Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb
Hadisə 30 Mart 2025, 16:19

644
Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib.
Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən xəbər verilib.
Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınıb.
Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub
Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
02 Aprel 2025, 17:57

Göyçaya qonaq gedən kişinin meyiti dərədən tapılıb
Göyçayda martın 30-da itkin düşmüş 52 yaşlı kişinin meyiti tapılıb. Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Fuad Firuddin oğlu Kərimovun üzərində xəsarətlər olan meyiti aprelin 2-də Göyçay rayonunda, “Əlvan dərəsi” adlanan ərazidə aşkar olunub.Məlumata görə, mərhum bayram tətili ilə əlaqədar Bakıdan Göyçaya qonaq gedib. Lakin martın 30-dan sonra F.Kərimovdan xəbər almaq mümkün olmayıb.Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
02 Aprel 2025, 16:00

Ağdamda keçmiş təmas xəttində mina partlayıb, xəsarət alan var
İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində aprelin 2-də mina hadisəsi baş verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı məlumatda bildirilib.Məlumata görə, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Nurəddin Feyzi oğlu heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır....
02 Aprel 2025, 11:55

Azad edilmiş ərazilərdə ötən ay 436 mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mart ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.ANAMA-dan Citypost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 331 piyada əleyhinə mina, 105 tank əleyhinə mina, 9755 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 4 556 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
01 Aprel 2025, 15:39

Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutulub
Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutulub.Citypost.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.Şamxal Şirinov idarə etdiyi BMV markalı avtomobillə Bahar Əsgərovanı vuraraq hadisə yerindən qaçıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.
01 Aprel 2025, 10:00

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Citypost.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
01 Aprel 2025, 09:39