Bizə yazın

Baku

-°C

USD

-

Zakir Fərəcov 17-ci mikrorayonda sakinlərlə səyyar qəbul keçirib

Cəmiyyət 27 Noyabr 2026, 17:23

425

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 17-ci mikrorayonda sakinlərlə növbəti səyyar qəbul keçirib.

Citypost.az xəbər verir ki, qəbulda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də sakinlər iştirak ediblər.

Görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlər əsasən mənzil-kommunal təsərrüfatı, sosial-məişət şəraiti, məşğulluq, ərazilərin abadlaşdırılması və infrastruktur məsələləri ilə bağlı olub.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Əlavə araşdırma tələb edən müraciətlərin nəzarətdə saxlanılması və nəticələri barədə vətəndaşların məlumatlandırılması tapşırılıb.

Qəbulda, həmçinin Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, kommunal və yol-nəqliyyat infrastrukturunun inkişafı, yaşayış məhəllələrinin şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Sakinlər müraciətlərinin dinlənilməsinə və qaldırdıqları məsələlərə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaşlarla birbaşa ünsiyyətin genişləndirilməsi və yerli problemlərin operativ həlli məqsədilə səyyar qəbullar mütəmadi olaraq təşkil olunur.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mirzə Qədimdən TƏBİB-ə: Sistem dayanıbsa, xəstə də dayansın?

Mirzə Qədim eşitmişdi ki, müasir səhiyyədə rəqəmsallaşma gedir, hər şey elektron sistemə keçir, xəstələrin işi asanlaşır. O da bu yeniliklərə sevinirdi. Düşünürdü ki, daha xəstəxanalarda növbələr azalacaq, adamlar qapı-qapı düşməyəcək, həkimə çatmaq üçün yarım gün sərf etməyəcəklər. Amma deyəsən, Mirzə bir şeyi nəzərə almamışdı: sistem işləyəndə hər şey yaxşıdır, sistem dayananda isə xəstə də, həkim də, qeydiyyatçı da onunla birlikdə dayanmalıdır.Bu günlərdə 19 nömrəli şəhər poliklinikasında baş verən bir hadisəni eşidəndən sonra Mirzə Qədim eynəyini çıxarıb masanın üstünə qoydu. Məsələni diqqətlə dinlədi, sonra da dedi: “Ay bala, bu nə gözəl səhiyyə modelidir belə? Kompüter işləmirsə, deməli, xəstənin də xəstələnməyə ixtiyarı...

27 Noyabr 2026, 17:28

Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib

Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Ağstafa şəhərində vətəndaşları qəbul edib.Elm və Təhsil Nazirliyindən Citypost.az-a verilən məlumata görə, qəbulda Ağstafa, Qazax və Tovuz sakinləri iştirak ediblər.Bildirilib ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülübElm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib....

27 Noyabr 2026, 17:09

Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama

Füzuli rayonu uğrunda gedən döyüşlərdə boynundan ağır güllə yarası alan qazi Həsrət Quliyevin müalicəyə və əməliyyata ehtiyacı var. Citypost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onu ziyarət edən şəhid anası Vəfa İsmayılova məlumat yayıb.44 günlük Vətən müharibəsində şəhid olan İzzət Həmidovun anası V.İsmayılova qazinin vəziyyətinə biganə qala bilmədiyini bildirib. O, Vətən uğrunda sağlamlığını itirən şəxslərin müalicəsinin fərdi ianələrlə deyil, rəsmi qurumların və xəstəxanaların dəstəyi ilə həll olunmasının vacibliyini vurğulayıb.Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, həmin qazi hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır: “1998-ci il təvəllüdlü kişi 17.11.2026-cı il tarixində...

27 Noyabr 2026, 16:30

Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi Bakı Beynəlxalq Dəniz Limanında Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktoratlığının nümayəndə heyəti ilə görüş keçirib.ADY-dən Citypost.az-a verilən məlumata görə, görüşdə mobillik və nəqliyyat sahəsində, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.ADY sədri Rövşən Rüstəmov Avropa Komissiyasının nümayəndələrinə Azərbaycanın tranzit potensialı, dəmir yolu və liman infrastrukturunun inkişafı üzrə həyata keçirilən layihələr, eləcə də Bakı Limanının fəaliyyəti və yükdaşıma imkanları barədə məlumat verib.Bakı Limanının Orta Dəhliz üzrə yük əməliyyatlarının səmərəli təşkilində, multimodal daşımaların inkişafında və Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının gücləndirilməsində mühüm rolu diqqətə çatdırılıb.Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş...

27 Noyabr 2026, 16:26

Slovakiyanın Baş prokuroru "ASAN xidmət" mərkəzi ilə tanış olub

Slovakiyanın Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və təqdimat edib.ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində Azərbaycanın 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.Nümayəndə heyəti "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub....

27 Noyabr 2026, 16:18

Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəmə istintaqı yekunlaşmaq üzrədir.Citypost.az xəbər verir ki, bugünkü prosesdə şahidlərin dindirilməsi başa çatıb.Bu gün məhkəmədə Prezident Adminstrasiyasının sabiq rəhbəri, şərti məhkum Ramiz Mehdiyev videokonfrans vasitəsilə ifadə verib. “Boz kardinal” evindən qoşulduğu prosesdə Əli Kərimli ilə bağlı sualları cavablandırıb.Ondan sonra isə son olaraq Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva hakim qarşısında dindirilib.Bununla da bütün şahidlərin dindirilməsi başa çatıb. Dekabrın 1-də iş materiallarının tədqiqi başlayacaq.Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz Mehdiyevə isə artıq hökm oxunub....

27 Noyabr 2026, 16:07