Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Cəmiyyət 27 Noyabr 2026, 20:15
505
Dekabrın 5–6-da Bakıda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək.
Mədəniyyət Nazirliyindən Citypost.az-ya verilən xəbərə görə, imtahanda Dağlıq Şirvan, Qazax-Tovuz, Şəki-Zaqatala və Şərqi Zəngəzur regional mədəniyyət idarələrinin tabeliyindəki təhsil müəssisələrindən 1 824 təhsilverənin iştirakı nəzərdə tutulur.
Test imtahanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda üç sessiyada təşkil olunacaq.
Belə ki, 5 dekabr, saat 10:00 — musiqi nəzəriyyəsi, rəssamlıq və xoreoqrafiya; 5 dekabr, saat 15:00 — qarmon, tar, xor, xanəndəlik, kamança, saz, nağara, violin, klarnet və balaban, 6 dekabr, saat 11:00 — fortepiano ixtisasları üzrə.
İştirakçılara imtahanın tarixi, saatı və yeri barədə fərdi bildirişlər MyCulture şəxsi kabinetlərinin “Bildirişlər” bölməsinə göndərilib. Test və müsahibə proqramları, iştirakçının yaddaş kitabçası və digər məlumatlar isə “Sertifikatlaşdırmaya hazırlıq” bölməsində yerləşdirilib.
Həmçinin oxuyun
Qeyd olunub ki, iştirakçılar imtahanın başlanmasına 1 saat 30 dəqiqə qalmış binada olmalı, şəxsiyyətlərini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.
Kompüter vasitəsilə və təhsilverənin tədris apardığı dildə keçiriləcək imtahanda hər iştirakçıya 60 sualdan ibarət fərdi test variantı təqdim olunacaq. İxtisas, tədris proqramları, tədris metodikası və etik davranış qaydalarını əhatə edən sualların cavablandırılması üçün 120 dəqiqə ayrılacaq.
Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv və cavabsız suallar toplanan balı azaltmayacaq. Nəticələr imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək. Azı 30 bal toplayan təhsilverənlər müsahibə mərhələsinə buraxılacaqlar.
Qeyd edilib ki, sertifikatlaşdırma Nazirlər Kabinetinin 21 iyul 2026-cı il tarixli 227 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun aparılır. Test və müsahibə mərhələlərindən ibarət proses təhsilverənlərin peşəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətə yararlılığının qiymətləndirilməsi məqsədi daşıyır.
Məleykə Abbaszadə tələbələrlə görüşdü
Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə universitetin maddi-texniki bazası və tələbələrin təhsil şəraiti ilə yaxından tanış olub.Citypost.az xəbər verir ki, rektor universitetin müxtəlif fakültələrində təhsil alan tələbələrlə görüşüb.Görüş zamanı Məleykə Abbaszadə tələbələrlə səmimi söhbət edib, onların tədris prosesi və təşəbbüsləri ilə bağlı fikirlərini dinləyib.Qeyd edək ki, Məleykə Abbaszadə noyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru təyin edilib.
27 Noyabr 2026, 19:51
Parlamentin növbəti iclasının gündəliyi məlum olub
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub. Modern.az xəbər verir ki, deputatlar büdcə daxil 8 məsələ müzakirə edəcəklər. 1. "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).2. "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).3. "İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).4. "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).5. "Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid...
27 Noyabr 2026, 18:45
Balakənin sabiq icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun müavini olmuş, YAP-ın Balakən Rayon Təşkilatının sabiq sədri Azad Balayevin məhkəməsi başlayıb.Citypost.az xəbər verir ki, bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.Təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzməsi ilə bağlı vəsatət verib.Vəsatət təmin edilməyib.Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar verib.Baxış iclası 11 dekabra təyin edilib.Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.O, Cinayət Məcəlləsinin 179.3.2...
27 Noyabr 2026, 18:10
İndiyədək Sumqayıt Sənaye Parkına yatırılan investisiyaların həcmi açıqlandı
İndiyədək Sumqayıt Sənaye Parkına rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb.Citypost.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.Bildirilib ki, Parkda 46 rezident qeydiyyatdan keçib.Bu günədək sənaye parkında 6400-dən çox daimi iş yeri yaradılıb.
27 Noyabr 2026, 17:50
"Qaçqınkom"da vətəndaş cəmiyyəti nümayəndələri üçün "Açıq qapı" günü keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində noyabrın 27-də vətəndaş cəmiyyəti nümayəndələri üçün "Açıq qapı" günü keçirilib.Bu barədə Citypost.az-a Komitədən məlumat verilib.Qeyd olunub ki, tədbirdə Bakıda və regionlarda fəaliyyət göstərən QHT-lərin rəhbərləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.Qonaqlar Dövlət Komitəsinin Monitorinq, Qayıdışın qeydiyyatı və təşkili şöbələrinin, "Qaynar xətt" xidmətinin fəaliyyəti ilə yerində tanış olublar. Onlara həmin struktur bölmələrində görülən işlər barədə ətraflı məlumat verilib.Sonra tədbir iştirakçıları Komitənin rəhbər şəxslərinin iştirakı ilə "dəyirmi masa" formatında fikir mübadiləsi aparıb, Böyük Qayıdış prosesinin təşkili ilə bağlı rəy və təkliflərini bildiriblər.Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə...
27 Noyabr 2026, 17:44
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başladı
Direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.Citypost.az xəbər verir ki, namizədlər 4 dekabr saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilir.Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.Müsahibə mərhələsinə isə namizədlər qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar. Bu mərhələdə namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları...
27 Noyabr 2026, 17:36