Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama
Cəmiyyət 27 Noyabr 2026, 16:30
300
Füzuli rayonu uğrunda gedən döyüşlərdə boynundan ağır güllə yarası alan qazi Həsrət Quliyevin müalicəyə və əməliyyata ehtiyacı var.
Citypost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onu ziyarət edən şəhid anası Vəfa İsmayılova məlumat yayıb.
44 günlük Vətən müharibəsində şəhid olan İzzət Həmidovun anası V.İsmayılova qazinin vəziyyətinə biganə qala bilmədiyini bildirib. O, Vətən uğrunda sağlamlığını itirən şəxslərin müalicəsinin fərdi ianələrlə deyil, rəsmi qurumların və xəstəxanaların dəstəyi ilə həll olunmasının vacibliyini vurğulayıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, həmin qazi hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır: “1998-ci il təvəllüdlü kişi 17.11.2026-cı il tarixində saat 16:00 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinə planlı qaydada stasionar müalicə üçün yerləşdirilib.
Böyrək və sidik axarı daşı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq müalicə tədbirləri başa çatdıqdan pasiyent üzərində cərrahi müdaxilənin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən şəxs cərrahi əməliyyat olunmaq üçün icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində özəl tibb müəssisəsinə göndərişlə təmin olunacaq”.
Qazinin maddi vəziyyəti ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə də müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi ki, Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Quliyev Həsrət Həsən oğluna 2022-ci ildən müharibə ilə əlaqədar I dərəcə əlillik təyin edilib: “Ona 8800 manat birdəfəlik sığorta ödənişi edilib və hər ay pensiya və təqaüd olaraq 2362,86 manat aylıq ödəniş edilir. Həsrət Quliyevin müalicəsi üçün ardıcıl dəstək tədbirləri görülüb, "YAŞAT" Fondu tərəfindən xaricdə və ölkəmizdə müalicə, dərman xərclərinin qarşılanması, ev təmiri və s. üçün ümumilikdə 575 min manat yardım edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onu minik avtomobili, açıq və qapalı məkanda istifadə üçün 2 ədəd təkərli oturacaqla təmin edib, ötən il Sumqayıt Reabilitasiya Mərkəzində 14 gün reabilitasiya xidməti alıb.
Həmçinin oxuyun
Həsrət Quliyev 3 nəfər ailə tərkibi (özü, anası, bacısı) ilə Abşeron rayonunda yeni yaşayış kompleksindən ikiotaqlı mənzil təklif edilsə də, yaşadığı Sumqayıt şəhərində üçotaqlı mənzillə təmin edilməsini istəyib. Bununla əlaqədar növbəti mərhələdə mənzillə təminat həyata keçirildikdə ona yenə də mənzil təklif ediləcək.
Atası vəfat edib, anası evdar qadındır və əlilliyi olan şəxsə qulluqla əlaqədar 120 manat aylıq təqaüd alır”.
Həsrət Quliyevin səhhəti və müalicəsi ilə əlaqədar “YAŞAT” Fonduna da üz tutduq. Fonddan müraciətimizə belə cavab verildi: “Birinci dərəcəli müharibə əlili Həsrət Quliyev Həsən oğlunun “YAŞAT” Fonduna məişət şəraitinin yaxşılaşdırılması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətləri üzrə müraciətləri daxil olub. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə daxil olan müraciətinə əsasən onun hesabına 2023-cü il 23 iyun tarixində 5 000 AZN vəsait köçürülüb.
Həsrət Quliyevin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti çərçivəsində daxil olmuş müraciətlərinə əsasən onun müalicə prosesinin böyük hissəsi Türkiyə Respublikasında həyata keçirilib. Beləki, 2021-ci ilin 18 fevral tarixindən 2022-ci ilin 17 mart tarixinədək və 2022-ci ilin 7 aprel tarixindən 2023-cü ilin 13 yanvar tarixinədək şəxsin müalicəsi adıçəkilən ölkədə aparılıb və ölkə xaricində aparılan müalicələri üzrə Fondun büdcəsindən 563 674.27 AZN vəsait aidiyyəti üzrə xərclənib.
