Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan millisinin dünya reytinqində YERİ AÇIQLANDI

İdman 10 Noyabr 2026, 17:38

483

Milli komandaların alternativ dünya reytinqi açıqlanıb.

Citypost.az xəbər verir ki, "Football Paradise" platformasının hazırladığı "FP World Ranking" siyahısı son beynəlxalq matçların nəticələri əsasında gündəlik yenilənir.

Azərbaycan millisi 219 komandanın yer aldığı cədvəldə 1 286 xalla 183-cü pillədə qərarlaşıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin aktivinə son nəticələrə əsasən, 9.1 reytinq xalı əlavə olunub. Yığmamız Avropa komandaları arasında 42-ci yerdədir.

Siyahının ilk pilləsində 2 210 xalla İspaniya qərarlaşıb. Argentina 2 129 xalla ikinci, İngiltərə isə 2 085 xalla üçüncüdür.

Qeyd edək ki, bu, FIFA-nın rəsmi dünya reytinqi deyil. FIFA-nın son açıqladığı sıralamada Azərbaycan millisi 126-cı yerdədir.(oxu.az)

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qurban Qnrbanov yaxşı tanıdığı şəxsi özünə köməkçi götürdü

“Qarabağ”ın və millinin sabiq yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycana qısamüddətli qayıtmayıb.Citypost.az sportinfo.az-a istinadən xəbər verir ki, uzun illər formasını geyindiyi kluba xüsusi missiya ilə dönüb.37 yaşlı yarımmüdafiəçi bura dönməklə aktiv futbolçu karyerasını sonlandırıb. Cənubi amerikalı “Qarabağ“da iki mühüm iş görəcək.Bir yandan Braziliyada istedadlı və perspektivli futbolçuları üzə çıxarmaq, onların Ağdam klubunun akademiyasına cəlb olunması üçün seleksiya çalışmasına üstlənib.Digər tərəfdən isə əsas komandada Qurban Qurbanova kömək edəcək. Hələlik qeyri-rəsmi formada məşqçilər korpusunda yer alacaq.Görəvi legionerlərlə bağlı olacaq. Əcnəbi oyunçular üzərində bir növ “nəzarətçi“ funksiyasını yerinə yetirəcək, onların yeni mühitə adaptasiya prosesini sürətləndirəcək.Həmçinin xaricilərlə daim təmas quracaq, baş məşqçi ilə aralarında əlaqələndici olacaq,...

10 Noyabr 2026, 17:08

26 milyon avroluq maaşdan imtina etdi

Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının baş məşqçisi Simone İnzaqi komandanı tərk etmək qərarına gəlib.Citypost.az QOL.az-a istinadən xəbər verir ki, bu haqda insayder Nikolo Skira məlumat yayıb. İtaliyalı mütəxəssis gələn ilin iyulunadək qüvvədə olan müqaviləsini yeniləməyəcək.Bildirilir ki, “İnter”in sabiq baş məşqçisi Səudiyyə Ərəbistanında il ərzində 26 milyon avro məvacib alır. O, 2025-ci ilin yayından “Əl-Hilal”a rəhbərlik edir.Komanda hazırda Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlinə liderlik edir. Paytaxt təmsilçisinin 11 turdan sonra 30 xalı var.Qeyd edək ki, oktyabr ayında yayılan məlumatlara əsasən, “Arsenal”ın baş məşqçisi Mikel Arteta London klubu ilə müqaviləsini uzatdıqdan sonra dünyanın ən çox maaş alan futbol məşqçiləri siyahısında birinci pilləyə yüksəlib....

10 Noyabr 2026, 13:28

Xankəndi stadionunda ilk rəsmi oyunun tarixi açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb.Bu barədə Citypost.az-a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.PFL-in qərarına əsasən, noyabrın 19-da 1-ci Liqanın 8-ci turunda baş tutacaq "Xankəndi" – "Karvan-Yevlax" matçı bu stadionda baş tutacaq.Qarşılaşma saat 16:00-da start götürəcək."Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub....

10 Noyabr 2026, 10:42

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb.Citypost.az  Oxu.az-a istinadla xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib.Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatın kubokuna sahib olub. Bununla da Elmir Rzalı üçqat Avrasiya çempionu titulunu qazanıb.Xatırladaq ki, bundan əvvəl o, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatında Azərbaycanı təmsil edərək ikinci yeri tutub.Əslən Yardımlı rayonunun Bilnə kəndindən olan Elmir Rzalı bu idman növü üzrə üçqat Azərbaycan çempionudur.Qeyd edək ki, Elmir Rzalı Vətən müharibəsi şəhidi Əli Nuru oğlu Rzalının qardaşıdır....

10 Noyabr 2026, 08:00

"Mançester Yunayted" 73 il sonra antirekordu təkrarlayıb

"Mançester Yunayted" İngiltərə çempionatında ötən mövsümü ilk "üçlük"də başa vuran klublar arasında antirekordu təkrarlayıb."Report" "Opta Sport" statistika portalına istinadən xəbər verir ki, bu Premyer Liqanın X turunda "Aston Villa" ilə heç-heçə başa çatan matçdan (4:4) sonra reallaşıb.2025/2026 mövsümünü ilk "üçlük"də bitirən Mançester təmsilçisi cari çempionatda 10 tur ərzində cəmi bir qələbə qazanıb. Analoji hadisə sonuncu dəfə 1953/1954 mövsümündə "Arsenal"da yaşanıb.Qeyd edək ki, "Mançester Yunayted" 2026/2027 mövsümündə keçirdiyi 10 matçda 8 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb....

09 Noyabr 2026, 18:42

Elgün Kərimli Olimpiya çempionu oldu

Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi üzrə yarışlarında daha bir qızıl medal qazanıb.Bu barədə Citypost.az Milli Olimpiya Komitəsindən bildirilib.Komandanın üzvü Elgün Kərimli (90 kq) final görüşündə Gürcüstan təmsilçisi Nuradin Mustafayevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.B qrupunda mübarizə aparan idmançı qrup mərhələsində keçirdiyi hər üç görüşü qələbə ilə başa vurub. E.Kərimli əvvəlcə Moldova təmsilçisi Artyom Kakeanı və Mərakeş idmançısı Nour Qannamı, sonuncu görüşündə isə Braziliya təmsilçisi Allan Smit de Souza Beserranı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Seneqal təmsilçisi Ablaye Diufu mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib.Beləliklə, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi üzrə yarışları 3...

09 Noyabr 2026, 08:00