Bizə yazın

Baku

-°C

USD

-

Kılıçdaroğlu İmamoğlu ilə həbsxanada görüşdü  

Dünya 26 Mart 2025, 23:00

523

CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu korrupsiya ittihamı ilə həbs olunan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə Silivri həbsxanasında görüşüb.

Citypost.az xəbər verir ki, ziyarətdən sonra həbsxana qarşısında jurnalistlərə açıqlama verən Kılıçdaroğlu İmamoğlunun əhval-ruhiyyəsinin çox yaxşı olduğunu bildirib.

“Onun yüksək əhval-ruhiyyəsinin əsas səbəbi haqlı olduğuna inamıdır. Biz Türkiyənin məsələlərini müzakirə etdik, o, bəzi qeydlər almışdı, zatən dəftəri ilə gəlmişdi. Bizim vəzifəmiz bu ölkəyə ədalətin gəlməsidir. Silivridə çox sayda hörmətli insan var. Gələn həftə də buraya gələcəyəm və yalnız Əkrəm bəyə deyil, başqalarına da baş çəkəcəyəm”, - o vurğulayıb.(axar.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tramp: Qrenlandiya 100% Amerikanın olacaq  

ABŞ prezidenti Donald Tramp bildirib ki, Qrenlandiyanın ilhaqı təşəbbüsünün uğurlu olacağına 100% əmindir.Citypost.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu “NBC” telekanalına müsahibəsində deyib.“Biz Qrenlandiyanı əldıə edəcəyik. Bəli, 100%”, - Tramp qeyd edib.

30 Mart 2025, 10:00

Ərdoğan və Pezeşkian arasında telefon danışığı baş tutub  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.Tərəflər iki ölkə arasında ikitərəfli münasibətləri, aktual regional və qlobal məsələləri müzakirə ediblər.Prezident Ərdoğan qarşıdakı dövrdə tərəflərin Türkiyə-İran əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirəcəklərini bildirib.Söhbətin sonunda Rəcəb Tayyib Ərdoğan Məsud Pezeşkianı Ramazan bayramı münasibətilə təbrik edib....

29 Mart 2025, 23:14

Cenin Bələdiyyəsi: İsrail ordusu düşərgədə 600 evi dağıdıb  

Cenin Bələdiyyəsi işğalçı İsrail ordusunun İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsində təxminən 600 evi dağıtdığını və düşərgənin "yaşamaq üçün yararsız" hala gəldiyini açıqlayıb.Citypost.az xəbər verir ki, bu barədə Cenin Bələdiyyəsindən verilən açıqlamada qeyd edilib."Cenin Qaçqınlar Düşərgəsi 68 gündür davam edən İsrail hücumları, evlərin dağıdılıb yandırılması, bəzilərinin isə hərbi kazarmalara çevrilməsi səbəbindən tamamilə yaşayış üçün yararsız bir əraziyə çevrilib".Açıqlamada İsrail ordusunun düşərgədəki 600-ə yaxın evi və infrastrukturu tamamilə yerlə-yeksan etdiyi, İsrail ordusunun 360 min əhalisi olan Cenin şəhərini də sərt blokadaya aldığı bildirilib.Cenin Düşərgəsi Media Komitəsindən verilən açıqlamada düşərgədəki 3 min 250 evin İsrailin hücumları nəticəsində yaşayış üçün yararsız...

29 Mart 2025, 19:00

Sankt-Peterburq daha bir istilik rekordu qırıb  

Sankt-Peterburqda havanın temperaturu Selsi üzrə 15 dərəcəyə qədər yüksələrək növbəti rekorda imza atıb. Citypost.az "RİA Novosti-yə sitinadən xəbər edir ki, bu barədə sinoptik Aleksandr Kolesova bildirib.Mütəxəssislərin fikrincə, şənbə, martın 29-u bütün müşahidələr tarixində Şimal paytaxtında ən isti gün olub.Bu gün üçün əvvəlki rekord 2007-ci ildə qeydə alınıb - o zaman havanın temperaturu 14,7 dərəcəyə qədər istiləşib.Əvvəllər Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand aprelin 1-dən Rusiyanın demək olar ki, bütün regionlarında istiləşmə vəd etmişdi. İş həftəsinin sonunda istilik anomaliyası təkcə Krasnoyarsk diyarında, Yakutiyanın qərbində və Transbaykaliyada müşahidə olunmayacaq.O, həmçinin paytaxt rayon sakinləri üçün həftəsonu, martın 28-i və 29-u üçün hava proqnozunu...

29 Mart 2025, 18:55

Belarusdan olan xilasedicilər Myanmaya uçacaqlar  

Belarus güclü zəlzələdən zərər çəkən Myanmadan nəticələrin aradan qaldırılmasına kömək üçün rəsmi müraciət alıb. Citypost.az xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin Teleqram kanalında məlumat verilib.Belarus prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin “ZUBR” Respublika xüsusi təyinatlı dəstəsinin 66 xilasedicisi Myanmaya gedəcək. Onlarla birlikdə dörd axtarış iti və dörd ədəd xüsusi texnikası olan maşınlar uçacaq."Bu axşam xilasedicilər Müdafiə Nazirliyinin hava nəqliyyatı ilə Maçulişçi aerodromundan uçmağı planlaşdırır", - məlumatda deyilir.Bundan əvvəl Myanmaya kinoloji qruplar, anestezioloqlar və psixoloqlar da daxil olmaqla 120 rusiyalı xilasedicinin gəldiyi bildirilmişdi.Yeganə...

29 Mart 2025, 18:47

Qərb Ukraynanın Aİ-yə daxil olması təhlükəsi barədə xəbərdarlıq edib 

Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı çıxış edib. Citypost.az xəbər verir ki, o, X sosial şəbəkəsində ölkənin quruma qoşulmasının təhlükəsi barədə xəbərdarlıq edib.Koşkoviç Amsterdamın mərkəzində yoldan keçənlərə bıçaqla hücum edən şəxsin ukraynalı olması ilə bağlı xəbərə münasibət bildirib. Hücum nəticəsində beş nəfər yaralanıb: dörd əcnəbi və bir yerli sakin."Əgər biz avrokratlara Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirməyə icazə versək, alçaldıcı məğlubiyyətdən travma almış, lakin dişlərinə qədər silahlanmış milyonlarla keçmiş hərbçi aramızda olacaq. Hökumətinizdən Ukraynanın Aİ-yə qoşulmasına mane olmasını tələb edin!" - Qərb analitiki yazıb.Bundan əvvəl Koşkoviç Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Ukrayna ilə...

29 Mart 2025, 18:45