MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı
Cəmiyyət 13 Noyabr 2026, 11:30
338
Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dörd yaşayış kompleksi üzrə ümumilikdə 1049 mənzili güzəştlə satışa çıxaracaq.
Citypost.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, mənzillərin satışı dekabrın 16-da saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək. Gözləmə qaydasında mənzil seçimi isə saat 12:00-dan 13:00-dək aparılacaq. Satışa çıxarılan mənzillərdən 839-u Binəqədi, 201-i Şirvan, 5-i Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, 4-ü isə Yevlax Yaşayış Kompleksində yerləşir.
Mənzillərin qiymətləri aşağıdakı kimidir:
Hövsan Yaşayış Kompleksi:
* 4 otaqlı – 118 800 manat.
Binəqədi Yaşayış Kompleksi:
* 3 otaqlı – 98 415 manatdan;
* 4 otaqlı – 133 650 manat;
* 5 otaqlı – 211 275 manat.
Şirvan Yaşayış Kompleksi:
* 2 otaqlı – 54 815 manat;
* 3 otaqlı – 69 160 manatdan;
* 4 otaqlı – 93 765 manatdan.
Həmçinin oxuyun
Yevlax Yaşayış Kompleksi:
* 1 otaqlı – 43 225 manat;
* 3 otaqlı – 70 490 manatdan;
* 4 otaqlı – 103 740 manat.
Qiymətlərə ƏDV daxildir.
MİDA-nın məlumatına əsasən, Hövsan və Binəqədi yaşayış komplekslərində mənzillər yalnız şəxsi vəsait hesabına, Şirvan və Yevlaxda isə həm şəxsi vəsait, həm də ipoteka krediti vasitəsilə əldə edilə bilər. Güzəştli ipoteka üzrə illik faiz dərəcəsi 4%, kredit müddəti isə 3 ildən 30 ilədəkdir. Minimal ilkin ödəniş və 30 illik kredit müddəti nəzərə alınmaqla, Şirvanda aylıq ödənişlər 236 manatdan, Yevlaxda isə 186 manatdan başlayır.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.
Mənzillərin seçimi elektron qaydada “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçiriləcək. Satışda yalnız sistemdə elektron kabineti olan vətəndaşlar iştirak edə biləcəklər. Elektron kabinetin qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq bütün iştirakçılar bərabər hüquqa malikdirlər.
Mənzillərin dəqiq sahəsi, qiyməti və satış şərtləri barədə ətraflı məlumatı MİDA-nın rəsmi internet saytından əldə etmək mümkündür.
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib."Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin", başsağlığında deyilir.....
13 Noyabr 2026, 11:06
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub
Noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti də cəlb olunub.Əvvəlcə hər üç ölkənin azadlığı uğrunda canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Gürcüstan və Türkiyənin Dövlət himnləri səsləndirilib.Açılış mərasimində çıxış edən general-mayor Vüqar Əliverdiyev tədbir iştirakçılarına Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq, qarşıya qoyulan tapşırıqların...
13 Noyabr 2026, 10:35
Bu ərazilərdə qaz olmayacaq
Bu gün saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.Citypost.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 13.11.2026-cı il tarixində saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonu Gürcuva kəndinin və M.P.Vaqif, 20 Yanvar, Maşad, H.Əliyev pr., 1, M.Əsədov, M.Ə.Rəsulzadə, M.Hüseynzadə, Babək, Üçqovaq, M.Şeyxzadə, İ.Qaradağlı, Y.Nəbiyev və Nizami küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....
13 Noyabr 2026, 08:00
Vəkil TikTok-da hüquqi məsləhət verənlərə ironik münasibət bildirib
Vəkil Emin Ağaoğlu sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında hüquqi xidmətlərin təqdim olunması ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, vəkil bu barədə sosial şəbəkə hesabında yazıb.O, bəzi hüquqşünasların gün ərzində fasiləsiz canlı yayımlar açaraq, qeyri-ənənəvi şəraitdə hüquqi məsləhətlər verməsinə ironik münasibət bildirib.Emin Ağaoğlu paylaşımında bir qədər əvvəl TikTok-da qarşılaşdığı mənzərədən təəccübləndiyini qeyd edib. Onun sözlərinə görə, bir xanım yataq otağında, pijamada makiyaj edə-edə canlı yayım vasitəsilə hüquqi məsləhətlər verir, hətta konsultasiyanın 30 manat olduğunu bildirərək xidmətin ofisdə və ya ev şəraitində göstərilməsinin fərq etmədiyini vurğulayır.“Artıq hüquqi xidmətlər də ölkəmizdə TikTok üzərindən sürətlə aparılır. Maşallah, dayanmadan 24 saat canlı yayımda xidmət...
13 Noyabr 2026, 01:17
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
Türkiyədə silahlı cinayətkar qruplaşmaya qarşı aparılan istintaq çərçivəsində "Barış Boyun Cinayət Təşkilatı"nın rəhbərlərindən biri kimi müəyyən edilən Mehmet Recep Demir Azərbaycanda saxlanılıb.Citypost.az oxu.az-a istinadən xəbər verir ki, Demir barəsində ümumilikdə 48 axtarış qərarı çıxarılıb.Demir Azərbaycanda dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs edilib.Bundan sonra Türkiyə Baş Prokurorluğu Demirin Türkiyəyə ekstradisiyası üçün Azərbaycanın məhkəmə orqanlarına sorğu göndərib.
12 Noyabr 2026, 23:44
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 12-də Sıfır Tullantı Muzeyinin açılışı olub.Citypost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva, COP31-də iştirak edən dövlət və hökumət başçılarının xanımları, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslər Məsləhət Şurasının üzvləri açılış mərasimində iştirak ediblər.Muzeyin açılışını bildirən lent tədbir iştirakçılarının iştirakı ilə kəsilib.Türkiyənin Sıfır Tullantı Fondu tərəfindən COP31 çərçivəsində yaradılan muzey 2017-ci ildə əsası qoyulan Sıfır Tullantı Layihəsinin milli və beynəlxalq miqyasda inkişaf yolunu əks etdirir.Muzeyin əsas məqsədi gündəlik həyatda istifadə olunan əşyaların...
12 Noyabr 2026, 22:03