Ruzbeh Məmməd: “Kənd Təsərrüfatı Nazirliyi niyə Bakıda yerləşməlidir ki?!”
Cəmiyyət 25 Noyabr 2026, 00:32
363
Jurnalist Ruzbeh Məmməd Bakıda nəqliyyat sıxlığının azaldılması və dövlət qurumlarının bölgələrə köçürülməsi ilə bağlı təkliflərlə çıxış edib.
Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ruzbeh Məmməd hesab edir ki, paytaxtda tıxac probleminin həlli üçün yalnız yolötürücülərin və körpülərin tikilməsi kifayət deyil. Onun fikrincə, problemin aradan qaldırılması üçün dövlət idarəetmə sistemində və şəhərsalma siyasətində daha genişmiqyaslı dəyişikliklərə ehtiyac var.
Jurnalist bir sıra nazirliklərin, onlara tabeli qurumların və təhsil müəssisələrinin Bakıdan bölgələrə köçürülməsini təklif edib. O, bu addımın həm paytaxtdakı insan və nəqliyyat sıxlığını azaldacağını, həm də regionların iqtisadi inkişafına müsbət təsir göstərəcəyini düşünür.
Ruzbeh Məmmədin sözlərinə görə, dövlət qurumlarının bölgələrə köçürülməsi ilə yanaşı, tikinti şirkətləri də regionlarda çoxmərtəbəli yaşayış binalarının inşasına başlamalıdır. Bu, tikinti sektorunda fəhlələr üçün, eləcə də dövlət müəssisələrində çalışanlar üçün yeni iş imkanları yarada bilər.
Həmçinin oxuyun
Jurnalist gündəlik uzunmüddətli yol səfərlərinin insanların psixoloji vəziyyətinə mənfi təsir göstərdiyini də vurğulayıb. O bildirib ki, hər gün işə gedib-gəlmək üçün ümumilikdə altı saat vaxt itirmək ciddi sosial və psixoloji problemlərə səbəb ola bilər.
Ruzbeh Məmməd fikirlərini belə ifadə edib:“Kənd Təsərrüfatı Nazirliyi niyə Bakıda yerləşməlidir ki?!Yolötürücülər və körpülər salmaq tıxaca çarə deyil. Bunun əvəzinə bir sıra nazirliklər, onlara tabeli qurumlar və təhsil müəssisələri paytaxtdan çıxarılmalı, tikinti şirkətləri isə bölgələrdə çoxmərtəbəli binaların inşasına başlamalıdır. Beləliklə, həm fəhlə, həm də məmur üçün yeni iş yerləri yaranar. Hər gün 3 saat işə getməyə, 3 saat da evə qayıtmağa vaxt sərf etmək insan psixologiyasını pozur. Bu gedişlə cinayət tərkibli hadisələr artanda qarşısını almaq mümkün olmayacaq”.
Əli
Öz millətinizin övladlarına qarşı bu qədər xəsis olmayın” – Vasif Ayandan çağırış
Bir tələbə paylaşım edib. Universitetin bufetində 1 manat 80 qəpiyə buterbrod kimi bir şey alıb. Çörəyin arasında bir neçə dilim pomidor, xiyar və tük nazikliyində bir dilim kolbasa... İnsafınız olsun! Bu bədbəxt tələbə onsuz da tələbədir, güclə gündəlik yolpulunu və yemək pulunu çatdırır. Bəlkə hələ kirayə də verir. Canınız çıxırmı, o kolbasa dilimini bir az enli kəsəsiniz? Bir dilim yox, üç dilim qoyasınız? Nə olar ki? Bu gənclər bu cür qidalanmaqla sabah nə kəşf etsinlər, hansı sahədə mütəxəssis olsunlar? Bir az əliaçıq olun, bu qədər simiclik etməyin. Yazığınız gəlsin bu uşaqlara! Elə o qədər nazik kolbasa dilimi qoymaqdansa, heç qoymasanız,...
