Azərbaycanda Ramazan bayramı qeyd edilir
Cəmiyyət 30 Mart 2025, 09:50

486
Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Citypost.az-ın məlumatına görə, bu il Ramazan ayının 1-i Miladi təqvimlə mart ayının 1-nə təsadüf edib. Ramazan bayramı Miladi təqvimlə martın 30-na təsadüf edir.
Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00-a, Təzəpir məscidində isə 09.00-a təyin edilib.
Bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günüdür.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə qaldırılması təklif olunur.Həmçinin, Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə biləcək.Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul...
01 Aprel 2025, 11:57

Azad olunmuş ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.Citypost.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb."Peşə təhsili haqqında" qanuna da uyğunlaşdırma xarakterli dəyişiklik təklif olunub.Qanun qəbul ediləcəyi halda 2025-ci il sentyabrın 15-dən qüvvəyə minəcək.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib....
01 Aprel 2025, 11:53

Həmin məktəbi Ramiz Mehdiyevin qızına vermədilər
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”nin müsadirəsi ilə bağlı verdiyi şikayət üzrə yekun qərar açıqlanıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Kamilə Əliyevanın şikayətini əsassız sayıb.Hakim Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyəti təsdiq edib ki, məktəb “Baku Steel Company”dən mənimsənilən pullar hesabına inşa olunub. Bu səbəbdən nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir.Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.Məmmədovun milyonlarla manat dəyərində əmlakı,...
01 Aprel 2025, 11:51

Bu gündən daxili su hövzələrində balıq ovu qadağan edilir
Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2025-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir.Bu barədə Citypost.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, daxili su hövzələrində sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-dək davam edəcək.Xidmət rəsmisinin sözlərinə görə, idman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün balıqovlama biletinin alınması tələb olunmur, onlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər: “Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına,...
01 Aprel 2025, 11:44

DİN: “E-Polis” tətbiqi ilə dövlət rüsumlarını daha rahat ödəmək mümkündür
“E-Polis” tətbiqi ilə bağlı növbəti yenilik edilib, artıq dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür. Vətəndaşlar şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi kimi Daxili İşlər Nazirliyinə aid ödənişləri bank növbəsi gözləmədən seçim edib həyata keçirə bilərlər.Citypost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib."Bunun üçün mobil tətbiqə daxil olub “Ödənişlər” bölməsindən şəxsiyyət vəsiqəsi identifikasiya metodunu seçərək özünüz və ya başqa bir şəxs üçün ödəniş edə bilərsiniz. Digər şəxs üçün ödəniş edərkən həmin vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd edib müvafiq sənəd rüsumunun ödənişi üçün uyğun xidmət növünü seçməlisiniz. Kart məlumatlarını tam şəkildə daxil etdikdən sonra ödəniş uğurla həyata keçərsə, balansa...
01 Aprel 2025, 11:30

Mətbuat Şurası: "Deutsche Welle"nin aşkar ermənipərəst mövqeyi yolverilməzdir - BƏYANAT
"Azərbaycan Mətbuat Şurası Almaniyanın “Döyçe Velle” (Deutsche Welle) platformasında Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı yayımlanmış sənədli filmi jurnalistika prinsiplərinə zidd hal kimi qiymətləndirir, media qurumunun anti-Azərbaycan dəst-xəttindən təəssüfləndiyini bildirir".Citypost.az xəbər verir ki, bu fikirlər “Döyçe Velle”də yayımlanmış sənədli filmlə bağlı Mətbuat Şurasının yaydığı bəyanatda əksini tapıb.Qeyd olunub ki, sənədli film Fransanın erməni lobbisi tərəfindən hazırlanıb və tərcümə edilərək olduğu kimi “Döyçe Velle”də yayımlanıb. Orada dinc azərbaycanlıların düşdükləri acınacaqlı durumu əks etdirən video-görüntülər yer alıb:"Həmin kadrlardakı şəxslərin Qarabağı tərk etmiş ermənilər olaraq qələmə verilməsindən tutmuş, ekspert qismində yalnız etnik ermənilərin fikir bildirmələrinədək bir çox müxtəlif məqamlar tərəfkeşlik, sivil peşə...
31 Mart 2025, 19:59