Maka Boçorişvili: Azərbaycanla dostluq və etimada əsaslanan əlaqələrimiz var
Siyasət 24 Noyabr 2026, 19:28
407
Cənubi Qafqaz regionunun güclənməsinə töhfə verən bütün layihələr əhəmiyyətlidir.
Citypost.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, görüş zamanı qlobal proseslər, regional geosiyasi vəziyyət, ikitərəfli münasibətlər və regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Nazir qeyd edib ki, daha geniş regionda nəqliyyat və logistika dəhlizlərinin inkişafı da müzakirə olunan əsas məsələlərdən olub.
“Gürcüstan-Azərbaycan əlaqələri uzunmüddətli dostluğa, qarşılıqlı dəstəyə və etimada əsaslanır. İkitərəfli münasibətlərimiz və regional kontekstdə əməkdaşlığımızın inkişafı bizim üçün çox mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Maka Boçorişvilinin sözlərinə görə, hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə əməl edir və onların möhkəmləndirilməsinə çalışır.
O, təhsil və mədəniyyət də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
Həmçinin oxuyun
“İki ölkə arasında mövcud dostluq və qarşılıqlı münasibətlər bütün istiqamətlərdə əlaqələrimizin daha da dərinləşdirilməsi üçün əsas təşkil edir”, – Gürcüstan XİN rəhbəri qeyd edib.
Maka Boçorişvili çıxışında gələn il Ceyhun Bayramovu Tbilisidə qəbul etməkdən məmnun olacağını bildirib.
O, "Sülhün kəsişməsi" təşəbbüsü barədə danışdıqlarını da diqqətə çatdırıb.
Nazir əlavə edib ki, bu təşəbbüs regional bağlılığın gücləndirilməsi baxımından kifayət qədər böyük əhəmiyyətə malikdir və bu istiqamətdə aparılan işləri izləyirlər.
Maka Boçorişvili: Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə töhfə verir
Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın təhlükəsizliyi kontekstində çox mühümdür.Citypost.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, hətta Avropada Azərbaycan-Gürcüstan əməkdaşlığının enerji təhlükəsizliyi və diversifikasiyası baxımdan həyati dərəcədə əhəmiyyətli olduğunu deyirlər:"Avropa təhlükəsizliyinin təmin edilməsi məhz ə Azərbaycan və Gürcüstan tərəfindən onilliklər ərzində həyata keçirilən layihələrin əsasında mövcuddur. Bu, bu gün regionda mövcud olan real bazadır, bu, Gürcüstan və Azərbaycanın yaratdığı əməkdaşlıq tarixidir. Avropanın təhlükəsizlik yolu məhz Cənubi Qafqazdan keçir və burada baş verənlər onilliklər ərzində Gürcüstan ilə Azərbaycan arasında formalaşmış möhkəm tərəfdaşlıq münasibətləri, əməkdaşlıq, dostluq sayəsindədir. Bu münasinətlər ümumilikdə...
24 Noyabr 2026, 19:29
Gürcüstan XİN rəhbəri Bakı-Tbilisi qatarının bərpasını mühüm addım adlandırdı
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili 2026-cı ilin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.Citypost.az xəbər verir ki, o bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.Maka Boçorişvili bildirib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirib, Baş nazir Əli Əsədovla da görüşü nəzərdə tutulub.Nazir qeyd edib ki, görüşlərdə strateji əməkdaşlıq, regionda mövcud vəziyyət və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.Maka Boçorişvilinin sözlərinə görə, cari il yüksək səviyyəli siyasi dialoq baxımından məhsuldar olub. O, Azərbaycan Prezidentinin Gürcüstanda qəbul edilməsini ölkəsi üçün böyük şərəf kimi qiymətləndirib.Nazir ikitərəfli əlaqələrin...
24 Noyabr 2026, 19:26
Ceyhun Bayramov Gürcüstanla nəqliyyat və təhsil əməkdaşlığından danışdı
2026-cı ilin müsbət inkişaflarından biri Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyətinin yenidən bərpa olunmasıdır. Bu, insanlar arasında təmasların və qarşılıqlı əlaqələrin artmasına müsbət töhfə verir.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.“Təhsil və humanitar sahələrdə əməkdaşlığımız da uğurla inkişaf edir. Universitet rektorlarının forumunun keçirilməsi, 1100-dən artıq gürcüstanlı tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsil alması, akademik mübadilə proqramlarının həyata keçirilməsi, eləcə də Azərbaycanda və Gürcüstanda gənclər üçün mütəmadi olaraq düşərgələrin təşkil edilməsi bu əməkdaşlığın bariz nümunələridir”, - nazir vurğulayıb....
24 Noyabr 2026, 19:26
Azərbaycan-Gürcüstan münasibətləri sürətlə inkişaf edir – Ceyhun Bayramov
“Gürcüstan Azərbaycan üçün yaxın qonşu, dost və strateji tərəfdaş ölkədir”.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Azərbaycanla Gürcüstan arasında münasibətlərin uzun tarixi var: “Burada hər zaman qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər mövcud olub və bu, hazırda sürətlə inkişaf edir”.
24 Noyabr 2026, 19:24
Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin növbəti görüşü keçiriləcək.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, ikitərəfli münasibətlərlə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan arasında çoxtərəfli əməkdaşlıq formatları da mövcuddur.“Bu çərçivədə daha geniş coğrafiyanı əhatə edən məsələlər, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunur. Bu formatlardan biri də Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığıdır. Növbəti görüşün Gürcüstanda keçirilməsi nəzərdə tutulur”....
24 Noyabr 2026, 19:21
Milli Məclisin sədri Gürcüstan xarici işlər naziri ilə görüşüb
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Milli Məclisin sədri bu səfərin iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirəcəyinə və əməkdaşlıq üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.Yüksək səviyyəli təmasların və müntəzəm siyasi dialoqun ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün mühüm rolundan danışan spiker Sahibə Qafarova bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana, Baş nazir İrakli Kobaxidzenin isə Azərbaycana səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb.Görüşdə iki ölkənin xalqları, həmşinin gənclər arasında sıx əlaqələrin əhəmiyyəti, humanitar...
24 Noyabr 2026, 18:35