Tayvanda seçki qalmaqalı: Kommunist partiyasının lideri həbs olundu
Dünya 09 Noyabr 2026, 00:57
455
Tayvanda keçiriləcək yerli seçkilər öncəsi Çinlə əlaqəli siyasi müdaxilə iddiaları gündəmə gəlib. Ölkə hakimiyyəti seçkilərə qanunsuz təsir göstərməkdə şübhəli bilinən partiya rəhbərini saxlayıb.
Citypost.az 1news.com-a istinadən xəbər verir ki, Tayvan hakimiyyəti Tayvan Xalq Kommunist Partiyasının sədri Lin Te-vanqı Çin Kommunist Partiyasının dəstəyi ilə yerli seçkilərə müdaxilə etməkdə və səsləri satın almağa cəhd göstərməkdə ittiham edir.
Prokurorların məlumatına görə, Lin partiya üzvlərindən birini rayon sədrliyinə namizəd olmağa yönəldib, həmçinin seçiciləri Çinin materik hissəsinə səfərlərə cəlb edərək onlara müxtəlif güzəştlər təklif edib.Məhkəmə Linin həbsdə saxlanılması barədə qərar verib. İş üzrə digər şübhəli isə 50 min Tayvan dolları girov müqabilində sərbəst buraxılıb.
Həmçinin oxuyun
Qeyd edək ki, Tayvanda merlər və yerli ərazi rəhbərləri üzrə seçkilər noyabrın 28-də keçiriləcək. Pekin Tayvanı öz ərazisi hesab edir və adanın siyasi proseslərinə müdaxilə ilə bağlı iddialar mütəmadi olaraq gündəmə gəlir.
Turan
Bir gündə 500-dən çox miqrant La-Manş boğazını keçərək İngiltərəyə gəlib
İngiltərəyə qeyri-qanuni miqrant axını davam edir. Son iki gündə yüzlərlə insan kiçik qayıqlarla La-Manş boğazını keçərək Böyük Britaniyaya çatıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü beş kiçik qayıqla 363 miqrant İngiltərəyə gəlib. Cümə günü isə üç qayıqla daha 161 nəfər ölkəyə daxil olub.Beləliklə, iki gün ərzində La-Manş boğazını keçən miqrantların sayı 524 nəfərə çatıb.Məlumata görə, 2026-cı ilin əvvəlindən indiyədək 23 129 nəfər bu marşrutla Böyük Britaniyaya gəlib. Bununla belə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə xeyli aşağıdır. 2025-ci il ərzində kiçik qayıqlarla ölkəyə gələn miqrantların sayı 41 mini ötüb.Qeyd edək ki,...
09 Noyabr 2026, 01:08
Sidneydə 1,1 milyard dollarlıq yeni muzey açılıb
Sidneydə fəaliyyətə başlayan yeni muzey həm möhtəşəm memarlığı, həm də zəngin mədəni ekspozisiyaları ilə diqqət çəkib. Layihədə Yeni Zelandiya və Sakit okean xalqlarının incəsənət nümunələrinə də geniş yer ayrılıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Avstraliyanın Sidney şəhərində 1,1 milyard dollar dəyərində inşa edilən Powerhouse Parramatta Muzeyi həftəsonu ziyarətçilərin üzünə açılıb. Muzey Yeni Cənubi Uels ştatının Sidney Opera Teatrından sonra həyata keçirilən ən böyük mədəniyyət investisiyası hesab olunur.Altı mərtəbədən ibarət muzeydə kosmosun tədqiqi, aviasiya, texnologiya, moda və mədəniyyət sahələrinə aid sərgilər təqdim olunur. Fərqli ağ torşəkilli fasadına görə yerli sakinlər arasında "Süd qutusu" adlandırılan binanın həyətində Maori mədəniyyətinə aid sənət...
09 Noyabr 2026, 01:05
ABŞ İranın hava hücumundan müdafiə sistemlərini vurdu
ABŞ ordusu İranın hava hücumundan müdafiə sistemlərini məhv etmək məqsədilə raket zərbələri endirib.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridada jurnalistlərə açıqlamasında deyib.“İranın qurduğu hava hücumundan müdafiə sistemləri 5-15 dəqiqə ərzində sıradan çıxarılıb”, - ABŞ lideri əlavə edib.Qeyd edək ki, daha əvvəl İranın Qeşm adasında partlayışların baş verməsi ilə bağlı məlumat yayılmışdı.
07 Noyabr 2026, 09:32
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
Ukrayna iki il ərzində Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına G7 ölkələrindən 49,4 milyard dollar alıb.Citypost.az APA-a istinadən xəbər verir ki, bu, Ukrayna Maliyyə Nazirliyinin hesabatlarında öz əksini tapıb.Məlumata görə, Kiyev 2026-cı ilin əvvəlindən bəri bu mexanizm çərçivəsində təxminən 10,5 milyard dollar maliyyə dəstəyi əldə edib.Qeyd edək ki, 2024-cü ilin oktyabrında G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə ediləcək gəlirlər hesabına Ukraynaya 50 milyard dollar kredit ayrılması barədə razılığa gəliblər....
07 Noyabr 2026, 08:29
Ermənistanın sabiq naziri məhkəməyə yenə xərəkdə gətirildi
Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan yenidən məhkəmə zalına tibbi xərəkdə gətirilib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, vəkilləri Xaçatryana 2015-ci ildə onurğa kanalı stenozu diaqnozu qoyulduğunu bildiriblər. Müdafiə tərəfi sabiq nazirin qeyri-insani rəftara məruz qaldığını iddia edir.Xaçatryan barəsində dörd cinayət işi başlanıb. İşlər üzrə dövlətə dəydiyi iddia olunan ümumi zərər təxminən 1,5 milyard dollar qiymətləndirilir. Sabiq nazir sentyabrın 2-də həbs edilib....
06 Noyabr 2026, 19:00
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
Fransada polis noyabrın 5-dəki genişmiqyaslı etirazlar zamanı 642 nəfəri saxlayıb.Citypost.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.Həmçinin bildirilib ki, iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 112 əməkdaşı yaralanıb.
06 Noyabr 2026, 18:44