Bizə yazın

Baku

-°C

USD

-

Macarıstanda parlamentdə gərgin müzakirə: Baş nazir yalan danışmaqda ittiham olundu

Dünya 25 Noyabr 2026, 00:25

3333

Macarıstanda parlamentdə keçirilən müzakirələr zamanı Baş nazir Peter Magyar enerji qiymətləri və korrupsiya araşdırmaları ilə bağlı açıqlamalarına görə müxalifətin sərt tənqidinə məruz qalıb.

Citypost.az “Hungary Today”ə istinadən xəbər verir ki, bazar ertəsi keçirilən parlament iclasında müxalifətdəki FIDESZ fraksiyasının lideri Yanoş Boka baş naziri bir sıra məsələlərdə ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham edib.

Boka xüsusilə benzin və dizel yanacağının qiymətləri ilə bağlı açıqlamalara etirazını bildirib. Onun sözlərinə görə, Avropa İttifaqının bir sıra ölkələrində yanacağın qiyməti aşağı düşdüyü halda, Macarıstanda artım müşahidə olunur. FIDESZ nümayəndəsi Magyarı xarici enerji şirkətlərinin maraqlarını qorumaqda günahlandıraraq, hökumətin müstəqil yanacaqdoldurma məntəqələrinin fəaliyyətini də nəzərə almalı olduğunu vurğulayıb.

Parlamentdəki mübahisənin digər mövzusu korrupsiya araşdırmaları olub. Boka baş nazirin ötən həftə meşəlik ərazidə tapılan külli miqdarda pullarla bağlı FIDESZ-in keçmiş naziri Mikloş Sestakın adını hallandırmasını tənqid edib. Onun sözlərinə görə, müstəntiqlər aşkar edilmiş pulların Sestakla əlaqəli olmadığını, həmin vəsaitin Orban hökuməti dövründə barəsində məhkəmə prosesi başlanmış iş adamı György Faboya aid məkanlarla bağlı olduğunu bildiriblər.

Boka bu məsələdə baş nazirin açıqlamalarının əsaslı olmadığını iddia edərək, ondan səsləndirdiyi fikirlərə görə məsuliyyət daşımasını tələb edib. O, həmçinin Magyarın Xristian Demokratlar Partiyasının (KDNP) deputatı Baláz Hankoya məxsus şirkətlərdə korrupsiya pullarının yuyulması ilə bağlı iddialarını da gündəmə gətirib.

FIDESZ lideri çıxışında vurğulayıb ki, kimin günahkar və ya günahsız olduğuna qərar vermək baş nazirin deyil, hüquq-mühafizə və məhkəmə orqanlarının səlahiyyətindədir. O, Peter Magyara müraciətlə “Cənab Baş nazir, istədiyiniz hər şeyi deyə bilməzsiniz” ifadəsini işlədib.

Boka əlavə edib ki, Magyar yaxın vaxtlarda deputat toxunulmazlığı ilə bağlı parlamentdə keçiriləcək səsvermə zamanı öz mövqeyinə görə məsuliyyət daşımaq imkanı əldə edəcək. Söhbət böhtan işi ilə əlaqədar toxunulmazlığının ləğvi məsələsindən gedir. FIDESZ nümayəndəsi baş nazirin səsvermənin nəticələrini qəbul etməyəcəyini də proqnozlaşdırıb.

Turan

Problemlərinizi bizə bildirin

077 323 55 66

Çin liderini lağa qoydu, hücumla üzləşdi – Tayvanda SƏS-KÜYLÜ HADİSƏ

Tayvanda stand-up komediyaçısı Huang Yi-hao Çin prezidenti Si Cinpin haqqında zarafatlarına görə təhdid və fiziki hücumla üzləşib. Hadisə Pekinin Tayvan üzərində təsirini artırmaq üçün həyata keçirdiyi iddia olunan transmilli repressiyalarla bağlı narahatlıqları yenidən gündəmə gətirib.Citypost.az Taipei Times-a istinadən xəbər verir ki, prokurorlar komediyaçının çıxışlarına görə beş nəfərin ona avtomobillə hücum edərək qollarını və ayaqlarını sındırmağı planlaşdırdığını müəyyən ediblər. Həmin şəxslər cinayət təhdidi və hücuma cəhd də daxil olmaqla müxtəlif ittihamlarla üzləşiblər.Məlumata görə, Huang Yi-hao sentyabr ayında avtomobillə vurulub və xəsarət alıb. İddialara əsasən, hücumun təşkilində Çin vətəndaşının Tayvan sakininə 250 min Yeni Tayvan dolları ödədiyi bildirilir.Komediyaçı çıxışlarında Çin liderini tez-tez...

