Bizə yazın

Baku

-°C

USD

-

Cəlilabadda 1500 abonent qazsız qalacaq

Cəmiyyət 25 Noyabr 2026, 08:20

559

Bu gün Cəlilabad şəhərinin 22 küçəsində qaz olmayacaq.

Citypost.az xəbər verir ki, bu barədə Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, 25 noyabr saat 14:00-dan etibarən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 1500 abonentin (H.Əliyev prospekti, Z.Əliyeva, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, M.Ə.Sabir, Babək, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Ə.Abdullayev, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov və S.Vurğun küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu məktəbə direktor təyin olundu

Bakı şəhəri 145 nömrəli tam orta ümumtəhsil məktəbinə yeni direktor təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə sözügedən məktəb məlumat yayıb.Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, Məsmə Cavanşir qızı Əliyeva bu vəzifəyə təyinat alıb.

25 Noyabr 2026, 08:14

Alqış Musayev: Cəmiyyətdə emosional amillər reallığın qavranılmasına təsir edir

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Alqış Musayev Şərq cəmiyyətlərində ictimai münasibətlərin formalaşmasında emosional amillərin rolu ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, baş redaktor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Alqış Musayev bildirib ki, müşahidələr Şərq cəmiyyətlərində, o cümlədən Azərbaycanda ictimai münasibətlərə emosional amillərin ciddi təsir göstərdiyini bir daha təsdiqləyir.Onun fikrincə, bu xüsusiyyət cəmiyyətdə baş verən hadisələrin və proseslərin necə qəbul olunmasına da təsirsiz ötüşmür. Nəticədə real, maddi-statistik göstəricilərlə insanların həmin göstəricilər əsasında formalaşdırdığı ictimai rəy və qavrayış arasında müəyyən fərqlər yaranır.Baş redaktorun paylaşımında diqqət çəkdiyi əsas məqam statistik nəticələrlə cəmiyyətin hadisələrə emosional münasibətinin hər zaman üst-üstə düşməməsidir.Alqış...

25 Noyabr 2026, 08:07

Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür

Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür.Citypost.az-ın məlumatına görə, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatıb.Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə...

25 Noyabr 2026, 08:00

Bu ərazilərdə su kəsiləcək

Noyabrın 25-də magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı gün ərzində Bakının Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" QSC-dən bildirilib.Məlumata əsasən, suyun əvvəlki rejimlə verilməsi noyabrın 26-da səhər saatlarında bərpa olunacaq.

25 Noyabr 2026, 07:30

Ruzbeh Məmməd: “Kənd Təsərrüfatı Nazirliyi niyə Bakıda yerləşməlidir ki?!”

Jurnalist Ruzbeh Məmməd Bakıda nəqliyyat sıxlığının azaldılması və dövlət qurumlarının bölgələrə köçürülməsi ilə bağlı təkliflərlə çıxış edib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ruzbeh Məmməd hesab edir ki, paytaxtda tıxac probleminin həlli üçün yalnız yolötürücülərin və körpülərin tikilməsi kifayət deyil. Onun fikrincə, problemin aradan qaldırılması üçün dövlət idarəetmə sistemində və şəhərsalma siyasətində daha genişmiqyaslı dəyişikliklərə ehtiyac var.Jurnalist bir sıra nazirliklərin, onlara tabeli qurumların və təhsil müəssisələrinin Bakıdan bölgələrə köçürülməsini təklif edib. O, bu addımın həm paytaxtdakı insan və nəqliyyat sıxlığını azaldacağını, həm də regionların iqtisadi inkişafına müsbət təsir göstərəcəyini düşünür.Ruzbeh Məmmədin sözlərinə görə, dövlət qurumlarının bölgələrə...

25 Noyabr 2026, 00:32

Öz millətinizin övladlarına qarşı bu qədər xəsis olmayın” – Vasif Ayandan çağırış

Bir tələbə paylaşım edib. Universitetin bufetində 1 manat 80 qəpiyə buterbrod kimi bir şey alıb. Çörəyin arasında bir neçə dilim pomidor, xiyar və tük nazikliyində bir dilim kolbasa... İnsafınız olsun! Bu bədbəxt tələbə onsuz da tələbədir, güclə gündəlik yolpulunu və yemək pulunu çatdırır. Bəlkə hələ kirayə də verir. Canınız çıxırmı, o kolbasa dilimini bir az enli kəsəsiniz? Bir dilim yox, üç dilim qoyasınız? Nə olar ki? Bu gənclər bu cür qidalanmaqla sabah nə kəşf etsinlər, hansı sahədə mütəxəssis olsunlar? Bir az əliaçıq olun, bu qədər simiclik etməyin. Yazığınız gəlsin bu uşaqlara! Elə o qədər nazik kolbasa dilimi qoymaqdansa, heç qoymasanız,...

25 Noyabr 2026, 00:23