Əməkhaqqı ilə bağlı 200 milyon manatlıq təklif: Nələr dəyişəcək?
İqtisadiyyat 12 Noyabr 2026, 13:48
352
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov minimum əməkhaqqının gəlir vergisindən azad olunmasını təklif edib. O bildirib ki, minimum əməkhaqqı alan vətəndaşların gəlirləri yüksək olmadığına görə vergiyə cəlb olunması arzuolunan deyil.
Maraqlıdır, bu təklif qəbul olunarsa, işçilər ilə minimum əməkhaqqı əsasında əmək müqaviləsi bağlanması tendensiya halını ala bilərmi?
Citypost.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran deputat Vüqar Bayramov vurğulayıb ki, nominal minimum əməkhaqqı ilə real minimum əməkhaqqı arasında fərqlər mövcuddur:
"Əksər ölkələrdə minimum əməkhaqqı vergidən azaddır, biz də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsinin tərəfdarıyıq. Çünki nominal minimum əməkhaqqı ilə real minimum əməkhaqqı arasında fərq var. Hazırda minimum əməkhaqqı 400 manatdır və növbəti ildən etibarən Prezidentin göstərişinə uyğun olaraq minimum əməkhaqqının da artırılması nəzərdə tutulur.
Eyni zamanda, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə hər il baxılması və artırılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, minimum əməkhaqqı hər il artırılacağı üçün həmin məbləğin vergidən azad olunması daha məqsədəuyğundur. Çünki hazırda minimum əməkhaqqından həm gəlir vergisi, həm məcburi dövlət sosial sığorta haqqı, həm işsizlikdən sığorta haqqı, həm də icbari tibbi sığorta haqqı tutulur.
Bu isə onu göstərir ki, praktik olaraq minimum əməkhaqqının bir hissəsi vergi və digər tutulmalar şəklində ödənilir. Hazırda özəl sektorda çalışanlar üçün 2 500 manatadək olan gəlir 3 faiz dərəcəsi ilə vergiyə cəlb olunur və 200 manatlıq vergi güzəşti tətbiq edilir. Ona görə də hazırkı minimum əməkhaqqı üzrə gəlir vergisi belə hesablanır: 400 manatdan 200 manat çıxılır və qalan məbləğin 3 faizi, yəni 6 manat gəlir vergisi tutulur.
Lakin növbəti ildən etibarən özəl sektorda gəlir vergisi 5 faizə çatacaq. Bu isə o deməkdir ki, növbəti ildən minimum əməkhaqqından tutulan gəlir vergisinin məbləği də artacaq.
Məcburi dövlət sosial sığorta haqqı 26 manat təşkil edir. Belə ki, 200 manatadək olan hissənin 3 faizi, 200 manatdan artıq olan hissənin isə 10 faizi tutulur. İşsizlikdən sığorta haqqı 2 manat, icbari tibbi sığorta haqqı isə 8 manatdır.
Göründüyü kimi, minimum əməkhaqqından həm vergilər, həm də digər sosial sığorta ödənişləri tutulur. Bu da real minimum əməkhaqqı məbləğinin nominal minimum əməkhaqqından fərqlənməsinə səbəb olur.
Həmçinin oxuyun
Ona görə də bizim təklifimiz minimum əməkhaqqının vergidən azad edilməsidir. Bu, xüsusilə aşağı əməkhaqqı alan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə töhfə verə bilər. Minimum əməkhaqqı səviyyəsində gəlir əldə edən vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılması baxımından belə bir addımın atılması vacibdir".
Deputat bu istiqamətdə addımların atılmasını məqsədəuyğun hesab edib:
"İlkin qiymətləndirmələrə görə, minimum əməkhaqqının vergidən azad edilməsinin büdcəyə təsiri təxminən 200 milyon manat təşkil edə bilər. Lakin hesab edirik ki, digər mənbələr hesabına bu vəsaiti kompensasiya etməklə, eləcə də vergi bazasını gücləndirmək və genişləndirməklə minimum əməkhaqqının vergidən azad edilməsi məsələsinə baxmaq, bu istiqamətdə addımlar atmaq mümkündür.
Minimum əməkhaqqının vergidən azad olunması ilə bağlı təklifin əsas mahiyyəti vətəndaşlarımızın real və nominal əməkhaqqı arasındakı fərqin minimuma endirilməsindən ibarətdir. Söhbət əslində gəlir vergisindən azadolunmadan gedir. Çünki sosial ödənişlər vətəndaşların pensiya kapitalının formalaşması baxımından vacibdir.
Hazırda özəl sektorda gəlir vergisi 3 faiz təşkil edir, növbəti ildən etibarən isə 5 faiz olacaq. Dövlət sektorunda bu göstərici 14 faizdir. Əmək müqaviləsinin bağlanması isə işləyən hər bir şəxs üçün məcburi və qanunun tələbidir.
Lakin bu təklif əmək müqavilələrinin sayına deyil, birbaşa az maaş alan vətəndaşlarımızın əməkhaqqı məbləğinə, daha dəqiq desək, onların real gəlirlərinə təsir göstərəcək.
