Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub
İdman 16 Noyabr 2026, 18:20
396
2027-ci il mayın 9-13-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıqla əlaqədar yol infrastrukturunun vəziyyəti Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin rəhbər vəzifəli şəxsləri ilə ətraflı müzakirə edilib.
Bu barədə Citypost.az-a AzVİF-in mətbuat xidmətindən bildirilib.
AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov Azərbaycanın müasir və inkişaf etmiş yol infrastrukturuna malik olduğunu vurğulayaraq bildirib ki, Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) yarışların təşkili zamanı yolların keyfiyyətinə və təhlükəsizlik tələblərinə xüsusi önəm verir. O qeyd edib ki, bu ilin mayında keçirilmiş turnirdə iştirak edən xarici idmançılar, komandalar və rəsmi şəxslər ölkənin yol infrastrukturunu yüksək qiymətləndiriblər.
Bununla yanaşı, bəzi marşrutlarda, xüsusilə də onların işğaldan azad olunmuş, bərpa-təmir işləri hələ tam başa çatdırılmamış hissələrində müəyyən çatışmazlıqların olduğu da aşkarlanıb.
Həmçinin oxuyun
Yarışın hər bir mərhələsinin marşrutları nəzərdən keçirilərkən AAYDA İdarə Heyətinin sədr müavini Əli Hacıyev və qurumun Nəqliyyat İnfrastrukturunun İstismarı və Təmiri Departamentinin müdiri Şahin Mustafayev son bir neçə ayda yağan güclü yağışlar nəticəsində yolların bəzi hissələrinə ziyan dəydiyini diqqətə çatdırıblar. Ortaya çıxmış problemlərin aradan qaldırılması və ya bəzi marşrutlara dəyişikliklər edilməsi üçün AAYDA və AzVİF əməkdaşlarının birlikdə bütün yollara bir daha yerində baxış keçirmələri və bundan sonra konkret qərarlar verilməsi barədə razılığa gəlinib.
Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar
Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndə heyəti Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) beynəlxalq seminarında iştirak edib.Bu barədə Citypost.az MPK-dan məlumat verilib.Qazaxıstanın paytaxtı Astanada IPC-nin dəstəyi, Qazaxıstan Milli Paralimpiya Komitəsi və Qazaxıstan Milli İdman Universitetinin təşkilatçılığı ilə beynəlxalq idman seminarı keçirilib.Seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Monqolustan və Moldovanın Milli Paralimpiya Komitələrinin nümayəndələri iştirak ediblər. MPK-nı tədbirdə mətbuat katibi Fərid Qarazadə, İdman şöbəsinin baş mütəxəssisləri Rüfət Rəhimov və Leyli Aslanova, eləcə də mütəxəssis Firdanə Allahyarova təmsil ediblər.Seminar çərçivəsində paraidmanın inkişafı, tibbi təsnifat, media və marketinq istiqamətləri üzrə təqdimatlar keçirilib, iştirakçı ölkələr arasında təcrübə mübadiləsi aparılıb. Tədbirdə Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti tərəfindən Uşaq...
16 Noyabr 2026, 17:48
Daha bir ulduz futbolçu milli karyerasını başa vurdu
Belçika millisinin hücumçusu Romelu Lukaku yığmadakı karyerasını başa vurmaq qərarına gəlib.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, milli komandadan ayrılması ilə bağlı vida məktubu yazıb.“16 il. Bu 16 il ərzində milli komandaya əlimdən gələnin ən yaxşısını verdim. Bu müddətdə, yəqin ki, mümkün olan bütün hissləri yaşadım. Həmişə minnətdar olacağım möhtəşəm komanda yoldaşlarımla oynamaq fürsəti qazandım. Onların hamısına təşəkkür etmək istəyirəm.Məni irəli aparan və komandaya fayda verməyim üçün mənə güvənən bütün məşqçilərə də minnətdaram. Bu, möhtəşəm bir yol idi və onun hər anından zövq aldım.Belçikalı azarkeşlərə komandamıza göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm....
