Nobel mükafatı laureatı: “Sərt güc Kolumbiyaya sülh gətirməyəcək”
Dünya 12 Noyabr 2026, 04:12
391
Kolumbiyanın keçmiş prezidenti, Nobel Sülh Mükafatı laureatı Xuan Manuel Santos ölkədə təhlükəsizliyin yalnız hərbi güc və sərt tədbirlərlə təmin edilə bilməyəcəyini bildirib.
Citypost.az france24.com-a istinadən xəbər verir ki, Santos bu barədə 2016-cı ildə FARC silahlı qruplaşması ilə imzalanmış sülh sazişinin 10-cu ildönümü ərəfəsində danışıb.O qeyd edib ki, təhlükəsizliyi bərpa etmək üçün ərazilərə nəzarəti təmin etmək lazımdır və buna yalnız bombardmanlarla nail olmaq mümkün deyil. Santos hazırkı prezident Abelardo de la Espriellanı tarixi sülh sazişinin şərtlərinə əməl etməyə çağırıb.
Qeyd edək ki, 2016-cı il sazişi FARC-ın silahı yerə qoymasını təmin etsə də, ölkədə zorakılıq tam dayanmayıb. Ombudsmanın hesabatına görə, son 10 ildə sülh sazişini imzalayan 521 keçmiş döyüşçü öldürülüb. Həmçinin 2017-2025-ci illər arasında məcburi köçkünlük halları 740 faiz artıb.Santos 2016-cı ildə FARC ilə sülh sazişinin əldə olunmasındakı roluna görə Nobel Sülh Mükafatına layiq görülüb.
Həmçinin oxuyun
Turan
Reqbi və futbol oyunlarının keçirildiyi stadion tarixə qovuşur – HİSSƏLƏRİ SATILIR
Yeni Zelandiyanın Kraystçörç şəhərində uzun illər fəaliyyət göstərmiş müvəqqəti stadion sökülür. Stadionun oturacaqları, tualet blokları, oyunçular üçün tunel və digər avadanlıqları satışa çıxarılıb.Citypost.az xəbər verir ki, şəhərin mərkəzində yeni “One New Zealand Stadium” stadionunun istifadəyə verilməsindən sonra Addinqton ərazisində yerləşən “Apollo Projects Stadium”un sökülməsinə başlanılıb.Kraystçörç Şəhər Şurası keçmiş stadionun ayrı-ayrı hissələrini almaq istəyən şəxslərdən və təşkilatlardan müraciətlər qəbul edir. Şuranın istirahət, idman və tədbirlər üzrə rəhbəri Naycel Koks bildirib ki, indiyədək xüsusilə tualet bloklarına, örtüklərə və tribunaların oturacaqlarına böyük maraq göstərilib.O, fərdi oturacaqları almaq istəyən azarkeşlərin hələlik gözləməli olacaqlarını qeyd edib. Bu məsələyə müraciətlərin qəbulu başa çatdıqdan sonra yenidən baxılacaq.Qeyd...
12 Noyabr 2026, 04:20
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev vəfat edib.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, ABŞ-dakı səfir Aleksandr Nikitiç Darçiyev 11 noyabrda 66 yaşında qəflətən vəfat edib.Qeyd edək ki, 2014-cü ildən 2021-ci ilə qədər diplomat Rusiyanın Kanadadakı səfiri vəzifəsində çalışıb.2025-ci ilin yazında Vladimir Putin Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
11 Noyabr 2026, 20:56
Ukrayna və Rusiya azı 1000 hərbi əsirin mübadiləsi barədə razılığa gəlib
Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üçtərəfli danışıqların ilk gününün yekunlarına əsasən, yaxın vaxtlarda "1000-in 1000-ə" və ya daha çox formulu üzrə genişmiqyaslı əsir mübadiləsi keçirmək barədə razılığa gəliblər."Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan mənbə bildirib.Onun sözlərinə görə, görüş zamanı əsas diqqət bütövlükdə Ukrayna və Avropa üçün təhlükəsizlik təminatları məsələlərinə ayrılıb. Rusiyanın özünə təhlükəsizlik təminatlarının verilməsinə dair tələbləri ayrıca müzakirə edilib.Bundan başqa, tərəflər etimad böhranı fonunda Ukraynanın bərpası və yeni Avropa təhlükəsizlik arxitekturasının formalaşdırılması məsələlərinə toxunublar.Ümumilikdə iki gün ərzində danışıqlar təxminən dörd saat davam edib....
