AQTA-nın yararsız məhsul tapdığı restoranda nazirlik şam yeməyinə 4 min manat xərcləyib
Cəmiyyət 29 Noyabr 2026, 10:55
547
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzi fərdi sahibkar Səfərəliyev Pərviz Novruzəli oğlu (VÖEN – 1203057622) ilə satınalma müqaviləsi imzalayıb.
Müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Pərviz Səfərəliyev Balıqçılıq və Akvakultura Mərkəzinin sifarişi ilə bu quruma restoran xidməti (şam yeməyinin təşkili) göstərib və qarşılığında 3 min 960 manat alıb.
Qeyd edək ki, fərdi sahibkar Pərviz Səfərəliyevin qeydiyyat ünvanı Xəzər rayonu, Buzovna qəsəbəsi, M. Musayev küçəsi, ev 15, mənzil 15 ünvanında yerləşir. Bu ünvanda "Dükkan” adlı restoran fəaliyyət göstərir.
Açıqlanan məlumatlardan belə görünür ki, "Dükkan” restoranının paytaxtda bir neçə şöbəsi fəaliyyət göstərir. Ötən il Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları "Dükkan” restoranının Buzovna qəsəbəsi, R. İmanov küçəsi, 37 ünvanında fəaliyyət göstərən şöbəsinə baxış keçiriblər. Baxış zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb. Yoxlama zamanı istehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunaraq onların istehlaka təqdim edilməsinin qarşısı alınıb.
AQTA əməkdaşları tərəfindən faktla bağlı inzibati protokol tərtib olunub. İaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib.
Bundan başqa, AQTA daha əvvəl də "Dükkan” restoranı barəsində protokol tərtib edib.
Məlumatda həmçinin bildirilir ki, "Dükkan” restoranı fərdi sahibkar Əliyev Eyvaz Həsən oğluna məxsusdur.
Onu da bildirək ki, Əliyev Eyvaz Həsən oğlu eyni zamanda "Şeh” MMC-nin (VÖEN – 1200940231) təsisçisi və rəhbəri olub.
Diqqət çəkən məqamlardan biri də odur ki, bir ay əvvəl – bu ilin oktyabr ayında Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi də "Şeh” MMC olub. Bu şirkət nazirlikdən 191 min 444 manat 38 qəpik alaraq təmizlik işləri həyata keçirəcək./yeniavaz
Hövsanda yaşayanlara ŞAD XƏBƏR
Yaxın dövrdə Hövsanda əhalinin sayının ən azı iki dəfə artacağı, hətta qəsəbəyə şəhər statusunun verilə biləcəyi ehtimal olunur.Bunu "Bakupost"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.Onun sözlərinə görə, əhalinin artması və ticarət əlaqələrinin genişlənməsi ərazidə yeni MİDA yaşayış binalarının inşasına, eləcə də daşınmaz əmlaka tələbatın yüksəlməsinə səbəb olacaq."Son on ildə Hövsanda torpaq sahələrinin qiyməti 4-5 dəfə artıb. Torpaq sahələrinin qiyməti əvvəllər 2-3 min olduğu halda, hazırda 10 minə çatıb. Bu, şəhərə yaxınlıq, infrastrukturun inkişafı və gələcək perspektivlər baxımından əhalinin Hövsana marağının artdığını göstərir.Hesab edirəm ki, beş ildən sonra Hövsanda torpağın qiyməti indiki səviyyə ilə müqayisədə təxminən 2-3 dəfə arta bilər"....
29 Noyabr 2026, 10:20
Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib
Evində pişik saxlayan insanların gələcəkdə şizofreniyaya tutulma ehtimalının daha yüksək ola biləcəyi iddia edilir.CityPost.az xəbər verir ki, bu qənaətə psixiatr Edvin Fuller Torrey və virusoloq Robert Yolken gəliblər. Araşdırma barədə "Science Alert" nəşri yazıb.Məlumata görə, alimlər 1990-cı illərdə apardıqları tədqiqatlar zamanı uşaqlıqda pişiklə yaşayan insanların sonrakı həyatlarında şizofreniyadan daha çox əziyyət çəkdiklərini müşahidə ediblər.Torrey xəstəliyin yaranmasına "Toxoplasma gondii" də daxil olmaqla, müxtəlif patogenlərin səbəb ola biləcəyini ehtimal edib. Bu parazit insanlara əsasən pişiklər vasitəsilə keçə bilir. Pişiklər paraziti yoluxmuş gəmiricilərdən, eləcə də çirklənmiş mühitdən əldə edə bilirlər. Parazit isə insan orqanizminə yoluxmuş heyvanların nəcisi, çirklənmiş qida və su vasitəsilə daxil...
29 Noyabr 2026, 09:54
Görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında noyabrın 29-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
28 Noyabr 2026, 15:50
Bazar günü bəzi yerlərdə yağış yağacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 50-55%, gündüz 70-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti,...
28 Noyabr 2026, 12:57
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama görə, o, Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
28 Noyabr 2026, 12:55
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Əli Hidayət oğlu Əsədov “Şərəf” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərənam imzalayıb.Sərəncama görə, o, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
28 Noyabr 2026, 12:13