Bizə yazın

Baku

-°C

USD

-

Ekvadorda El-Ninyo yağışları 27 nəfərin ölümünə səbəb olub

Dünya 25 Noyabr 2026, 00:10

534

Ekvadorda El-Ninyo iqlim hadisəsi ilə əlaqəli güclü yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 27 nəfər həyatını itirib, 114 mindən çox insan zərər çəkib.

Citypost.az “The Rio Times”a istinadən xəbər verir ki, bu barədə Ekvadorun Milli Risklərin İdarə Edilməsi Katibliyi (SNGR) noyabrın 24-də məlumat yayıb. Bildirilib ki, avqustun 29-da ölkədə qırmızı həyəcan siqnalı elan edildikdən sonra yağışlarla əlaqədar 1914 təhlükəli hadisə qeydə alınıb.

Ölüm halları Azuay, Çimborazo və Piçinça da daxil olmaqla And bölgəsindəki əyalətlərdə, eləcə də El Oro və Quayas sahil əyalətlərində və Qalapaqos arxipelaqının Santa-Kruz adasında qeydə alınıb. Son bir həftə ərzində ölənlərin sayı təxminən iki dəfə artıb.

Rəsmi məlumatlara əsasən, yağışlardan 114 148 nəfər zərər çəkib. Onlardan 72 714-ü təsirlənən, 41 434-ü isə birbaşa maddi itkilərlə üzləşən şəxslər kimi qeydə alınıb. Fəlakət nəticəsində 28 253 evə ziyan dəyib, 98 ev tamamilə dağılıb. Bundan başqa, 48,25 kilometr avtomobil yolu, 41 körpü və 45 səhiyyə müəssisəsi zərər görüb.

Daşqınlardan ən çox Quayas, Esmeraldas, El Oro və Los-Rios əyalətləri təsirlənib. Bu dörd bölgədə zərərçəkənlərin ümumi sayı təxminən 87 min nəfərə çatıb. Qalapaqos adalarında da vəziyyət ağır olaraq qalır. Noyabrın 21-22-də arxipelaqda yenidən baş verən daşqınların oktyabrın 31-də qeydə alınan hadisədən daha güclü olduğu bildirilir.

Ekvadorun El-Ninyo fenomeni üzrə regional komitəsi (Erfen) noyabrın 6-da yayımladığı hesabatda Sakit okeanın şərq hissəsində dəniz səthinin temperaturunun normadan 5,4 dərəcə, mərkəzi hissəsində isə 3,4 dərəcə yüksək olduğunu açıqlayıb. Komitənin qiymətləndirməsinə görə, 2026-2027-ci illər El-Ninyo hadisəsi çox güclü və ya müstəsna intensivliyə çata, 1982-1983 və 1997-1998-ci illərdəki hadisələrlə müqayisə oluna bilər.

Proqnozlara əsasən, ekvatorial Sakit okeanın mərkəzi hissəsində istiləşmənin noyabrın qalan günlərində və dekabrda maksimum həddə çatacağı gözlənilir. Həmçinin noyabr ayında ölkənin Sakit okean sahillərində və Qalapaqos adalarında yağıntıların normadan yüksək olacağı ehtimal edilir. Bununla belə, komitə bu qiymətləndirmənin ilkin proqnoz olduğunu və El-Ninyo hadisəsinin yekun gücünü müəyyənləşdirmədiyini vurğulayıb.