11 Noyabr 2026, 17:48
Putin üçün uzunömürlülük axtarışı: 7 min meymun...
Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutunda yaşlı meymunların unikal kolleksiyası yaradılıb. Alimlər onların köməyi ilə insan ömrünün uzadılması yollarını tapmağa ümid edirlər.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, Kovalçuk bu tədqiqatlar barədə Moskvada keçirilən Kurçatov Genom Forumu çərçivəsində danışıb.“İnstitutun laboratoriyalarında 22 növdən olan 7000-dən çox primat saxlanılır. Yaşlanmanın bütün mərhələlərini izləmək üçün yaşlı meymunlar üzərində analizlər aparırıq. Yaşı 18-dən və 30-dan çox olan fərdləri qiymətləndiririk. Hərtərəfli müayinələr keçiririk: biokimyəvi və struktur analizlər aparır, damarları, beyini – hər şeyi tədqiq edirik. Primatlar bizə ən yaxın nümunədir. Bu, ömrün uzadılmasını tənzimləyən sistemin yaradılması üçün əsasdır”, - o...
11 Noyabr 2026, 17:20
Nvidia rəhbərini casusluqda ittiham olunan çinli qadın Honkonq pasportu ilə Tayvana daxil olub
Nvidia şirkətinin rəhbəri Jensen Huangla münasibətdə olduğu bildirilən və Çinə casusluqda şübhəli bilinən çinli qadının Tayvana Honkonq pasportu ilə daxil olduğu məlum olub.Citypost.az france24.com-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Milli İmmiqrasiya Agentliyi məlumat yayıb.Qurumun rəhbəri Lin Hornq-en bildirib ki, Alis Huangın ölkəyə giriş-çıxış qeydləri mövcuddur və məsələ araşdırılır.Tayvanın daxili işlər naziri Liu Şi-fanq isə qadının ölkəyə daxil olduğunu, lakin hazırda xaricdə olduğunu açıqlayıb. Onun sözlərinə görə, Alis Huangın Tayvana giriş icazəsi ləğv edilib və o, bir daha adaya buraxılmayacaq.Qeyd edək ki, ABŞ rəsmiləri Alis Huangın Çinin kəşfiyyat orqanları ilə əlaqəli olduğunu iddia edirlər. Jensen Huang isə onunla münasibətdə...
11 Noyabr 2026, 09:09
Süni intellekt platformalarında reklamların sayı arta bilər
Onlayn reklam şirkəti Criteo-nun rəhbəri Maykl Komasinski hesab edir ki, gələcəkdə bir çox süni intellekt platforması gəlir əldə etmək məqsədilə reklam sisteminə keçəcək.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə Lissabonda keçirilən “Veb Sammit” çərçivəsində AFP-yə açıqlamasında bildirib.Komasinskinin sözlərinə görə, süni intellekt modellərinin hazırlanması və tətbiqi böyük maliyyə vəsaiti tələb etdiyindən şirkətlər gəlir mənbələrini genişləndirməyə çalışırlar.O qeyd edib ki, reklam Google və Meta kimi böyük texnologiya platformalarının əsas gəlir mənbələrindən biridir və süni intellekt sahəsində də bu model geniş yayılacaq.Məlumata görə, OpenAI ChatGPT-də reklamları sınaqdan keçirir, Microsoft-un Copilot platformasında isə reklamlar artıq tətbiq olunur. Perplexity də reklam formatlarını...
11 Noyabr 2026, 09:06