Eyni zamanda, Həsrət Quliyevin ölkə daxilində aparılan müalicələri üzrə 1 468.04 AZN vəsait xərclənib və müxtəlif vaxtlarda daxil olan müraciətlərinə əsasən 4 038.84 AZN dəyərində dərman vasitələri ilə təmin edilib.
Ümumilikdə, Həsrət Quliyev Həsən oğlunun Fonda daxil olan müraciətləri üzrə şəxsə 574 181.15 AZN məbləğində dəstək göstərilib. Şəxsin Fonda sonuncu müraciəti 2026-cı ilin sentyabr ayında dərman təminatı ilə bağlı olub və həmin müraciət təmin edilib. Şəxs sosial şəbəkə üzərindən yayımlanan görüntülərdə qeyd edilən məsələ ilə bağlı Fonda müraciət etməyib”.
Qeyd edək ki, Həsrət Quliyev Füzuli istiqamətində gedən döyüşlərdə yaralı silahdaşını xilas etməyə çalışarkən boynundan ağır güllə yarası alıb və uzun müddətdir müalicə olunur.
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi Bakı Beynəlxalq Dəniz Limanında Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktoratlığının nümayəndə heyəti ilə görüş keçirib.ADY-dən Citypost.az-a verilən məlumata görə, görüşdə mobillik və nəqliyyat sahəsində, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.ADY sədri Rövşən Rüstəmov Avropa Komissiyasının nümayəndələrinə Azərbaycanın tranzit potensialı, dəmir yolu və liman infrastrukturunun inkişafı üzrə həyata keçirilən layihələr, eləcə də Bakı Limanının fəaliyyəti və yükdaşıma imkanları barədə məlumat verib.Bakı Limanının Orta Dəhliz üzrə yük əməliyyatlarının səmərəli təşkilində, multimodal daşımaların inkişafında və Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının gücləndirilməsində mühüm rolu diqqətə çatdırılıb.Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş...
27 Noyabr 2026, 16:26
Slovakiyanın Baş prokuroru "ASAN xidmət" mərkəzi ilə tanış olub
Slovakiyanın Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və təqdimat edib.ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində Azərbaycanın 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.Nümayəndə heyəti "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub....
27 Noyabr 2026, 16:18
Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəmə istintaqı yekunlaşmaq üzrədir.Citypost.az xəbər verir ki, bugünkü prosesdə şahidlərin dindirilməsi başa çatıb.Bu gün məhkəmədə Prezident Adminstrasiyasının sabiq rəhbəri, şərti məhkum Ramiz Mehdiyev videokonfrans vasitəsilə ifadə verib. “Boz kardinal” evindən qoşulduğu prosesdə Əli Kərimli ilə bağlı sualları cavablandırıb.Ondan sonra isə son olaraq Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva hakim qarşısında dindirilib.Bununla da bütün şahidlərin dindirilməsi başa çatıb. Dekabrın 1-də iş materiallarının tədqiqi başlayacaq.Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz Mehdiyevə isə artıq hökm oxunub....
27 Noyabr 2026, 16:07
Nizami Kino Mərkəzinin fasadını korlayan şəxslərin məhkəmə prosesi başladı
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilən Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadinin və daha iki nəfərin cinayət işi üzrə məhkəmə başlayıb.Citypost.az APA-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib. Onlara hüquq və vəzifələri izah edilib.Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.Məhkəmənin baxış iclası 9 dekabra təyin edilib.Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin...
27 Noyabr 2026, 15:50
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərini qəbul edib.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, qəbuldan əvvəl Anar Əliyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.Özünüməşğulluq proqramı üzrə Naxçıvan sakinləri Yolçuyev Asiman Məhərrəm...
27 Noyabr 2026, 15:38
Əli Əsədov Azıx-Tağlar Arxeoloji Parkı ilə bağlı qərar imzaladı
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi” təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, Mədəniyyət Nazirliyi üç ay müddətində “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun işçilərinin say həddini (ştat vahidlərini) və strukturunu Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq etməli, bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
27 Noyabr 2026, 15:30