Mətbuat Şurasında azərbaycançılıq ideyası və yeni dövrün çağırışları müzakirə edilib
Cəmiyyət 12 Noyabr 2026, 18:30
366
Mətbuat Şurasında "Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları" mövzusunda dəyirmi masa keçirilib.
Citypost.az xəbər verir ki, tədbirdə çıxış edən akademik Nizami Cəfərov azərbaycançılıq ideyasını ilk növbədə xalqın etnoqrafik özülü kimi dəyərləndirib.
Onun sözlərinə görə, azərbaycançılıq xalqın milli kimliyini gücləndirən ideologiyadır:
"Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasını üç mühüm komponent təşkil edir: etnos, din və ümumbəşəri dəyərlər. Birinci komponent türkçülük, yəni Azərbaycan xalqının etnik mənsubiyyətidir. İkinci komponent dindir. Etnos və din arasındakı münasibətlər mədəni dialoq üzərində qurulmalı, bu iki anlayış bir-birini tamamlamalıdır. Üçüncü komponent isə ümumbəşərilikdir. İnsan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, eyni zamanda, bəşəriyyətin bir parçasıdır. Azərbaycan xalqının milli kimliyinin formalaşmasında bu üç amil daim mühüm rol oynayıb. Azərbaycançılıq müzəffər ideologiyadır. Bu ideologiya həmişə öyrənilməlidir".
N.Cəfərov əlavə edib ki, azərbaycançılıq milli özünüdərkin güclənməsinə və dövlətçilik düşüncəsinin inkişafına xidmət edən ideologiyadır: "Bu baxımdan, onun hər bir şüurlu vətəndaş tərəfindən öyrənilməsi və mənimsənilməsi vacibdir".
Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında qeyd edib ki, ideologiya yalnız söz deyil, həm də fəaliyyətdir:
"Millətimizin imzası millətlər içərisində var. Yəni biz artıq öz sərhədlərimizdən, milli sərhədlərimizdən kənarda mədəniyyətimiz, dilimiz, idmanımız, təhsilimiz və tanınmağımızla təmsil olunuruq. Bu tanınma yalnız müxtəlif kürsülərdə tariximizin danışılması, dilimizin təbliği demək deyil. Söhbət konkret fəaliyyətlərlə dünyanın müxtəlif sahələrində özümüzü tanıtmaqdan gedir. Azərbaycançılığın əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, bu, bir dəfə işlənmiş və hamının dəyişməz postulat kimi qəbul etdiyi sistem deyil. Hər bir qayda yenilənə, hər bir postulat və nəzəriyyə inkişaf etdirilə bilər".
Həmçinin oxuyun
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə öz çıxışında vurğulayıb ki, Azərbaycan cəmiyyəti daha müasir və intellektualdır:
"Biz indi ortaq dildən, ortaq mədəniyyətdən, ortaq dəyərlərdən, islahatlardan danışırıq, amma mən düşünürəm ki, türk xalqları və mədəniyyətləri ilə inteqrasiya prosesində Azərbaycanın məxsusi dəyərlərinin, ənənələrinin qorunmasını çox ciddi şəkildə düşünməliyik. Biz ilk növbədə bir-birimizə hörmət prinsipi əsasında yaşamağı öyrətməliyik. Azərbaycançılıq ideologiyasının daha geniş təbliği istiqamətində ciddi işlər görülməlidir".
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət çıxışında azərbaycançılıq ideologiyasının daha böyük auditoriyalarda təbliğinin zəruriliyini vurğulayıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə öz çıxışında diqqəti sosial mediada dezinformasiyanın sürətlə yayılmasına yönəldib:
"Əvvəllər bu məsələlər akademik çərçivədə, müəyyən platformalarda, mütəxəssis işləri çərçivəsində tamamlanırdı. İctimai rəydə yanlış fikirlər yox idi. Bu gün isə sosial şəbəkələrdə dezinformasiyalar, yanlış fikirlər daha çox yayılır.
Tədbir müzakirələrlə davam edib.
