Ramiz Mehdiyev evindən çıxan 17 milyonu geri istədi: “Özümündü, 1957-ci ildən işləyirəm” - QAPALI MƏHKƏMƏDƏ ŞOK
Cəmiyyət 27 Noyabr 2026, 22:30
543
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev evindən aşkarlanan 17 milyon manatdan artıq vəsaitin özünə məxsus olduğunu və onu uzun illər ərzində topladığını bildirib.
O, pulun müsadirəsini qanunsuz saydığını deyib. Mehdiyev bu izahatı noyabrın 27-də AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin işi üzrə keçirilən qapalı iclasda verib.
Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin iclasında Mehdiyev və qızı Kamilə Əliyeva şahid qismində dindirilib. Əli Kərimliyə yaxın olan “Qəzetçi”nin prosesdən xəbərdar mənbələrə istinadən yaydığı məlumata görə, sabiq administrasiya rəhbəri iclasa evindən videobağlantı ilə qoşulub və divanda uzanmış vəziyyətdə ifadə verib. Müdafiə tərəfinin vəkilləri milyonların mənbəyini soruşanda Mehdiyev belə cavab verib:
“1957-ci ildən işləyirəm və pulu yığmışam. Mənə məxsus puldur”.
DTX isə daha əvvəl açıqlamışdı ki, istintaqın qənaətinə görə, Mehdiyev 2025-ci il oktyabrın 13-dək cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb. “Trend”in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi oktyabrın 22-də ayrıca icraatda olan iş üzrə Mehdiyevə 14 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Məhkəmə onun yaşını və səhhətini nəzərə alaraq cəzanın şərti tətbiqinə, həmçinin əmlaklarının dövlət nəfinə xüsusi müsadirəsinə qərar verib.
Həmçinin oxuyun
Əli Kərimli və Məmməd İbrahim 2025-ci il noyabrın 29-da saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar. Hər iki siyasətçi ittihamı rədd edir.
“Qafqazinfo”nun məlumatına görə, Mehdiyev və qızının ifadələri ilə şahidlərin dindirilməsi başa çatıb. Dekabrın 1-də məhkəmə iş materiallarının tədqiqinə başlayacaq.
Tramp NATO ilə razılaşdırılmış bəyanata Ukraynanı da əlavə etdi
ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rütte ilə razılaşdırılmış bəyanatın mətnini sonradan dəyişdirərək Ukraynanı da Rusiyaya qarşı nəzərdə tutulan xəbərdarlığa daxil edib. Bu addım Vaşinqtonun Ukrayna müharibəsinə yanaşması ətrafında yeni müzakirələrə səbəb olub.Bunu CityPost.az-a açıqlamasında ekspert Şəmsi Qoca bildirib.Ekspert bildirib ki,noyabrın 25-də Floridada, Trampın Mar-a-Laqodakı iqamətgahında keçirilən görüşdən sonra Ağ Ev və NATO birgə bəyanat yayıb. Sənəddə Rusiyanın müharibəni qəsdən və ya bilmədən genişləndirə biləcək addımlardan çəkinməsinin vacibliyi vurğulanıb. Həmçinin müharibənin mümkün qədər tez sülh yolu ilə başa çatdırılmasının əhəmiyyəti qeyd edilib.Lakin bir neçə saat sonra Tramp özünün Truth Social platformasındakı paylaşımında bəyanatın mətninə iki söz əlavə edib:...
27 Noyabr 2026, 22:11
Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Baş nazirin müavini Teymur Musayev işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə əməliyyatları və Agentliyin təlim potensialı ilə tanışlıq məqsədilə Ağdam və Göygöl rayonlarına səfər edib.ANAMA-dan Citypost.az-a verilən məlumata görə, səfər çərçivəsində Baş nazirin müavinini Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov müşayiət edib.Ağdam rayonunun Nəmirli kəndi ərazisində icra edilən minatəmizləmə əməliyyatları ilə tanışlıq zamanı Vüqar Süleymanov Baş nazirin müavininə əməliyyatların təşkili və icra prosesi, əldə olunan nəticələr və qarşıya çıxan çətinliklər barədə ətraflı məlumat verib. Həmçinin mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərin təmizlənməsində tətbiq olunan üsullar, istifadə edilən texniki vasitələr, əməliyyatların səmərəliliyinin artırılması istiqamətində...
27 Noyabr 2026, 20:40
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Dekabrın 5–6-da Bakıda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək.Mədəniyyət Nazirliyindən Citypost.az-ya verilən xəbərə görə, imtahanda Dağlıq Şirvan, Qazax-Tovuz, Şəki-Zaqatala və Şərqi Zəngəzur regional mədəniyyət idarələrinin tabeliyindəki təhsil müəssisələrindən 1 824 təhsilverənin iştirakı nəzərdə tutulur.Test imtahanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda üç sessiyada təşkil olunacaq.Belə ki, 5 dekabr, saat 10:00 — musiqi nəzəriyyəsi, rəssamlıq və xoreoqrafiya; 5 dekabr, saat 15:00 — qarmon, tar, xor, xanəndəlik, kamança, saz, nağara, violin, klarnet və balaban, 6 dekabr, saat 11:00 — fortepiano ixtisasları üzrə.İştirakçılara imtahanın tarixi, saatı...
27 Noyabr 2026, 20:15
Məleykə Abbaszadə tələbələrlə görüşdü
Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə universitetin maddi-texniki bazası və tələbələrin təhsil şəraiti ilə yaxından tanış olub.Citypost.az xəbər verir ki, rektor universitetin müxtəlif fakültələrində təhsil alan tələbələrlə görüşüb.Görüş zamanı Məleykə Abbaszadə tələbələrlə səmimi söhbət edib, onların tədris prosesi və təşəbbüsləri ilə bağlı fikirlərini dinləyib.Qeyd edək ki, Məleykə Abbaszadə noyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru təyin edilib.
27 Noyabr 2026, 19:51
Parlamentin növbəti iclasının gündəliyi məlum olub
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub. Modern.az xəbər verir ki, deputatlar büdcə daxil 8 məsələ müzakirə edəcəklər. 1. "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).2. "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).3. "İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).4. "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).5. "Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid...
27 Noyabr 2026, 18:45
Balakənin sabiq icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun müavini olmuş, YAP-ın Balakən Rayon Təşkilatının sabiq sədri Azad Balayevin məhkəməsi başlayıb.Citypost.az xəbər verir ki, bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.Təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzməsi ilə bağlı vəsatət verib.Vəsatət təmin edilməyib.Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar verib.Baxış iclası 11 dekabra təyin edilib.Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.O, Cinayət Məcəlləsinin 179.3.2...
27 Noyabr 2026, 18:10