Bizə yazın

Baku

-°C

USD

-

Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür

Cəmiyyət 25 Noyabr 2026, 08:00

1773

Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür.

Citypost.az-ın məlumatına görə, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatıb.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.

Lakin verilmiş 10 gün möhlət müddətində də ermənilər xislətlərinə uyğun davranaraq, Kəlbəcərdə dağıntılar törədib, 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar. Bunun nəticəsində 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb, partlayışda “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

Qeyd edək ki, üçtərəfli Bəyanatın 2-ci bəndinə əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu, 6-cı bəndinə əsasən, dekabrın 1-də isə Laçın rayonu da Azərbaycana qaytarılıb. Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Kəlbəcərin işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Kəlbəcərin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 25 noyabr – Kəlbəcər Şəhəri Günüdür.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Kəlbəcər şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə

Bir aydır yol gözləyirlər, amma sərhədi keçə bilmirlər.Citypost.az Xəzər TV-yə istinadla xəbər verir ki, Estoniya ilə Rusiya arasındakı Luhamaa sərhəd-keçid məntəqəsində qalan təxminən 50-yə yaxın sürücü çıxılmaz vəziyyətlə üzləşib.Sürücülərin sözlərinə görə, onlar elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçiblər. Lakin, buraxılışın ləngiməsi səbəbindən gözləmə müddəti uzanıb, bir çoxunun növbə vaxtı keçib.Azərbaycanlı sürücülərin sözlərinə görə, gözləmə müddəti həm maddi, həm də mənəvi baxımdan ciddi problemlər yaradıb. Onların istəyi problemin həll olunması və sərhədi keçmələri üçün şərait yaradılmasıdır.Luhamaa sərhəd-keçid məntəqəsində gözləyən sürücülər üçün isə vaxt daralır. Çünki, Estoniya dekabrın 1-dən Rusiya ilə quru sərhədindəki avtomobil keçid məntəqələrini müvəqqəti bağlamağı planlaşdırır. Həmin tarixədək sərhədi...

26 Noyabr 2026, 08:45

Əməkdar jurnalistdən AYB-yə SƏRT SÖZLƏR: “Nə günə qalıbsa...”

Əməkdar jurnalist İttifaq Mirzəbəyli Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.İttifaq Mirzəbəyli Azərbaycan Yazıçılar Birliyinin hazırkı vəziyyətini tənqid edərək, Xalq yazıçısının bina və mənzil reklamı ilə məşğul olmasını qəbuledilməz hesab edib. O, bu vəziyyətin qurumun nüfuzuna xələl gətirdiyini vurğulayıb.Əməkdar jurnalist fikirlərini belə ifadə edib:“Sadəcə dəhşətdir. Yazıçılar Birliyi nə günə qalıbsa, Xalq yazıçısı bina, mənzil reklamı ilə məşğul olur. AYB üçün ayıbdır”.Turan...

26 Noyabr 2026, 08:16

Yazıçı sosial şəbəkələrdə profil şəkli seçiminin ETİKASINI müzakirəyə çıxardı

Yazıçı Səlim Babullaoğlu sosial şəbəkələrdə dostluq göndərən şəxslərin profil şəkilləri və bununla bağlı davranışları barədə tənqidi fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, yazıçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Səlim Babullaoğlu bildirib ki, bəzi insanlar dostluq göndərərkən profil şəkillərində üzlərini deyil, arxalarını göstərirlər. Yazıçı bu yanaşmanı qəribə hesab edərək, belə şəxslərin qarşı tərəfə necə təsir bağışladıqlarını düşünüb-düşünmədiklərini sual edib.O, həmçinin profil şəklində dövlət gerbi, bayraq və digər rəmzlərdən istifadə edən şəxslərin davranışına da münasibət bildirib. Yazıçının fikrincə, xüsusi günlər və müvafiq səbəblər istisna olmaqla, bu cür simvollardan profil fotosu kimi istifadə etmək qeyri-etik və manipulyativ xarakter daşıya bilər.Səlim Babullaoğlu profilində ümumiyyətlə...

26 Noyabr 2026, 08:08

Bu gün Ağdaş və Qəbələdə qaz olmayacaq

Bu gün Ağdaş rayonunun bir sıra kənd və qəsəbələrində, eləcə də Qəbələ şəhərinin bəzi küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 26-da saat 10:00-dan işlər yekunlaşanadək Ağdaş rayonunun Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə və Əmirarx kəndlərinin qaz təchizatında müvəqqəti fasilə olacaq.Bundan əlavə, noyabrın 26-da saat 09:00-dan təmir işləri başa çatanadək Qəbələ şəhərinin Nəsimi və Z.Əliyeva küçələrində də qazın verilişi dayandırılacaq.Qaz təchizatının təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa olunması nəzərdə tutulur....

26 Noyabr 2026, 08:00

Alyona Əliyeva Uşaq Sığınacağının fəaliyyəti ilə tanış oldu – FOTOLAR

Alyona Əliyeva rəsmi "Instagram" səhifəsində "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində 2007-ci ildən fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzindən paylaşım edib.Citypost.az xəbər verir ki, paylaşımda yazılıb:"Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində 2007-ci ildən fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə səfərimiz baş tutub. Səfər zamanı insan alveri, məişət zorakılığı, erkən nikah və baxımsızlıqla üzləşmiş, eləcə də risk qrupunda olan uşaqların və yeniyetmələrin reabilitasiyası və sosial reinteqrasiyası istiqamətində mərkəzin fəaliyyəti ilə tanış olduq. Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!"....

26 Noyabr 2026, 07:30

TALIBOVA YÜKSƏK VƏZİFƏ VERİLDİ - Aparat rəhbəri təyin olundu

Əhməd Talıbov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin aparat rəhbəri vəzifəsinə təyin edilib.Citypost.az xəbər verir ki, "AzPolitika"a istinadən xəbər verir ki, təyinatla bağlı qurumun sədri Səbuhi Sadıqov 2026-cı il noyabrın 20-də əmr imzalayıb. Əhməd Talıbov bu təyinatadək Agentliyin Strateji planlama və maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.Əhməd Talıbov 1989-cu ildə anadan olub. O, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2014-cü ildə isə həmin universitetdə “Maliyyə” ixtisası üzrə magistr dərəcəsi alıb.O, 2012–2013-cü illərdə Dövlət Sosial Təminat Xidmətinin Maliyyə-təsərrüfat şöbəsində, 2013–2017-ci illərdə isə “Bakı Metropoliteni” QSC-də müxtəlif vəzifələrdə çalışıb.Əhməd Talıbov 2017–2023-cü illərdə “Prime Cotton” MMC-də maliyyə kuratoru, şöbə müdiri,...

26 Noyabr 2026, 01:15