"Qəzzada bir milyondan çox insan ərzaq yardımından məhrum olmaq təhlükəsi ilə üzləşib"-BMT
Dünya 26 Mart 2025, 18:00

592
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) İsrailin Qəzza zolağının sərhəd qapılarını bağlı saxlaması səbəbindən 1 milyondan çox insanın ərzaq yardımından məhrum olmaq riski ilə üzləşdiyini açıqlayıb.
Citypost.az xəbər verir ki, UNRWA-nın verdiyi açıqlamada BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin məlumatları yer alıb.
İsrailin martın 2-dən etibarən Qəzzadakı sərhəd qapılarını humanitar yardım üçün bağladığına diqqət çəkən açıqlamada bu ifadələrdən istifadə edilib:
"Qəzzada bir milyondan çox insan (humanitar) ləvazimatların daxil olmasına icazə verilməsə, qidasız qalma riski ilə üzləşəcək. Davam edən blokada humanitar böhranı daha da pisləşdirir. Buna son qoyulmalıdır."
Qəzzada insan böhranı günü-gündən dərinləşir
İsrail HƏMAS ilə 42 günlük atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsinin sona çatmasından sonra martın 2-dən Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmaq qərarına gəlib.
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlar nəticəsində 2,3 milyon əhalisi olan Qəzza zolağında təxminən 2 milyon insan didərgin düşüb. Mülki infrastrukturu və xəstəxanaları da hədəfə alan İsrail Qəzzada humanitar fəlakətə səbəb olub.
Bölgəyə su və elektrik verilişinin kəsilməsi və sərhəd qapılarının bağlı saxlanılması fələstinlilərin Qəzzada yaşadığı çətin vəziyyəti daha da dərinləşdirir.
Yanvarın 19-da qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-də səhər saatlarında Qəzza zolağında şiddətli hücumları bərpa edib.
İsrail ordusunun yenidən hücumlara başlamasından bəri əksəriyyəti qocalar, qadınlar və uşaqlardan ibarət 792-dən çox fələstinli həyatını itirib, 1663-dən çox insan isə yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 50 min 144-ə, yaralıların sayı isə 113 min 704-ə yüksəlib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Tramp: Qrenlandiya 100% Amerikanın olacaq
ABŞ prezidenti Donald Tramp bildirib ki, Qrenlandiyanın ilhaqı təşəbbüsünün uğurlu olacağına 100% əmindir.Citypost.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu “NBC” telekanalına müsahibəsində deyib.“Biz Qrenlandiyanı əldıə edəcəyik. Bəli, 100%”, - Tramp qeyd edib.
30 Mart 2025, 10:00

Ərdoğan və Pezeşkian arasında telefon danışığı baş tutub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.Tərəflər iki ölkə arasında ikitərəfli münasibətləri, aktual regional və qlobal məsələləri müzakirə ediblər.Prezident Ərdoğan qarşıdakı dövrdə tərəflərin Türkiyə-İran əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirəcəklərini bildirib.Söhbətin sonunda Rəcəb Tayyib Ərdoğan Məsud Pezeşkianı Ramazan bayramı münasibətilə təbrik edib....
29 Mart 2025, 23:14

Cenin Bələdiyyəsi: İsrail ordusu düşərgədə 600 evi dağıdıb
Cenin Bələdiyyəsi işğalçı İsrail ordusunun İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsində təxminən 600 evi dağıtdığını və düşərgənin "yaşamaq üçün yararsız" hala gəldiyini açıqlayıb.Citypost.az xəbər verir ki, bu barədə Cenin Bələdiyyəsindən verilən açıqlamada qeyd edilib."Cenin Qaçqınlar Düşərgəsi 68 gündür davam edən İsrail hücumları, evlərin dağıdılıb yandırılması, bəzilərinin isə hərbi kazarmalara çevrilməsi səbəbindən tamamilə yaşayış üçün yararsız bir əraziyə çevrilib".Açıqlamada İsrail ordusunun düşərgədəki 600-ə yaxın evi və infrastrukturu tamamilə yerlə-yeksan etdiyi, İsrail ordusunun 360 min əhalisi olan Cenin şəhərini də sərt blokadaya aldığı bildirilib.Cenin Düşərgəsi Media Komitəsindən verilən açıqlamada düşərgədəki 3 min 250 evin İsrailin hücumları nəticəsində yaşayış üçün yararsız...
29 Mart 2025, 19:00

Sankt-Peterburq daha bir istilik rekordu qırıb
Sankt-Peterburqda havanın temperaturu Selsi üzrə 15 dərəcəyə qədər yüksələrək növbəti rekorda imza atıb. Citypost.az "RİA Novosti-yə sitinadən xəbər edir ki, bu barədə sinoptik Aleksandr Kolesova bildirib.Mütəxəssislərin fikrincə, şənbə, martın 29-u bütün müşahidələr tarixində Şimal paytaxtında ən isti gün olub.Bu gün üçün əvvəlki rekord 2007-ci ildə qeydə alınıb - o zaman havanın temperaturu 14,7 dərəcəyə qədər istiləşib.Əvvəllər Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand aprelin 1-dən Rusiyanın demək olar ki, bütün regionlarında istiləşmə vəd etmişdi. İş həftəsinin sonunda istilik anomaliyası təkcə Krasnoyarsk diyarında, Yakutiyanın qərbində və Transbaykaliyada müşahidə olunmayacaq.O, həmçinin paytaxt rayon sakinləri üçün həftəsonu, martın 28-i və 29-u üçün hava proqnozunu...
29 Mart 2025, 18:55

Belarusdan olan xilasedicilər Myanmaya uçacaqlar
Belarus güclü zəlzələdən zərər çəkən Myanmadan nəticələrin aradan qaldırılmasına kömək üçün rəsmi müraciət alıb. Citypost.az xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin Teleqram kanalında məlumat verilib.Belarus prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin “ZUBR” Respublika xüsusi təyinatlı dəstəsinin 66 xilasedicisi Myanmaya gedəcək. Onlarla birlikdə dörd axtarış iti və dörd ədəd xüsusi texnikası olan maşınlar uçacaq."Bu axşam xilasedicilər Müdafiə Nazirliyinin hava nəqliyyatı ilə Maçulişçi aerodromundan uçmağı planlaşdırır", - məlumatda deyilir.Bundan əvvəl Myanmaya kinoloji qruplar, anestezioloqlar və psixoloqlar da daxil olmaqla 120 rusiyalı xilasedicinin gəldiyi bildirilmişdi.Yeganə...
29 Mart 2025, 18:47

Qərb Ukraynanın Aİ-yə daxil olması təhlükəsi barədə xəbərdarlıq edib
Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı çıxış edib. Citypost.az xəbər verir ki, o, X sosial şəbəkəsində ölkənin quruma qoşulmasının təhlükəsi barədə xəbərdarlıq edib.Koşkoviç Amsterdamın mərkəzində yoldan keçənlərə bıçaqla hücum edən şəxsin ukraynalı olması ilə bağlı xəbərə münasibət bildirib. Hücum nəticəsində beş nəfər yaralanıb: dörd əcnəbi və bir yerli sakin."Əgər biz avrokratlara Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirməyə icazə versək, alçaldıcı məğlubiyyətdən travma almış, lakin dişlərinə qədər silahlanmış milyonlarla keçmiş hərbçi aramızda olacaq. Hökumətinizdən Ukraynanın Aİ-yə qoşulmasına mane olmasını tələb edin!" - Qərb analitiki yazıb.Bundan əvvəl Koşkoviç Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Ukrayna ilə...
29 Mart 2025, 18:45