Bizə yazın

Baku

-°C

USD

-

Şahmar İbadov həbsdən çıxan oğluna bahalı restoran hədiyyə etdi

Cəmiyyət 17 Oktyabr 2024, 11:40

16582

Nərimanov rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Şahmar İbadov paytaxtın mərkəzində oğluna bahalı restoran alıb.

 

CityPost.az  yerli mediaya  istinadən   xəbər  verir  ki, Bakıda və onun ətraf qəsəbələrində  çoxsaylı ticarət və iaşə obyektlərinə sahib olan Şahmar İbadov paytaxtın Qış parkı ərazisində, Mirzəağa Əliyev 46 ünvanında növbəti “Paxlava” restoranını  açıb.

 

Sözügedən restoranın yerləşdiyi obyekt Şahmar İbadovun oğlu Elmar İbadov tərəfindən 800 min dollara alınıb.

Qeyd edək ki, əvvəllər həmin obyekt “Mandarin Baku” adı ilə fəaliyyət göstərib.

Citypost.az xatırladır ki, Şahmar İbadovun oğlu Elmar İbadov gündəmə törətdiyi ağır  avto qəza ilə gəlmişdi. 2017-ci ilin avqustunda Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçmışdı. Hadisə nəticəsində qadın vəfat etmişdi.

Şahmar İbadov hadisəyə münasibət bildirərkən demişdi ki,qadının ölümünə səbəb oğlunun törətdiyi qəza yox, onun   ürək çatışmazlığından  əziyyət çəkməsi  olub. Guya qadın ağır xəsarətlərdən deyil ,həyəcandan  ölüb.

 

Məhkəmənin hökmü  ilə  törətdiyi  ağır  cinayətə görə E. İbadov 5 il  müddətinə  azadlıqdan məhrum edilsə də, onun  barəsindəki cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.

Şahmar  İbadova yaxın  mənbələrdən  aldığımız  məlumata  görə, O, oğlu Elmirə “Paxlava”restoranını həbsdən azad olunmasına rəğmən hədiyyə edib. Məsələ ilə bağlı Şahmar İbadovla əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab  vermədi.

CityPost.az  yaxın günlərdə geniş araşdırma aparmaqla, Ş.İbadova məxsus ticarət,iaşə və istehsalat obyektlərinin siyahısını təqdim edəcək.

CityPost.az qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırdır.

 

Hazırladı: Müşərrəfxanım

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sosial şəbəkədə özlərini intellektual adlandıranlar fəlsəfi fikrin meyxanaçılarıdır

Sosial şəbəkədə özlərini intellektual adlandıranlar fəlsəfi fikrin meyxanaçılarıdır. Onlar fikrin səthində söz oyunları ilə məşğul olur, dərin düşüncədən keçməyən, anlayışların məna dəqiqliyinə varmadan bədahətən fəlsəfi "qafiyə tutan"lardır. Son zamanlar onlar müəyyən kütlə toplamalarından eyforiyaya qapılıb həqiqi elm adamlarına, alimlərə söz atırlar, sataşırlar, meyxanaçı tərzi ilə onları deyişməyə cəlb edirlər. İntellektualların içində olan həqiqi, istedadlı şairlər meyxanaçılara münasibətdə hansı tərzi göstərirdilərsə, alimləri məcbur edirlər ki, həmin alimlər o tərzi indi də onların özlərinə göstərsinlər. Kütlə toplamaq baxımından meyxanaçılara uduzan intellektuallar bunun acığını alimlərdən çıxırlar. Beləliklə, alimlər də getdikcə mübahisə və müzakirələrə qoşulur, ictimailəşirlər. Sənət aləmində meyxanaçılar həqiqi şairlərə uduzduqları kimi, intellektualların...

19 Avqust 2026, 13:09

"Təbiətcə özü-özünə aid olmayıb başqasına aid olan insan təbiətcə kölədir"

Dünən Karl Popperin "Açıq cəmiyyət" kitabının ikinci cildini yenidən vərəqləyəndə Aristoteldən gətirilən belə bir sitata rast gəldim: "Təbiətcə özü-özünə aid olmayıb başqasına aid olan insan təbiətcə kölədir". Təbiətcə özünə aid olmamaq nə deməkdir? Öz varlığını başqa birinin varlığı ilə təsdiqləmək və öz varlığını onu təsdiqlədiyi digər varlıqdan şüurlu, yaxud şüursuz şəkildə asılı hala gətirmək. Yəni kölə, sadəcə, ağası olan adam deyil, ağanın özü də öz varlığını başqa birinin varlığıyla təsdiqləyirsə, o da kölədir. "Divin canı şüşədədir" məsəli. İnsan niyə öz varlığını başqa birinin varlığıyla təsdiqləmək ehtiyacı duyur? Çünki tənbəldir, məsuliyyətdən qaçır. Ona onun yerinə var olan, düşünən, qərarlar qəbul edən biri lazımdır. Başqa birinin...

