Azərbaycanda buzlaqların sahəsi 9 faiz azalıb
Cəmiyyət 12 Noyabr 2026, 17:45
387
2017–2025-ci illərdə Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz azalıb.
Citypost.az xəbər verir ki, bunu Teymur Musayev “Buzlaqlarla əlaqədar uyğunlaşma, azaltma, itki və zərər, onların monitorinqinin maliyyələşdirilməsi” mövzusunda yüksək səviyyəli tədbirdə çıxışı zamanı bildirib.
O, “Azərkosmos”un peyk müşahidələrinin nəticələrinə istinad edərək buzlaqların əriməsinin sürətləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, Qusarçay hövzəsində son 19 ildə aparılan ardıcıl tədqiqatlar qar örtüyünün su ehtiyatlarındakı payının azaldığını göstərir.
T.Musayevin sözlərinə görə, buzlaqların sürətlə əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir. Çoxillik donuşluğun əriməsi, torpaq sürüşmələri və dağıdıcı daşqınlar da daha tez-tez müşahidə olunur.
Həmçinin oxuyun
O bildirib ki, Azərbaycan COP29 sədrliyi dövründə dağlıq regionların problemlərini prioritetlərdən birinə çevirib. Bakıda keçirilən Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində Qırğızıstan və Monqolustanla birlikdə dağ ekosistemlərinin qorunmasının qlobal gündəliyə çıxarılması istiqamətində addımlar atılıb.
Çıxışda 70-dən çox ölkənin və təqribən 100 maraqlı tərəfin dəstəklədiyi “İqlim Fəaliyyəti üçün Su üzrə COP29 Bəyannaməsi”nin, həmçinin “Su üzrə Bakı Dialoqu”nun əhəmiyyəti vurğulanıb.
T.Musayev elmi müşahidələrin uzunmüddətli iqlim maliyyələşməsi ilə dəstəklənməsinin vacibliyini qeyd edib. O, erkən xəbərdarlıq sistemlərinin və peyk texnologiyalarının tətbiqinə çağırıb.
Xankəndinin yeni informasiya saytı açıldı
Noyabrın 12-də Xankəndi şəhərində Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmi internet saytının təqdimatı keçiriilib.Bu barədə Citypost.az adı çəkilən qurumdan məlumat verilib.Xankəndinin yeni informasiya ünvanı //xankendi-phs.gov.az saytıdır.Qeyd edək ki, Xankəndi şəhərində Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatlar indiyədək ictimaiyyətə Azad Xankəndi “Facebook” səhifəsi, “Instagram”, “X” və “YouTube” platformaları vasitəsilə çatdırılıb. Yeni internet resursunun istifadəyə verilməsi ilə bu fəaliyyət daha geniş informasiya platformasında davam etdiriləcək....
12 Noyabr 2026, 17:38
Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarılıb
Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərində vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində reintroduksiya tədbirləri həyata keçirilib.Citypost.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev "Report"a bildirib ki, Şirvan Milli Parkından götürülmüş 10 baş ceyran Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisinə buraxılması üçün Naxçıvana göndərilərək aidiyyəti üzrə təhvil verilib.Xidmət rəisinin sözlərinə görə, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkından götürülmüş 4 baş bezoar keçisi isə İlisu Milli Parkına gətirilərək təbiətə buraxılıb.Qeyd edək ki, tədbirlər "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində həyata keçirilib....
12 Noyabr 2026, 17:25
Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
Bakının Pirşağı qəsəbəsi və bağlarını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə bağlayan 173A və 173B nömrəli müntəzəm marşrut xətlərində avtobuslar yenilənir.Citypost.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Noyabrın 13-dən etibarən həmin marşrut xətləri üzrə ekoloji cəhətdən təmiz, CNG texnologiyası əsasında işləyən avtobuslar sərnişinlərə xidmət göstərməyə başlayacaq.Hər bir marşrut xətti üzrə 6 ədəd avtobus fəaliyyət göstərəcək.Avtobusların daxilində ödəniş yalnız nağdsız formada həyata keçirilir. Gedişhaqqı 0,65 manat olaraq təyin edilib....
12 Noyabr 2026, 17:13
Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyəti dayandırılıb.Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb.Bildirilib ki, uzun müddət istismarda olan binanın texniki vəziyyətinin qiymətləndirilməsi zamanı onun bəzi hissələrinin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Tibbi personalın və pasiyentlərin təhlükəsizliyi əsas götürülərək müvafiq korpusun fəaliyyətinin dayandırılması qərara alınıb.Pasiyentlərə göstərilən xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tibbi yardımın Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində təşkili nəzərdə tutulur.Bu çərçivədə pasiyentlərin tibbi göstərişlərinə və müalicə ehtiyaclarına uyğun olaraq müvafiq profilli tibb müəssisələrinə yönləndirilməsi təmin ediləcək....
12 Noyabr 2026, 17:08
Bakı və beş rayonda güclü külək əsəcək – Xəbərdarlıq
Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi rayonlarda gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib.Citypost.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, xəbərdarlıq Salyan, Neftçala, Hacıqabul, Qobustan və Xızı rayonlarını da əhatə edir.Həmin ərazilərdə cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13,9–20,7 metr/saniyə təşkil edəcək.
12 Noyabr 2026, 17:05
Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur – RƏSMİ AÇIQLAMA
Azərbaycanda mövcud olan təxminən 2500 məsciddən 1000-də din xadimi fəaliyyət göstərmir. Ölkədə təyin edilmiş din xadimlərinin sayı isə 1300 nəfər civarındadır.Citypost.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov parlamentin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.O bildirib ki, təyin edilmiş din xadimlərinin təxminən üçdə birinin nə ali, nə də orta ixtisas dini təhsili var. Bununla yanaşı, xaricdə dini təhsil alaraq Azərbaycana qayıdanların sayı 3500 nəfər civarındadır.G.İsmayılov qeyd edib ki, hazırda əsas prioritetlərdən biri bu sahədə ixtisaslı milli kadrların hazırlanmasıdır. Onun sözlərinə görə, Azərbaycanda ali...
12 Noyabr 2026, 17:00