr olunur. Tərcüməçi jurnalın fəaliyyətinin davam etdirilməsini müsbət qarşıladığını, lakin yaradıcı heyətin tərkibinin onda müəyyən suallar yaratdığını bildirib.

Onun diqqətini çəkən əsas məqam redaksiya heyətində yer alan şəxslərin əsasən rus dilindən tərcümə ilə məşğul olmalarıdır.

Sevil Gültən paylaşımında redaksiya heyətinə Etimad Başkeçid, Mahir N. Qarayev, Saday Budaqlı, Nəriman Əbdülrəhmanlı, Yaşar Əliyev, Püstə Axundova və Cavid Zeynallının daxil edildiyini xatırladıb.

Tərcüməçi akademik Kamal Abdullaya müraciətlə ingilis dilindən tərcümə edən mütəxəssislərin niyə redaksiya heyətində təmsil olunmadığını sual edib. O, həmçinin ingilis dilində yazılmış əsərlərin birbaşa orijinaldan tərcüməsi mümkün olduğu halda, niyə rus dili vasitəsilə tərcüməyə üstünlük verildiyini gündəmə gətirib.

Sevil Gültən fikirlərini belə ifadə edib:“Lap yaxşı, təki heç kim işsiz qalmasın. Təəccüblü olan budur ki, jurnalın yaradıcı heyətində olanlar yalnız rus dilindən tərcümə edənlərdir. Görəsən, hörmətli Kamal Abdulla ingilis dilindən tərcümə edənləri niyə redaksiya heyətinə daxil etməyib? İngilis dilində yazılmış əsəri orijinalından tərcümə etməyi bacaranlar varsa, niyə ikinci dildən – rus dilindən tərcümə edilir?”

Problemlərinizi bizə bildirin

077 323 55 66

Orxan Adıgözəldən süni intellektlə yazılan əsərlərlə bağlı maraqlı paylaşım

Yazıçı Orxan Adıgözəl süni intellekt vasitəsilə roman və şeir yazanların sayının artması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, yazıçı paylaşımında bu tendensiyanı yumoristik şəkildə şərh edib:“Süni intellektlə roman, şeir yazanların sayı çoxalıb.Bir azdan kitabların üzərində "kənd yumurtası" "ev südü" kimi "bio kitab" yazılacaq.Feysbukdakı yazıların bəzilərini oxuyanda da "ChatGbt" tərzi hiss olunur”.Turan

23 Noyabr 2026, 08:41

Ey Vətən bu torpaq mənimçün azdı - Sayman Aruzun ŞEİRİ

Bilmirəm bu sənsən ya mənəm vətən,Həyatın önündən cavabsız ötən...O qədər qəfildən dəyişdim ki, mən,Özümü güzgüdə tanımadım heç ..Yağa bilmirsənsə qaraltma məni...Külək də əsmir ki, aparsın səni...O tayda əzilmiş azadlıq dəniBu qara torpaqdan cücərməmiş keç...Sən keçən dərinlər mənə dayazdı.Bu tay nəğmədirsə, o tay da sazdı,Ey Vətən bu torpaq mənimçün azdı...Zirvə axtarırsan buqartalı seç..

19 Noyabr 2026, 11:05

Gəncliyimizin sevimli Səyyad müəllimi - Sərvaz Hüseynoğlu yazır...

Sosial şəbəkələrdə  millət vəkili Səyyad Aranla , onun Milli Məclisdə etdiyi çıxışla bağlı etikadan kənar, arzuolunmaz, daha çox da qəbuledilməz fikirlər paylaşırlar.Bu əsassız şərhləri oxumaq şəxsən mənim üçün çox ağırdı. Ağırdı ona görə ki, mən Səyyad müəllimin tale yolunu, bu yoldakı çabalarını, sözün həqiqi mənasında, əsl ziyalı, istedadlı insan kimi mücadiləsini həmişə heyranlıqla izləmişəm.  Səyyad müəllim ötən əsrin səksəninci illərində İmişli rayonunda işləyən gənc müəllimlər, ziyalılar , gənc yaradıcı insanlar üçün örnək idi. Biz gənclərin təsvirolunmaz Səyyad sevgisi, qibtə yeri vardı. Səyyad müəllim bütöv bir nəsil gəncliyə ədəbiyyatı, mədəniyyəti sevdirirdi. Təbliğ edirdi. Onun zövqü istinad yerimiz idi. O, tanıyıb -...

18 Noyabr 2026, 14:53

Firuz Mustafa: “Arbuz” və “sobaka” sözləri türk mənşəlidir

Əməkdar incəsənət xadimi, yazıçı Firuz Mustafa “Türkizmlər” silsiləsindən növbəti paylaşımında rus dilində işlənən “arbuz” və “sobaka” sözlərinin mənşəyinə toxunub.Citypost.az xəbər verir ki, yazıçı bu barədə sosial şəbəkə hesabında yazıb.Firuz Mustafa qeyd edib ki, rus dilində qarpız mənasında işlədilən “arbuz” sözü türk mənşəlidir. Onun sözlərinə görə, rus dilçiləri də bu sözün türk dillərindən alındığını vurğulayırlar. Müəllif “arbuz” sözünün “qar” və “buz” sözlərinin birləşməsindən yarandığını irəli sürüb. O, rus dilindəki “арбуз” sözünün türk dillərindəki “χarbuz/karpuz” formasından keçdiyini də xatırladıb.Yazıçı “sobaka” sözünün mənşəyinə də diqqət çəkib. O bildirib ki, bu sözün də türk dilləri ilə əlaqəli olduğu barədə dilçilik araşdırmaları mövcuddur. Müəllifin qeyd...

18 Noyabr 2026, 00:50

Qulu Məhərrəmli: “Atatürk haqqında nə qədər yazılsa, yenə də azdır”

Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında yazılmış yeni kitab və onun təqdimat mərasimi ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, O, bu barədə sosial şəbəkə hesabında yazıb.Qulu Məhərrəmli qeyd edib ki, Mustafa Kamal Atatürk təkcə türk dünyasının deyil, bütün bəşəriyyətin yetişdirdiyi böyük dühalardan, dünya tarixinə istiqamət vermiş qüdrətli şəxsiyyətlərdən biridir. Buna görə də onun haqqında nə qədər yazılsa, yenə də azdır.Professorun sözlərinə görə, peşəcə həkim, tanınmış araşdırmaçı-publisist Səxavət Əlisoy da Atatürk haqqında fərqli yanaşma ilə qələmə aldığı yeni kitabında bu tarixi şəxsiyyətin fenomenini liderlik anlayışı üzərindən təqdim etməyə çalışıb.Qulu Məhərrəmli kitabın maraqlı və oxunaqlı...

17 Noyabr 2026, 08:28

Yaxşılar dünyanın üzük qaşıdı! Əmir Pəhləvan yazır...

İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət"...

13 Noyabr 2026, 14:15