Yasamalın icra başçısı sakinlərlə görüşdü
Cəmiyyət 12 Noyabr 2026, 18:08
487
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda noyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.
Citypost.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü 18 nömrəli tam orta məktəbin akt zalında təşkil olundu. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, rayon bələdiyyəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, həmçinin aidiyyəti dövlət qurumlarının və xidmət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli dövlət başçısının müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindəndir. O qeyd edib ki, hər bir müraciətə həssaslıqla yanaşılması, problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi və vətəndaş məmnunluğunun təmin olunması dövlət idarəçiliyində əsas prioritetlərdəndir.
Daha sonra sakinlər onları narahat edən məsələləri, təklif və təşəbbüslərini açıq şəkildə səsləndirməyə dəvət olundular.Qəbul zamanı mənzil növbəsi, Sovetski ərazisində söküntü zamanı kommunal xidmətlərin fəaliyyəti və ərazinin təmizlənməsi, rayonda həyətlərin abadlaşdırılması layihələri, dövlət ehtiyacları üçün torpaqların alqı-satqısı zamanı sakinlərə ayrılan maddi kompensasiya məbləği və sosial sahəyə aid müxtəlif problemlərlə bağlı müraciətlər səsləndirilib.
Həmçinin oxuyun
İki saatlıq qəbul zamanı səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icrası üçün yönləndirilib. Problemlərin qısa müddətdə həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Sonda Elşad Həsənov bir daha vurğulayıb ki, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılması, onların hüquq və mənafelərinin qorunması Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyətində daim diqqət mərkəzində saxlanılır. Bildirilib ki, nəzarətə götürülmüş bütün müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək və icra prosesi mütəmadi olaraq izləniləcək.
Bu il qəzalarda ölənlərin 32 faizi təhlükəsizlik kəməri bağlamayanlar olub
2026-cı ilin 10 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 30,9 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.Citypost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.BDYPİ-nin məlumatında qeyd olunub ki, təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitə olaraq qalır. Dəfələrlə təsdiq olunub ki, kəmərdən istifadə edənlər yol qəzası zamanı daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır:"Ötən gün Şəmkirdə iki gəncin həlak olması, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təhlili bir daha göstərir ki, bir...
12 Noyabr 2026, 18:20
Azərbaycanda buzlaqların sahəsi 9 faiz azalıb
2017–2025-ci illərdə Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz azalıb.Citypost.az xəbər verir ki, bunu Teymur Musayev “Buzlaqlarla əlaqədar uyğunlaşma, azaltma, itki və zərər, onların monitorinqinin maliyyələşdirilməsi” mövzusunda yüksək səviyyəli tədbirdə çıxışı zamanı bildirib.O, “Azərkosmos”un peyk müşahidələrinin nəticələrinə istinad edərək buzlaqların əriməsinin sürətləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, Qusarçay hövzəsində son 19 ildə aparılan ardıcıl tədqiqatlar qar örtüyünün su ehtiyatlarındakı payının azaldığını göstərir.T.Musayevin sözlərinə görə, buzlaqların sürətlə əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir. Çoxillik donuşluğun əriməsi, torpaq sürüşmələri və dağıdıcı daşqınlar da daha tez-tez müşahidə olunur.O bildirib ki, Azərbaycan COP29 sədrliyi dövründə dağlıq regionların problemlərini prioritetlərdən birinə çevirib. Bakıda...
12 Noyabr 2026, 17:45
Xankəndinin yeni informasiya saytı açıldı
Noyabrın 12-də Xankəndi şəhərində Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmi internet saytının təqdimatı keçiriilib.Bu barədə Citypost.az adı çəkilən qurumdan məlumat verilib.Xankəndinin yeni informasiya ünvanı //xankendi-phs.gov.az saytıdır.Qeyd edək ki, Xankəndi şəhərində Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatlar indiyədək ictimaiyyətə Azad Xankəndi “Facebook” səhifəsi, “Instagram”, “X” və “YouTube” platformaları vasitəsilə çatdırılıb. Yeni internet resursunun istifadəyə verilməsi ilə bu fəaliyyət daha geniş informasiya platformasında davam etdiriləcək....
12 Noyabr 2026, 17:38
Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarılıb
Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərində vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində reintroduksiya tədbirləri həyata keçirilib.Citypost.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev "Report"a bildirib ki, Şirvan Milli Parkından götürülmüş 10 baş ceyran Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisinə buraxılması üçün Naxçıvana göndərilərək aidiyyəti üzrə təhvil verilib.Xidmət rəisinin sözlərinə görə, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkından götürülmüş 4 baş bezoar keçisi isə İlisu Milli Parkına gətirilərək təbiətə buraxılıb.Qeyd edək ki, tədbirlər "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində həyata keçirilib....
12 Noyabr 2026, 17:25
Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
Bakının Pirşağı qəsəbəsi və bağlarını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə bağlayan 173A və 173B nömrəli müntəzəm marşrut xətlərində avtobuslar yenilənir.Citypost.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Noyabrın 13-dən etibarən həmin marşrut xətləri üzrə ekoloji cəhətdən təmiz, CNG texnologiyası əsasında işləyən avtobuslar sərnişinlərə xidmət göstərməyə başlayacaq.Hər bir marşrut xətti üzrə 6 ədəd avtobus fəaliyyət göstərəcək.Avtobusların daxilində ödəniş yalnız nağdsız formada həyata keçirilir. Gedişhaqqı 0,65 manat olaraq təyin edilib....
12 Noyabr 2026, 17:13
Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyəti dayandırılıb.Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb.Bildirilib ki, uzun müddət istismarda olan binanın texniki vəziyyətinin qiymətləndirilməsi zamanı onun bəzi hissələrinin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Tibbi personalın və pasiyentlərin təhlükəsizliyi əsas götürülərək müvafiq korpusun fəaliyyətinin dayandırılması qərara alınıb.Pasiyentlərə göstərilən xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tibbi yardımın Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində təşkili nəzərdə tutulur.Bu çərçivədə pasiyentlərin tibbi göstərişlərinə və müalicə ehtiyaclarına uyğun olaraq müvafiq profilli tibb müəssisələrinə yönləndirilməsi təmin ediləcək....
12 Noyabr 2026, 17:08