Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur – RƏSMİ AÇIQLAMA
Cəmiyyət 12 Noyabr 2026, 17:00
355
Azərbaycanda mövcud olan təxminən 2500 məsciddən 1000-də din xadimi fəaliyyət göstərmir. Ölkədə təyin edilmiş din xadimlərinin sayı isə 1300 nəfər civarındadır.
Citypost.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov parlamentin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, təyin edilmiş din xadimlərinin təxminən üçdə birinin nə ali, nə də orta ixtisas dini təhsili var. Bununla yanaşı, xaricdə dini təhsil alaraq Azərbaycana qayıdanların sayı 3500 nəfər civarındadır.
G.İsmayılov qeyd edib ki, hazırda əsas prioritetlərdən biri bu sahədə ixtisaslı milli kadrların hazırlanmasıdır. Onun sözlərinə görə, Azərbaycanda ali dini təhsil verən yeganə müəssisə Azərbaycan İlahiyyat İnstitutu, orta ixtisas dini təhsil verən müəssisə isə onun tabeliyindəki Bakı İlahiyyat Kollecidir.
Həmçinin oxuyun
Komitə sədrinin müavini bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunlarından təxminən 50-si ölkədə din xadimi kimi fəaliyyət göstərir. Son bir ay ərzində institutun iki məzunu Türkiyənin Halkalı bölgəsində yerləşən Zeynebiyə məscidinə imam təyin olunub. Bundan başqa, üç məzun Gürcüstanda dini sahədə fəaliyyətə başlayıb.
G.İsmayılov dini təhsil sahəsində Prezident İlham Əliyevin müəyyən etdiyi dörd əsas prinsipə də diqqət çəkib. Bunlar dini təhsilin ödənişsiz olması, qiyabi formada keçirilməməsi, məzhəblərüstü xarakter daşıması, həmçinin qız və oğlan tələbələrin eyni auditoriyalarda təhsil almasıdır.
O, həmçinin dini radikalizm, məzhəbçilik və dini ekstremizmlə mübarizənin, eləcə də milli-mənəvi, tolerantlıq və multikulturalizm dəyərlərinin təbliğinin əsas prioritetlərdən olduğunu vurğulayıb.
Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyəti dayandırılıb.Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb.Bildirilib ki, uzun müddət istismarda olan binanın texniki vəziyyətinin qiymətləndirilməsi zamanı onun bəzi hissələrinin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Tibbi personalın və pasiyentlərin təhlükəsizliyi əsas götürülərək müvafiq korpusun fəaliyyətinin dayandırılması qərara alınıb.Pasiyentlərə göstərilən xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tibbi yardımın Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində təşkili nəzərdə tutulur.Bu çərçivədə pasiyentlərin tibbi göstərişlərinə və müalicə ehtiyaclarına uyğun olaraq müvafiq profilli tibb müəssisələrinə yönləndirilməsi təmin ediləcək....
12 Noyabr 2026, 17:08
Bakı və beş rayonda güclü külək əsəcək – Xəbərdarlıq
Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi rayonlarda gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib.Citypost.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, xəbərdarlıq Salyan, Neftçala, Hacıqabul, Qobustan və Xızı rayonlarını da əhatə edir.Həmin ərazilərdə cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13,9–20,7 metr/saniyə təşkil edəcək.
12 Noyabr 2026, 17:05
Bakıda bu universitetlə bağlı QƏRAR VERİLDİ
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun əsaslı təmiri üçün 26 milyon manatdan artıq vəsait nəzərdə tutulub. Citypost.az Ajans.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlət satınalmalarının vahid internet portalında tender elanı yerləşdirilib.Məlumata görə, satınalan təşkilat Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsidir. Tenderin ehtimal olunan qiyməti 26 milyon 36 min 513 manat 51 qəpik təşkil edir.Satınalma çərçivəsində binanın əsaslı təmiri, dəmir-beton konstruksiyaların gücləndirilməsi, divar və bünövrələrin hidroizolyasiyası, drenaj sistemlərinin qurulması, eləcə də digər tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulub.Tender sənədlərində, həmçinin 676 kubmetr torpaq işləri, 845 kvadratmetr hidroizolyasiya, 325 metr drenaj borusunun quraşdırılması və digər işlər qeyd...
12 Noyabr 2026, 16:33
Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
2027-ci ildə Bakıda keçiriləcək "SportAccord Convention 2027" idman sammiti üçün qeydiyyat prosesi başlayıb.Bu barədə Citypost.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.Tədbir 9-13 may aralığında baş tutacaq.Sammitdə 120-dən çox beynəlxalq idman federasiyası, Beynəlxalq Olimpiya Komitəsi (BOK), qlobal idman yarışlarına ev sahibliyi edən şəhərlərin rəhbər strukturlarının və idman sənayesinin aparıcı şirkətlərinin təmsil olunacağı gözlənilir. Ümumilikdə 65-dən artıq ölkədən 600-dən çox təşkilatı təmsil edən 1700-dən yuxarı rəsmi nümayəndənin iştirakı nəzərdə tutulur."SportAccord" beynəlxalq idman təşkilatlarının rəhbərlərini, sənaye ekspertlərini və iş dünyasının liderlərini bir araya gətirən müstəsna platformadır. Beş gün davam edəcək sammit çərçivəsində beynəlxalq federasiyaların rəsmi iclasları, konfranslar, panel müzakirələri, ixtisaslaşmış sərgilər və...
12 Noyabr 2026, 16:19
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir
İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir."Report"un Dublinə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
12 Noyabr 2026, 16:10
Bu instituta icraçı direktor təyin olundu - Foto
Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub.Citypost.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.Digər Əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.Ötən gün Nigar Kərimova İnstitutun kollektivinə təqdim edilib.Nigar Kərimova 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya üzrə bakalavr, 2015–2016-cı illərdə isə Birləşmiş Krallığın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb....
12 Noyabr 2026, 15:38