Bu il qəzalarda ölənlərin 32 faizi təhlükəsizlik kəməri bağlamayanlar olub
2026-cı ilin 10 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 30,9 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.Citypost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.BDYPİ-nin məlumatında qeyd olunub ki, təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitə olaraq qalır. Dəfələrlə təsdiq olunub ki, kəmərdən istifadə edənlər yol qəzası zamanı daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır:"Ötən gün Şəmkirdə iki gəncin həlak olması, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təhlili bir daha göstərir ki, bir...
12 Noyabr 2026, 18:20
Yasamalın icra başçısı sakinlərlə görüşdü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda noyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.Citypost.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü 18 nömrəli tam orta məktəbin akt zalında təşkil olundu. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, rayon bələdiyyəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, həmçinin aidiyyəti dövlət qurumlarının və xidmət təşkilatlarının təmsilçiləri iştirak ediblər.Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin...
12 Noyabr 2026, 18:08
Azərbaycanda buzlaqların sahəsi 9 faiz azalıb
2017–2025-ci illərdə Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz azalıb.Citypost.az xəbər verir ki, bunu Teymur Musayev “Buzlaqlarla əlaqədar uyğunlaşma, azaltma, itki və zərər, onların monitorinqinin maliyyələşdirilməsi” mövzusunda yüksək səviyyəli tədbirdə çıxışı zamanı bildirib.O, “Azərkosmos”un peyk müşahidələrinin nəticələrinə istinad edərək buzlaqların əriməsinin sürətləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, Qusarçay hövzəsində son 19 ildə aparılan ardıcıl tədqiqatlar qar örtüyünün su ehtiyatlarındakı payının azaldığını göstərir.T.Musayevin sözlərinə görə, buzlaqların sürətlə əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir. Çoxillik donuşluğun əriməsi, torpaq sürüşmələri və dağıdıcı daşqınlar da daha tez-tez müşahidə olunur.O bildirib ki, Azərbaycan COP29 sədrliyi dövründə dağlıq regionların problemlərini prioritetlərdən birinə çevirib. Bakıda...
12 Noyabr 2026, 17:45
Xankəndinin yeni informasiya saytı açıldı
Noyabrın 12-də Xankəndi şəhərində Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmi internet saytının təqdimatı keçiriilib.Bu barədə Citypost.az adı çəkilən qurumdan məlumat verilib.Xankəndinin yeni informasiya ünvanı //xankendi-phs.gov.az saytıdır.Qeyd edək ki, Xankəndi şəhərində Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatlar indiyədək ictimaiyyətə Azad Xankəndi “Facebook” səhifəsi, “Instagram”, “X” və “YouTube” platformaları vasitəsilə çatdırılıb. Yeni internet resursunun istifadəyə verilməsi ilə bu fəaliyyət daha geniş informasiya platformasında davam etdiriləcək....
12 Noyabr 2026, 17:38
Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarılıb
Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərində vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində reintroduksiya tədbirləri həyata keçirilib.Citypost.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev "Report"a bildirib ki, Şirvan Milli Parkından götürülmüş 10 baş ceyran Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisinə buraxılması üçün Naxçıvana göndərilərək aidiyyəti üzrə təhvil verilib.Xidmət rəisinin sözlərinə görə, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkından götürülmüş 4 baş bezoar keçisi isə İlisu Milli Parkına gətirilərək təbiətə buraxılıb.Qeyd edək ki, tədbirlər "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində həyata keçirilib....
12 Noyabr 2026, 17:25
Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
Bakının Pirşağı qəsəbəsi və bağlarını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə bağlayan 173A və 173B nömrəli müntəzəm marşrut xətlərində avtobuslar yenilənir.Citypost.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Noyabrın 13-dən etibarən həmin marşrut xətləri üzrə ekoloji cəhətdən təmiz, CNG texnologiyası əsasında işləyən avtobuslar sərnişinlərə xidmət göstərməyə başlayacaq.Hər bir marşrut xətti üzrə 6 ədəd avtobus fəaliyyət göstərəcək.Avtobusların daxilində ödəniş yalnız nağdsız formada həyata keçirilir. Gedişhaqqı 0,65 manat olaraq təyin edilib....
12 Noyabr 2026, 17:13