Parlamentin növbəti iclasının gündəliyi məlum olub
Cəmiyyət 27 Noyabr 2026, 18:45
380
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub.
Modern.az xəbər verir ki, deputatlar büdcə daxil 8 məsələ müzakirə edəcəklər.
1. "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
2. "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
3. "İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
4. "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Həmçinin oxuyun
5. "Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə, "Pasportlar haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Müflisləşmə və iflas haqqında", "Yol hərəkəti haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Həmkarlar ittifaqları haqqında", "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yaşayış minimumu haqqında", "Sosial müavinətlər haqqında", "Təhsil haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Məktəbəqədər təhsil haqqında", "İşsizlikdən sığorta haqqında", "Ümumi təhsil haqqında", "Siyasi partiyalar haqqında", "Diplomatik xidmət haqqında" və "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
8. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Yerin təki haqqında", "Tullantılar haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Gömrük tarifi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Hesablama Palatası haqqında", "Dövlət satınalmaları haqqında" və "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Balakənin sabiq icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun müavini olmuş, YAP-ın Balakən Rayon Təşkilatının sabiq sədri Azad Balayevin məhkəməsi başlayıb.Citypost.az xəbər verir ki, bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.Təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzməsi ilə bağlı vəsatət verib.Vəsatət təmin edilməyib.Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar verib.Baxış iclası 11 dekabra təyin edilib.Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.O, Cinayət Məcəlləsinin 179.3.2...
27 Noyabr 2026, 18:10
İndiyədək Sumqayıt Sənaye Parkına yatırılan investisiyaların həcmi açıqlandı
İndiyədək Sumqayıt Sənaye Parkına rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb.Citypost.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.Bildirilib ki, Parkda 46 rezident qeydiyyatdan keçib.Bu günədək sənaye parkında 6400-dən çox daimi iş yeri yaradılıb.
27 Noyabr 2026, 17:50
"Qaçqınkom"da vətəndaş cəmiyyəti nümayəndələri üçün "Açıq qapı" günü keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində noyabrın 27-də vətəndaş cəmiyyəti nümayəndələri üçün "Açıq qapı" günü keçirilib.Bu barədə Citypost.az-a Komitədən məlumat verilib.Qeyd olunub ki, tədbirdə Bakıda və regionlarda fəaliyyət göstərən QHT-lərin rəhbərləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.Qonaqlar Dövlət Komitəsinin Monitorinq, Qayıdışın qeydiyyatı və təşkili şöbələrinin, "Qaynar xətt" xidmətinin fəaliyyəti ilə yerində tanış olublar. Onlara həmin struktur bölmələrində görülən işlər barədə ətraflı məlumat verilib.Sonra tədbir iştirakçıları Komitənin rəhbər şəxslərinin iştirakı ilə "dəyirmi masa" formatında fikir mübadiləsi aparıb, Böyük Qayıdış prosesinin təşkili ilə bağlı rəy və təkliflərini bildiriblər.Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə...
27 Noyabr 2026, 17:44
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başladı
Direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.Citypost.az xəbər verir ki, namizədlər 4 dekabr saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilir.Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.Müsahibə mərhələsinə isə namizədlər qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar. Bu mərhələdə namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları...
27 Noyabr 2026, 17:36
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib.APA xəbər verir ki, qanuna əsasən, 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.Nazirlər Kabineti tərəfindən Sazişin Podratçı tərəflərinə Sazişin 2009-cu il fevralın 27-də imzalanmış ilkin redaksiyası üzrə verilmiş və Sazişin həmin redaksiyası ilə birlikdə Azərbaycan Respublikasının 2009-cu il 22...
27 Noyabr 2026, 17:35
Mirzə Qədimdən TƏBİB-ə: Sistem dayanıbsa, xəstə də dayansın?
Mirzə Qədim eşitmişdi ki, müasir səhiyyədə rəqəmsallaşma gedir, hər şey elektron sistemə keçir, xəstələrin işi asanlaşır. O da bu yeniliklərə sevinirdi. Düşünürdü ki, daha xəstəxanalarda növbələr azalacaq, adamlar qapı-qapı düşməyəcək, həkimə çatmaq üçün yarım gün sərf etməyəcəklər. Amma deyəsən, Mirzə bir şeyi nəzərə almamışdı: sistem işləyəndə hər şey yaxşıdır, sistem dayananda isə xəstə də, həkim də, qeydiyyatçı da onunla birlikdə dayanmalıdır.Bu günlərdə 19 nömrəli şəhər poliklinikasında baş verən bir hadisəni eşidəndən sonra Mirzə Qədim eynəyini çıxarıb masanın üstünə qoydu. Məsələni diqqətlə dinlədi, sonra da dedi: “Ay bala, bu nə gözəl səhiyyə modelidir belə? Kompüter işləmirsə, deməli, xəstənin də xəstələnməyə ixtiyarı...
27 Noyabr 2026, 17:28