26 Noyabr 2026, 00:58

Böyük Britaniya Paraqvayın yeni hökumətinə dəstəyini ifadə edib

Böyük Britaniya Paraqvay Prezidenti Pedro Alliananın rəhbərlik etdiyi hökumətə dəstəyini açıqlayıb.Citypost.az MercoPress-ə istinadən xəbər verir ki, bu barədə Paraqvay Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlament katibinin müavini Kris Elmor Paraqvayın xarici işlər naziri Ruben Ramirezlə telefon danışığı aparıb. Söhbət zamanı Elmor ölkəsinin Pedro Alliana administrasiyasına dəstəyini ifadə edib.Tərəflər ikitərəfli münasibətlərin əsas istiqamətlərini müzakirə edib, 2027-ci ilin əvvəlində siyasi məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.Qeyd edək ki, Paraqvayın əvvəlki vitse-prezidenti Pedro Alliana noyabrın 6-da prezident kimi and içərək vəzifəsinin icrasına başlayıb. O, bu postda Santyaqo Penyanı əvəz edib.Paraqvayda siyasi dəyişikliklər Ueno Bankının iflası ilə bağlı qalmaqal...

26 Noyabr 2026, 00:42

Los-Ancelesdəki evini itirən Mel Gibson yenidən Kosta Rikadadır

Hollivud aktyoru və rejissoru Mel Gibsonun Kosta Rikada olduğu rəsmən təsdiqlənib.Citypost.az The Tico Times-a istinadən xəbər verir ki, bu barədə ölkənin Miqrasiya və İmmiqrasiya Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, aktyor noyabrın 22-də Kosta Rikaya daxil olub və noyabrın 24-nə olan məlumata görə, onun ölkəni tərk etməsi ilə bağlı heç bir qeydiyyat aparılmayıb.Rəsmilər Gibsonun səfərinin məqsədi, ölkədə nə qədər qalacağı və harada məskunlaşdığı barədə məlumat verməyiblər. Aktyor da səfəri ilə bağlı hələlik açıqlama yaymayıb.Qeyd edək ki, Mel Gibsonun Kosta Rika ilə əlaqələri uzun illərə dayanır. O, təxminən 20 ildir ki, ölkənin Guanacaste bölgəsində, Nikoya yarımadasının Playa Barrigona sahilində böyük şəxsi mülkə...

26 Noyabr 2026, 00:19

Ərdoğan Xəlifə Haftarı qəbul etdi 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun Baş Komandanı, marşal Xəlifə Haftarı və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul edib.Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəbul mətbuata qapalı olub.Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, eləcə də Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər....

25 Noyabr 2026, 19:43

Paşinyanın adına saxta profil açdılar

Ermənistanın Baş naziri Nikol Paşinyanın adına saxta "Telegram" hesabı yaradılıb."Unikal" xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan məlumat yayıb. O, istifadəçilərə daha diqqətli olmaları barədə xəbərdarlıq edib.  

25 Noyabr 2026, 18:00

“Fars”: İrana böyük həcmdə dollar gətirilib

Qonşu ölkələrdən birindən İrana böyük həcmdə dollar əskinasları gətirilib.APA-nın Tehran bürosunun məlumatına görə, “Fars” xəbər agentliyi valyuta təklifinin artırılması siyasəti çərçivəsində qonşu ölkələrdən birindən İrana böyük həcmdə ABŞ dollarının gətirildiyini açıqlayıb.Məlumata görə, İran Mərkəzi Bankının rəhbəri bundan əvvəl ölkədəki bütün müraciət edənlərə satılmaq üçün ümumilikdə 2 milyard dollar valyuta ayrıldığını, hər bir müraciətçinin isə maksimum 10 min dollar ala biləcəyini bildirmişdi. Sonradan bu məbləğin 3 milyard dollara çatdırıldığı açıqlanmışdı.Agentlik qeyd edib ki, İran Mərkəzi Bankının valyuta ehtiyatları rəsmilərin açıqlamalarına əsasən, qənaətbəxş vəziyyətdədir. Valyutanın bazara davamlı şəkildə çıxarılmasının dolların məzənnəsinin aşağı düşməsinə şərait yaradacağı gözlənilir....

25 Noyabr 2026, 17:15