Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan-Gürcüstan-Türkiyə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

Hərbi 20 Noyabr 2026, 20:15

344

Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Müdafiə Nazirliyindən Citypost.az--a verilən məlumata görə, əvvəlcə qonaqlar təlim poliqonunda bölmələr tərəfindən enerji daşınması üzrə kritik infrastruktur obyektlərinin mühafizəsi və müdafiəsi, ehtimal olunan təhdidlərə və asimmetrik qüvvələrdən qaynaqlanan təhlükələrə qarşı icra edilən fəaliyyətləri izləyiblər.

Qarşıya qoyulan tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi, eləcə də təlim iştirakçılarının peşəkarlığı müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

Sonra Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin yekunlaşması münasibətilə bağlanış mərasimi keçirilib.

Tədbir hər üç ölkənin azadlığı uğrunda canından keçənlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iştirakçı ölkələrin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Çıxış edənlər bildiriblər ki, təlim zamanı nümayiş etdirilən sıx əməkdaşlıq və yüksək əzmkarlıq qarşıya qoyulan məqsədlərin uğurla icrasına və regional tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verib.

Qeyd olunub ki, təlim müddətində qazanılan nəzəri biliklər və praktiki təcrübə birgə fəaliyyət qabiliyyətini yeni səviyyəyə yüksəldəcək.

Mərasimin sonunda təlim iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib

Azərbaycan və Belarus respublikaları müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, bu ölkənin Silahlı Qüvvələrinin rabitə rəisi – Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə İdarəsinin rəisi polkovnik Pavel Prasolun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinə səfər edib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qonaqlarla “Rabitənin təşkili və rabitə bölmələrinin tətbiqi üzrə işçi görüşü” keçirilib. Tədbirdə həmçinin rabitə bölmələrinin və vasitələrinin tətbiqi, eləcə də digər mövzulara dair qarşılıqlı fikir mübadiləsi aparılıb.Sonra nümayəndə heyəti N saylı hərbi hissədə olub. Burada qonaqlara Azərbaycan Ordusunda rabitə işinin təşkili haqqında ətraflı məlumat verilib, müasir tələblərə cavab verən müxtəlif...

20 Noyabr 2026, 18:28

XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, toplanışa qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat vasitələri ilə təmin olunub.Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Çıxış edənlər toplanışın ehtiyatda olan hərbi vəzifəlilərin nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsində mühüm əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıb. Tədbir hərbi vəzifəlilərin təntənəli marşla...

19 Noyabr 2026, 19:40

Gürcüstan hərbi heyəti Azərbaycan Ordusu ilə tanış olub

Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili və onu müşayiət edən nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, səfər proqramına uyğun olaraq, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və qonaqlar Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində olublar. Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədov nümayəndə heyətinə HDQ-nin fəaliyyəti və həyata keçirilən islahatlar barədə məlumat verib. Sonra nümayəndə heyəti HDQ-də istifadədə olan hərbi-texniki vasitələrin sərgisi ilə tanış olub, dəniz xüsusi təyinatlıları tərəfindən təqdim edilən nümayiş məşğələsini izləyib.Görüşdə, həmçinin ölkələrin HDQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi sahələrində əlaqələrin...

18 Noyabr 2026, 19:32

Ədalət Verdiyev: Xankəndi paradı Azərbaycanın tarixi Qələbəsinin təcəssümüdür

Hərbi ekspert Ədalət Verdiyev Xankəndi şəhərində keçirilən hərbi paradın Azərbaycanın hərb tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu parad ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının, eləcə də erməni separatizminə son qoyulmasının rəmzi hadisələrindən biridir.Citypost.az xəbər verir ki, hərbi ekspert sosial şəbəkə hesabında paylaşım edərək Xankəndidə keçirilən paradın tarixi əhəmiyyətinə diqqət çəkib.Ədalət Verdiyev qeyd edib ki, qəhrəman Azərbaycan Ordusunun iştirakı ilə keçirilən hərbi parad ölkəmizin gücünü, hərbi qüdrətini və əldə etdiyi tarixi Zəfəri nümayiş etdirən mühüm hadisədir. Ekspertin fikrincə, həmin parad Azərbaycan ərazisində erməni separatizminin sona çatmasının rəmzi kimi tarixə düşübXatırladaq ki, Xankəndi şəhərində ilk hərbi parad 8 noyabr...

06 Noyabr 2026, 08:42

Antiterror əməliyyatından bəhs edən “23 saat 43 dəqiqə” kitabı təqdim olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-ci il üçün elan etdiyi orta qrant müsabiqəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun icra etdiyi “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsi çərçivəsində nəşr edilmiş “23 saat 43 dəqiqə” kitabının təqdimat mərasimi keçirilib. Citypost.az Herbiand.az-a istinadən xəbər verir ki, 30 oktyabr tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında baş tutan tədbirdə ictimaiyyət nümayəndələri, qazilər, media mənsubları, eləcə də 52 antiterror şəhidinin respublikamızın ən müxtəlif guşələrindən gəlmiş ailə üzvləri iştirak ediblər.Şəhidlərin xatirəsini anmaqla və Azərbaycan himninin sədaları altında başlanan tədbirdə ilk olaraq kitabın baş rəyçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti,...

02 Noyabr 2026, 13:35

Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - “Forbes”

Azərbaycan hərbi hava qüvvələrini sürətlə gücləndirir və 4,2 milyard dollar dəyərində 40 müasir “JF-17C Block III” qırıcı təyyarəsinin alınmasını təsdiqləyir.Citypost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.Nəşrin məlumatına görə, bu, ölkə tarixində ən böyük döyüş təyyarəsi alışıdır. pizzaKöhnəlmiş “MiG-29” təyyarələrini əvəz edəcək bu 4,5 nəsil təyyarələr Bakını Cənubi Qafqazın ən güclü hava qüvvələri səviyyəsinə çatdıracaq. Azərbaycan mövcud arsenalına Rusiya “S-300” və İsrail “Barak”larını da daxil edən yeni Çin strateji “HQ-9BE” hava hücumundan müdafiə sistemlərini də nümayiş etdirib.Milyardlarla dollarlıq investisiya martın 5-də Naxçıvana edilən dron hücumundan sonra qoyulub. İranla müharibənin başlamasından bəri Azərbaycana heç bir zərbə dəyməyib.İyulun...

03 Avqust 2026, 11:17