Turan 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyədə helikopter qəzası: 5 hərbçi həlak oldu

Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.Bildirilib ki, AS-532 tipli helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

24 Noyabr 2026, 23:08

Tramp yanvaradək Zelenskini sülhə razı salmaq istəyir

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülh sazişinin yanvar ayına qədər imzalanmasında israr edir. Kiyev isə Vaşinqtonun həddindən artıq təzyiq göstərəcəyindən ehtiyatlanır.Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsində bildirib.“Çox sürətli hərəkət etmək istəyi var. Həm biz, həm də ruslar bunu başa düşürük. Bunun hansı qiymətə başa gələ biləcəyini də anlayırıq”, – deyə Zelenski bildirib.Ukrayna liderinin sözlərinə görə, Kiyev ABŞ tərəfindən ölkəyə həddindən artıq təzyiq göstərilməsindən narahatdır.Qeyd edək ki, noyabrın 20-də “Financial Times” qəzeti mənbələrə istinadən ABŞ Prezidenti Donald Trampın administrasiyasının Ukraynanın Rusiya ilə sülh sazişini yanvarın əvvəlinədək imzalamasını istədiyi barədə məlumat yayıb.Avropalı mənbələrdən...

24 Noyabr 2026, 19:00

Kadırovun oğlu soyadını dəyişərək Serbiya vətəndaşlığı alıb

Çeçenistan rəhbəri Ramzan Kadırovun ikinci oğlu Əli Kadırovun başqa soyadla Serbiya vətəndaşlığı aldığı üzə çıxıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) məlumat yayıb.Fond Serbiyanın rəsmi dövlət bülletenində Əli Kadırova vətəndaşlıq verilməsi barədə qərar aşkarlayıb.Məlumata görə, Kadırovun oğlu 2025-ci ilin iyulunda, 18 yaşında olarkən “xüsusi xidmətlərinə görə” Əli Musayev adı ilə Serbiya pasportu alıb.Fondun iddiasına görə, onun eyni adla verilmiş məxfi Rusiya pasportu da var. Əli Kadırov bu sənədlə uzun müddətdir şəxsi təyyarələrlə xarici ölkələrə səfər edir.FBK Serbiya hakimiyyətinə müraciət edərək Kadırovun oğlunun vətəndaşlıqdan məhrum edilməsini tələb edib....

24 Noyabr 2026, 18:00

Kobaxidze Ermənistan Konstitusiyasına dəyişiklikləri şərh edib

“Biz dost Ermənistan hökumətinə böyük hörmətlə yanaşırıq və onlara konstitusiya islahatlarının həyata keçirilməsində uğurlar arzulayırıq”.Citypost.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Ermənistan Konstitusiyasının yeni layihəsini şərh edərkən deyib.O qeyd edib ki, konstitusiya islahatları Ermənistanın suveren və tam məntiqli qərarıdır.“İslahatların hüquqi standartlara nə dərəcədə uyğun olduğunu qiymətləndirmək məsələsi birbaşa Ermənistan hakimiyyətinin özünə aiddir”, - deyə İrakli Kobaxidze əlavə edib....

24 Noyabr 2026, 17:33

Türkiyədə sabiq nazir Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb

Türkiyənin sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb.Citypost.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.Qeyd edək ki, Kaya İstanbul Baş Prokurorluğunun maliyyə bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı apardığı fond istintaqı çərçivəsində həbs edilib. (APA)

24 Noyabr 2026, 14:55

Ukraynada həlak olan rusiyalı hərbçilərlə bağlı şok rəqəmlər

Bu ilin sentyabr ayının sonunadək Ukraynaya qarşı müharibədə azı 490 min rusiyalı hərbçi həlak olub.Citypost.az xəbər verir ki, bu barədə “Meduza” haker hücumu nəticəsində ələ keçirilmiş “Rosstat”ın sənədlərinə istinadla məlumat yayıb.Məlumata görə, ölümlərin qeydiyyata alınmasındakı gecikmələr nəzərə alınarsa, həlak olanların real sayı 720 mini ötə bilər:“İki məlumat bazasının təhlili nəticəsində 2021-ci ilin əvvəlindən 2026-cı il sentyabrın 29-dək olan dövr üzrə ölüm halları ilə bağlı təxminən 11,66 milyon unikal qeyd əldə edilib”. (Axar.az)...

24 Noyabr 2026, 10:58