Nəzərə alsaq ki, bu halda vergidən azad edilən məbləğ 200 manat deyil, minimum əməkhaqqı həcmində olacaq, bu, hətta minimum əməkhaqqından nisbətən yüksək maaş alan vətəndaşlarımızın da real əməkhaqqının artmasına səbəb ola bilər".
Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib
Azərbaycan və Vyetnam arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.Citypost.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsveçrənin Cenevrə şəhərinə səfər çərçivəsində noyabrın 10-11-də Ümumdünya İnvestisiyaların Təşviqi Agentlikləri Assosiasiyasının (WAIPA) təşkilatçılığı ilə keçirilən 30-cu Ümumdünya İnvestisiya Konfransında (WIC 2026) iştirak edib.Konfrans çərçivəsində "Qlobal investisiyaların növbəti onilliyi" mövzusunda Nazirlərin Dəyirmi Masası təşkil olunub. İqtisadiyyat nazirinin birinci müavini tədbirdə Azərbaycanda formalaşdırılmış əlverişli biznes mühiti, investisiya siyasətinin əsas prioritetləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, investorlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb. İnvestisiyaların...
11 Noyabr 2026, 17:41
Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK – Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək.Bu yenilik hansı üstünlükləri vəd edir?Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, ölkədə pensiyaların ödənilməsi sahəsində bank monopoliyası mövcuddur:“Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da bizimlə görüşdə qeyd edib. Pensiyaçılara pensiyalarını müxtəlif banklardan almaq imkanı yaradılarsa, bu, ilk növbədə, onlar üçün rahatlıq təmin edər. İnsanlar özlərinə yaxın olan bankı seçə bilər, eyni zamanda, bir bankın bankomatları qarşısında yaranan növbələr azalaraq müxtəlif banklar arasında bölünər. Beləliklə, bank monopoliyası da aradan qalxar....
11 Noyabr 2026, 09:35
Gürcüstan Azərbaycandan içki alışını artırıb
Gürcüstan 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycandan 51 milyon ABŞ dolları dəyərində ərzaq məhsulları və içkilər idxal edib.Citypost.az “Report”a istinadən xəbər verir ki, Gürcüstanın statistika məlumatlarına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz artıb.Hesabat dövründə Gürcüstanın ümumi ərzaq və içki idxalı isə 15,5 faiz artaraq 1 milyard 745 milyon dollara çatıb.
10 Noyabr 2026, 18:15
"Gilan Holding"ə daxil olan şirkətə maya qoyuldu
"Gilan Holding" şirkətlər qrupuna daxil olan şirkətə maya qoyulub.Citypost.az Yurd.Media-ya istinadən xəbər verir ki, "Business Management Group Companies" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalını 150 min manat artıraraq 9 198 500 manata çatdırıb.Qeyd edək ki, "Gilan Holding"in 2019-cu ildə təsis etdiyi "Business Management Group Companies" MMC-nin direktoru Zülfiqar Babayevdir.
10 Noyabr 2026, 13:35
Bəzi ikinci əl avtomobillər ucuzlaşacaq
Azərbaycanda rəsmi dilerlərin satdığı bəzi ikinci əl avtomobillərə əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsi təklif olunur. Layihə qəbul edilərsə, həmin avtomobillərin qiymətinin azalmasına imkan yarana bilər.Citypost.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər”in reportajında məlumat verilib.Milli Məclisdə müzakirə olunan layihəyə əsasən, ƏDV-nin avtomobilin tam satış qiymətindən deyil, yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.Məsələn, diler avtomobili 20 min manata alıb 22 min manata satarsa, verginin hesablanmasında 2 min manatlıq fərq əsas götürüləcək.Deputat Vüqar Bayramov bildirib ki, təklif rəsmi dilerlərin nağdsız qaydada əldə etdiyi, istehsal tarixindən beş ildən artıq keçməyən ikinci əl avtomobillərin fiziki şəxslərə satışını əhatə edəcək. Güzəştin üç il...
10 Noyabr 2026, 12:18
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
"Sea Breeze" layihəsinin təsisçisi və sahibi, "Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları investisiya yatırmağa hazır olduğunu bildirib."Report" Afrika mətbuatına istinadən xəbər verir ki, bu barədə monarx III Msvati məlumat verib.Onun sözlərinə görə, E.Ağalarov krallığa 1,65 milyard lilangeni investisiya yatırmaq öhdəliyi götürüb. E.Ağalarovun bu açıqlamanı Mbabane və Manzini şəhərləri arasında yerləşən mənzərəli turizm vadisi olan Ezulvinidə verdiyi bildirilir."Bu öhdəlik kiçik Cənubi Afrika krallığının investisiya konfransları və monarxın beynəlxalq dövlət səfərləri vasitəsilə xarici kapitalın cəlb edilməsi istiqamətində göstərdiyi səylərdə növbəti mühüm addım oldu", - nəşrdə qeyd olunur.Bu vədin Msvatinin may ayında Azərbaycana səfərindən sonra verildiyi vurğulanır....
09 Noyabr 2026, 18:43