25 Noyabr 2026, 00:23
Elnur Eltürk: “Gürcüstan azərbaycanlıları ən çətin dövrlərdə belə geri çəkilmədilər”
Jurnalist Elnur Eltürk Gürcüstanda yaşayan azərbaycanlıların tarixi mübarizəsi, iradəsi və bölgəyə münasibətlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Elnur Eltürk bildirib ki, 1990-cı illərdə Gürcüstan azərbaycanlıları ölkədəki ən çətin siyasi və ictimai proseslər zamanı belə öz mövqelərindən geri çəkilməyiblər. Onun sözlərinə görə, həmin dövrdə Gürcüstanın sabiq prezidenti Zviad Qamsaxurdiya və gürcü millətçilərinin təzyiqləri qarşısında azərbaycanlıların nümayiş etdirdiyi mövqe bölgə insanlarının iradəsini və milli dəyərlərini əks etdirir.Jurnalist hesab edir ki, bu tarixi fakt Gürcüstan azərbaycanlılarının xarakteri, düşüncə tərzi və sahib olduqları dəyərlər haqqında mühüm təsəvvür yaradır.O, həmçinin vurğulayıb ki, hər hansı bölgə haqqında fikir...
25 Noyabr 2026, 00:18
Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzi Nəbatat Bağından paylaşım edib. Citypost.az həmin paylaşımı təqdim edir:
25 Noyabr 2026, 00:13
Hüseyn Cəbrayıloğlu: “Lənkəranda yerli kadrlara niyə etimad göstərilmir?”
Jurnalist Hüseyn Cəbrayıloğlu Lənkəranda yerli kadrların rəhbər vəzifələrə təyin olunmaması ilə bağlı narazılığını ifadə edib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Hüseyn Cəbrayıloğlu bildirib ki, bəzi şirkət və müəssisələr Lənkəranda fəaliyyətə başlayarkən rəhbər vəzifələrə yerli sakinləri deyil, başqa bölgələrdən gətirilən şəxsləri təyin edirlər. Onun sözlərinə görə, bu zaman həmin şəxslərin yerləşdirilməsi, kirayə mənzillə təmin olunması və yemək xərclərinin qarşılanması üçün əlavə vəsait ayrılır.Jurnalist hesab edir ki, eyni vəzifələrə yerli mütəxəssislərin təyin olunması mümkün olduğu halda, bu məsələyə lazımi diqqət göstərilmir. O, Lənkəran kimi böyük rayonda dövlət idarələrində də yerli rəhbər kadrların azlığını sual altına alıb.Hüseyn Cəbrayıloğlu...
25 Noyabr 2026, 00:13
Zemfira Məhərrəmlinin "Nəfs" romanı təqdim edildi
Bu gün Yazıçılar Birliyində əməkdar jurnalist Zemfira Məhərrəmlinin "Nəfs" romanının təqdimat mərasimi keçirildi. Qələminin gücündən ilhamlanan Zemfira xanımın işığına çox dostları, yaxınları və qələm dostları yığışmışdır. Olduqca maraqlı müzakirə mülahizələrlə keçən tədbiri daha da canlı, nəfəsli edən amillərdən biri də, ilk dəfə olaraq kişilərin qadınlar qarşısında öz günah və səhvlərini açıq şəkildə etiraf etmələri oldu. Eyni zamanda, tədbirdə olan qadınların sayçoxluğu da onların həmrəyliyini nümayiş etdirdi.Romanın əsas süjet xəttindən çıxış edərək fikir bildirən natiqlər cəmiyyətdə əbədi ömür yaşayan qadın-kişi münasibətlərinin hansı zərurətdən parçalandığına, ailələrdə yaşanan ayrılıq və xəyanət hallarının baş verməsinə aydınlıq gətirməyə çalışdılar. Ən gözəl mənzərə isə ondan ibarət idi ki,...
24 Noyabr 2026, 22:46
Səhiyyə nazirinə yeni müşavir təyin edildi - Özəl
Töhfə Ramiz qızı Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsindən azad edilib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, səhiyyə nazirinin müşaviri təyin edilib.Qeyd edək ki, T.Cəmilova Azərbaycan Tibb Universitetini həkim-oftalmoloq ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq iqtisadçı ixtisası üzrə diploma yiyələnib.2023-cü ildə London Universitetinin "London School of Hygiene and Tropical Medicine" məktəbində İctimai səhiyyə ixtisası üzrə elmlər magistri dərəcəsini alıb.2008-ci ildən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin müdiri, 2010-cu ildən isə Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri vəzifələrində çalışıb.2017-2025-ci illərdə Azərbaycanda, eləcə də Koreya Xalq Demokratik...
24 Noyabr 2026, 21:11