19 Avqust 2026, 13:07

TARİXİN və GÜNDƏMİN ŞAH İSMAYIL XƏTAİSİ

Akademik Nizami Cəfərovla bugünkü xoş ovqatlı görüşümüzdə çağdaş ədəbi dilimizin, ədəbiyyatımızın inkişaf və problemlərindən söhbət açdıq.Yeri gəlmişkən, son vaxtlar geniş müzakirələrin mövzusu olan Şah İsmayıl Xətai haqqında Nizami müəllimin fikirlərini də almaq istədim.O, cavabında bildirdi ki, Xətai Azərbaycan Milli Dövlətinin banisidir.Əvvəla onu deyim ki, kiçik xalqların, yaxud dövlətlərin böyük xalqlar və dövlətlər qarşısında öz tarixini daha da kiçiltməyə məcbur olması tarixşünaslığın orta əsrlərdən, hətta qədim dövrlərdən gələn ən böyük problemlərindən biridir...Şah İsmayıl Xətainin Azərbaycan tarixində əsas missiyası ondan ibarət idi ki, bu dahi şəxsiyyət ilk dəfə Azərbaycan xalqının etnocoğrafi hüdudlarını müəyyənləşdirməklə onun bütöv, az və ya çox dərəcədə təmərküzləşmiş bir...

19 Avqust 2026, 10:54

​İş mühitində korporativ yazışma və email etiketi

İş mühitində effektiv kommunikasiyanın, peşəkar nüfuzun formalaşmasının əsas şərtlərindən biri korporativ yazışma, elektron poçt (email) etiketlərinə dürüst riayət olunmasıdır. Düzgün qurulmuş işgüzar yazışma tərəfdaşlar, həmkarlar arasında qarşılıqlı hörməti təmin edir, iş proseslərinin sürətlənməsinə, anlaşılmazlıqların aradan qalxmasına birbaşa şərait yaradır. Elektron məktub şirkətin vizit kartı rolunu oynadığı üçün yazışma zamanı dil qaydalarına, etik standartlara xüsusi həssaslıqla yanaşılmalıdır.Citypost.az xəbər verir ki, peşəkar elektron poçtun hazırlanması mövzu (Subject) hissəsinin dəqiq, məzmunlu yazılmasından başlayır. Məktubun məğzini bir neçə sözlə ifadə edən başlıq qarşı tərəfin məktubun vacibliyini anlamasına, axtarış zamanı onu rahat tapmasına kömək edir. Məktub mütləq rəsmi salamlaşma ("Hörmətli...", "Salam...") ilə başlamalı, ünvanlanan şəxsin...

18 Avqust 2026, 14:47

Məktəbdə dərslər saat neçədə başlamalıdır?

Məktəblərdə dərslərin yeni tədris ilindən saat 8-də deyil, daha gec başlaması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində, söhbət ilk baxışdan sadə görünür: uşaq səhər bir saat gec oyansın, məktəbə daha rahat getsin, dərsə yuxulu və yorğun başlamasın. Amma məsələni bir az dərindən düşünəndə görürük ki, söhbət təkcə saatdan getmir. Söhbət uşağın bütün gününün necə qurulmasından gedir.Hazırda dərslərin səhər saat 8-də başlaması ümumi təhsil müəssisələri üçün məqsədəuyğun hesab olunur. 2026-cı ilin yanvarında Elm və Təhsil Nazirliyi də dərslərin başlanma saatında dəyişiklik nəzərdə tutulmadığını bildirmişdi. Sonrakı aylarda isə nəqliyyat və iş qrafiklərinin dəyişdirilməsi ilə bağlı müzakirələr fonunda məktəblərin dərs saatlarının da...

18 Avqust 2026, 14:09

Qələbəyə gələn yolun qadın siması: Mehriban Əliyevanın dövlətçilik missiyası

Zahid Orucdan salnamə kimi məqalə…Azərbaycanın son otuz ildən artıq siyasi tarixi bir-biri ilə bağlı böyük dönüşlərdən ibarətdir. Sovetlər Birliyinin süqutundan sonra müstəqillik yolunda yaşanan hakimiyyət böhranı, Qarabağda hərbi məğlubiyyət, idarəetmə institutlarının yenidən qurulması, iqtisadi müstəqilliyin təmin olunması, ordu quruculuğu, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Vətən müharibəsi, 2023-cü ildə dövlət suverenliyinin bütün ölkə ərazisində bərpası və azad edilmiş torpaqlarda aparılan böyük quruculuq işləri Azərbaycanın məğlubiyyətdən qalib dövlətə və Qələbəyə qədər keçdiyi yolun tarixidir.2020-ci ilin parlaq uğurunu yalnız 44 müqəddəs günün hərbi nəticəsi kimi görmək şərəfli tarixi yolun miqyasını kiçiltmək olardı. Bütövlük uğrunda çox illik mübarizənin mərkəzində Ulu öndər ideallarına söykənən Prezident İlham Əliyevin liderliyi, onun ətrafında qurulan dövlət sistemi və...

18 Avqust 2026, 12:15