Bizə yazın

Baku

-°C

USD

-

Müşfiq Hüseynov Türkiyə millisinin vəziyyətini tənqid etdi: “Ortada komanda yoxdur”

İdman 13 Noyabr 2026, 01:36

359

Tanınmış həkim Müşfiq Hüseynov Türkiyə futbolunda mövcud vəziyyət və milli komandanın perspektivləri ilə bağlı tənqidi fikirlər səsləndirib.

Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Müşfiq Hüseynov Türkiyə futbolunda rəqabətin əvvəlki səviyyədə olmadığını, əksinə, azarkeşlər və klublar arasında ciddi qarşıdurmanın yarandığını bildirib.

Onun sözlərinə görə, təxminən 20 il əvvəl Türkiyə futbolunda əsasən sağlam rəqabət mövcud idi və bu, nəticələrə də müsbət təsir göstərirdi. Hazırda isə futbol mühitində parçalanma, qarşılıqlı nifrət və müxtəlif maraqlar ön plana çıxıb.

Həkim hesab edir ki, Türkiyə millisinin uğurlu nəticə əldə etməsinə mane olan əsas amillər sırasında tapşırıq, rüşvət, menecer oyunları, yerlibazlıq və dini ayrı-seçkilik kimi hallar var.

O, klub azarkeşlərinin rəqabətinin milli komandaya da təsir etdiyini vurğulayıb. Bildirib ki, heyətdə “Qalatasaray” futbolçularının çox olması “Fənərbağça” azarkeşlərinin, əksinə, digər klubun oyunçularının üstünlük təşkil etməsi isə “Qalatasaray” azarkeşlərinin komandaya münasibətinə təsir göstərə bilər.

Müşfiq Hüseynov fikirlərini belə ifadə edib:

“Türkiyə millisindən nə nəticə gözləyirsiniz? Türkiyədə futbol bir-birinə ölümünə nifrət edən bir neçə yerə parçalanıb. Parçalayıblar!

20 il əvvəl ancaq rəqabət vardı və bu, nəticə göstərirdi. İndi rəqabət yoxdur. Türkiyə millisində 10 Arda olsa belə, nəticə dəyişməyəcək. Çünki ortada tapşırıq, rüşvət, menecer oyunları, yerlibazlıq və dini ayrı-seçkilik var, amma komanda yoxdur”.

Həkim paylaşımının sonunda futbol azarkeşlərinə şəxsi seçimindən nümunə gətirərək, illərdir nə Azərbaycan, nə də Türkiyə milli komandalarının oyunlarını izləmədiyini bildirib və bunu digərlərinə də tövsiyə edib.

Turan 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək

Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək."Report" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.Yarış noyabrın 21-də Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq.Müxtəlif yaş kateqoriyalarındakı gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.

12 Noyabr 2026, 18:45

Göyçayın "Çərəkə" komandası AFFA U-11 Liqasından kənarlaşdırılıb 

Göyçayın "Çərəkə" komandası AFFA U-11 Liqasından kənarlaşdırılıb.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Turnirdə keçirilməsi planlaşdırılan "Çinar" (Göyçay) – "Çərəkə" (Göyçay) oyunu "Çərəkə" komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.Bu hal üçüncü dəfə təkrarlandığından "Çərəkə" U-11 Liqasından kənarlaşdırılıb. Komandanın keçirdiyi oyunların nəticələri ləğv edilib.

12 Noyabr 2026, 17:30

Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında, həmçinin Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandaların üzvləri, məşqçilər və federasiyanın rəsmiləri ilə görüşüb.Bu barədə Citypost.az-a federasiyadan məlumat verilib.Görüş zamanı beynəlxalq yarışların nəticələri, Azərbaycan güləşinin dünya arenasında mövqeyi, idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıdakı hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi və müasir idman infrastrukturunun yaradılması beynəlxalq arenada idmançılarımızın uğurlarına geniş imkanlar açıb.Dünya çempionatında beşinci dəfə qızıl medal qazanan Eldəniz Əzizlinin Azərbaycan...

12 Noyabr 2026, 13:16

AFFA İntizam Komitəsi hakimi təhqir edən məşqçi və futbolçunu cəzalandırıb

AFFA İntizam Komitəsi II Liqada hakimi təhqir edən futbolçu və məşqçini cəzalandırıb.Citypost.az xəbər verir ki, "Şəmkir"in oyunçusu Fuad Əhmədov "Ağstafa Gəncləri" ilə matçın 90-cı dəqiqəsində referini təhqir edib.Qırmızı vərəqə alan F.Əhmədov dörd oyunluq cəza alıb, kluba 1000 manat cərimə kəsilib."Difai"nin məşqçisi Əli Hüseynov isə "Zəngəzur"la matçın 84-cü dəqiqəsində hakimin ünvanına təhqiramiz ifadələr işlədib. Mütəxəssis buna görə dörd oyunluq cəza ilə üzləşib, kluba 1000 manat cərimə kəsilib....

12 Noyabr 2026, 12:58

Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar

Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi turnirdə 8 medal qazanıblar.Bu barədə Citypost.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.Memorialda U-17 millisinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında 8 Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) qızıl, Hüseyn Rzazadə (55 kq), Elvin Necəfzadə (92 kq) gümüş, Tunar Hüseynov (48 kq) və Nicat Mustafayev (110 kq) isə bürünc medal qazanıblar....

11 Noyabr 2026, 14:07

Azərbaycan millisinin dünya reytinqində YERİ AÇIQLANDI

Milli komandaların alternativ dünya reytinqi açıqlanıb.Citypost.az xəbər verir ki, "Football Paradise" platformasının hazırladığı "FP World Ranking" siyahısı son beynəlxalq matçların nəticələri əsasında gündəlik yenilənir.Azərbaycan millisi 219 komandanın yer aldığı cədvəldə 1 286 xalla 183-cü pillədə qərarlaşıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin aktivinə son nəticələrə əsasən, 9.1 reytinq xalı əlavə olunub. Yığmamız Avropa komandaları arasında 42-ci yerdədir.Siyahının ilk pilləsində 2 210 xalla İspaniya qərarlaşıb. Argentina 2 129 xalla ikinci, İngiltərə isə 2 085 xalla üçüncüdür.Qeyd edək ki, bu, FIFA-nın rəsmi dünya reytinqi deyil. FIFA-nın son açıqladığı sıralamada Azərbaycan millisi 126-cı yerdədir.(oxu.az)...

10 Noyabr 2026, 17:38