16 Noyabr 2026, 16:14
Futbol üzrə Azərbaycan millisi bu gün Andorra ilə yoldaşlıq görüşünə çıxır
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.Citypost.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız yoldaşlıq görüşündə Andorranın qonağı olacaq.Qarşılaşma Andorranın Enkamp şəhərində yerləşən “Estadi de la FAF” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.Görüşü ispaniyalı hakim Xose Luis Munuera idarə edəcək.Bu, millimizin 2026-cı ildə keçirəcəyi sonuncu qarşılaşma olacaq.Yığmamız əvvəlki oyununda UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteyni səfərdə 1:0 hesabı ilə məğlub edib.Andorra ilə görüş Azərbaycan millisinin kapitanı Emin Mahmudov üçün də xüsusi əhəmiyyət daşıyır. Təcrübəli yarımmüdafiəçi bu qarşılaşmadan sonra milli komandadakı karyerasını başa vuracaq.Yoldaşlıq oyunu16 noyabr22:00. Andorra – AzərbaycanBaş hakim: Xose Luis Munuera...
16 Noyabr 2026, 10:48
Məhəmməd Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçu olub
Misir millisinin futbolçusu Məhəmməd Salah yığmanın tarixində ən yaxşı bombardir rekordunu yeniləyib.Citypost.az "Report"a istinadən xəbər verir ki, o, bu uğura Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Malavi ilə keçirilən ev oyununda imza atıb.Qarşılaşma Misir millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.Salah görüşdə iki dəfə fərqlənib. O, 84-cü dəqiqədə, eləcə də əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə penaltidən qol vurub.Beləliklə, 34 yaşlı hücumçunun Misir millisinin heyətində keçirdiyi 123 oyunda vurduğu qolların sayı 70-ə çatıb. O, 176 matçda 69 qol vuran Hüssam Həsəni geridə qoyaraq yığmanın tarixində ən yaxşı bombardir olub. Həsən 2026-cı il dünya çempionatında Misir millisinin baş məşqçisi vəzifəsində çalışıb.Qeyd...
14 Noyabr 2026, 13:55
Premyer Liqa: "Sabah" - "Neftçi" matçının vaxtı bəlli olub
isli Premyer Liqasının XVII turunda keçirilməsi planlaşdırılan "Sabah" - "Neftçi" oyununun vaxtı açıqlanıb.Bu barədə Citypost.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.Qarşılaşma 2027-ci il, yanvarın 23-də baş tutacaq. "Sabah Arena"dakı görüş saat 19:00-da start götürəcək.Misli Premyer LiqasıII dövrə, XVII tur22 yanvar (cümə)16:00. "Qəbələ" – "Sumqayıt"Qəbələ şəhər stadionu19:00. "Kəpəz" – "Araz-Naxçıvan"Gəncə şəhər stadionu23 yanvar (şənbə)14:00. "Şamaxı" – "Zirə"Şamaxı şəhər stadionu19:00. "Sabah" – "Neftçi""Sabah Arena"24 yanvar (bazar)15:00. "Qarabağ" – "İmişli""Azersun Arena"17:30. "Turan Tovuz" – "Şəfa"Tovuz şəhər stadionu...
13 Noyabr 2026, 17:30
Şahmatçılarımız Avropa çempionatını üç medalla başa vurdular
Azərbaycan təmsilçiləri Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatını üç medalla başa vurublar.Bu barədə Citypost.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.Belə ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova 9-cu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub etməklə yarışı maksimal nəticəylə başa vurub. Bir tur əvvəl çempionluğu təmin edən N. Abdinova 9 turda 9 xalla fenomenal nəticəyə imza atıb.18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını 7-yə çatdırıb. Bununla Davudov qitə çempionatının gümüş medalını qazanıb.8 yaşlı qızların yarışında Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsüdə yerini təmin edib. O,...
13 Noyabr 2026, 08:14