Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK – Vətəndaşlar sevinəcək
İqtisadiyyat 11 Noyabr 2026, 09:35
417
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək.
Bu yenilik hansı üstünlükləri vəd edir?
Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, ölkədə pensiyaların ödənilməsi sahəsində bank monopoliyası mövcuddur:
“Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da bizimlə görüşdə qeyd edib. Pensiyaçılara pensiyalarını müxtəlif banklardan almaq imkanı yaradılarsa, bu, ilk növbədə, onlar üçün rahatlıq təmin edər. İnsanlar özlərinə yaxın olan bankı seçə bilər, eyni zamanda, bir bankın bankomatları qarşısında yaranan növbələr azalaraq müxtəlif banklar arasında bölünər. Beləliklə, bank monopoliyası da aradan qalxar. Adətən insanlar əməkdaşlıq etdikləri və pensiyalarını aldıqları banklardan daha çox kredit götürür, digər bank xidmətlərindən istifadə edir və həmin bankın kartlarına üstünlük verirlər. Bu baxımdan, digər bankların da sistemə cəlb olunması onlara bərabər rəqabət imkanları yaradar”.
İqtisadçı bildirib ki, əməkhaqqı ilə bağlı qərarı müəssisələr verir:
Həmçinin oxuyun
“Hansı bankla işləmək və əməkhaqlarını hansı bank vasitəsilə ödəmək müəssisənin öz seçimidir. Bu sahədə konkret bir bankın ölkə üzrə monopoliyasından danışmaq olmaz. Bununla belə, müəyyən amillər nəticəsində bəzi banklar əməkhaqqı ödənişlərində daha çox üstünlük əldə edə bilər. Hətta bu prosesdə qeyri-şəffaf prinsiplər, müxtəlif təzyiqlər və ya ayrı-ayrı şəxslərin maraqları da rol oynaya bilər. Digər bankların da bu sistemə qoşulması əməkhaqqı alan şəxslərə özləri üçün daha əlverişli və yaxın bankı seçmək imkanı verəcək. Eyni zamanda, banklar arasında rəqabət şəraiti bərabərləşəcək ki, bu da bütövlükdə bank sektoru üçün müsbət haldır”.
E.Rəşidov qeyd edib ki, bu dəyişiklikdən müəyyən mənada itirən tərəf isə şirkətlər olacaq:
“Belə ki, şirkət əvvəllər əməkhaqqı vəsaitlərini bir banka köçürürdüsə, indi bir neçə bankla əməkdaşlıq etməli olacaq. Əvvəlki sistemdə şirkətlər bir bankla işlədiklərinə görə bəzi xidmətlər üzrə endirimlər əldə edir, daha rahat xidmət alır və mühasibatlıq işlərini asanlaşdırırdılar. Yeni qaydalar isə mühasibatlıq yükünü artıra və şirkətlərin müəyyən güzəştlərdən məhrum olmasına səbəb ola bilər”.
Gürcüstan Azərbaycandan içki alışını artırıb
Gürcüstan 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycandan 51 milyon ABŞ dolları dəyərində ərzaq məhsulları və içkilər idxal edib.Citypost.az “Report”a istinadən xəbər verir ki, Gürcüstanın statistika məlumatlarına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz artıb.Hesabat dövründə Gürcüstanın ümumi ərzaq və içki idxalı isə 15,5 faiz artaraq 1 milyard 745 milyon dollara çatıb.
10 Noyabr 2026, 18:15
"Gilan Holding"ə daxil olan şirkətə maya qoyuldu
"Gilan Holding" şirkətlər qrupuna daxil olan şirkətə maya qoyulub.Citypost.az Yurd.Media-ya istinadən xəbər verir ki, "Business Management Group Companies" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalını 150 min manat artıraraq 9 198 500 manata çatdırıb.Qeyd edək ki, "Gilan Holding"in 2019-cu ildə təsis etdiyi "Business Management Group Companies" MMC-nin direktoru Zülfiqar Babayevdir.
10 Noyabr 2026, 13:35
Bəzi ikinci əl avtomobillər ucuzlaşacaq
Azərbaycanda rəsmi dilerlərin satdığı bəzi ikinci əl avtomobillərə əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsi təklif olunur. Layihə qəbul edilərsə, həmin avtomobillərin qiymətinin azalmasına imkan yarana bilər.Citypost.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər”in reportajında məlumat verilib.Milli Məclisdə müzakirə olunan layihəyə əsasən, ƏDV-nin avtomobilin tam satış qiymətindən deyil, yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.Məsələn, diler avtomobili 20 min manata alıb 22 min manata satarsa, verginin hesablanmasında 2 min manatlıq fərq əsas götürüləcək.Deputat Vüqar Bayramov bildirib ki, təklif rəsmi dilerlərin nağdsız qaydada əldə etdiyi, istehsal tarixindən beş ildən artıq keçməyən ikinci əl avtomobillərin fiziki şəxslərə satışını əhatə edəcək. Güzəştin üç il...
10 Noyabr 2026, 12:18
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
"Sea Breeze" layihəsinin təsisçisi və sahibi, "Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları investisiya yatırmağa hazır olduğunu bildirib."Report" Afrika mətbuatına istinadən xəbər verir ki, bu barədə monarx III Msvati məlumat verib.Onun sözlərinə görə, E.Ağalarov krallığa 1,65 milyard lilangeni investisiya yatırmaq öhdəliyi götürüb. E.Ağalarovun bu açıqlamanı Mbabane və Manzini şəhərləri arasında yerləşən mənzərəli turizm vadisi olan Ezulvinidə verdiyi bildirilir."Bu öhdəlik kiçik Cənubi Afrika krallığının investisiya konfransları və monarxın beynəlxalq dövlət səfərləri vasitəsilə xarici kapitalın cəlb edilməsi istiqamətində göstərdiyi səylərdə növbəti mühüm addım oldu", - nəşrdə qeyd olunur.Bu vədin Msvatinin may ayında Azərbaycana səfərindən sonra verildiyi vurğulanır....
09 Noyabr 2026, 18:43
Aktiv ƏDV ödəyicilərinin sayı 7,5% artıb
Noyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 faiz artaraq 905.579-a çatıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.Bildirilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 7,5 faiz artaraq 62.779 təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,8 faiz artıb və 248.695 olub.
06 Noyabr 2026, 17:43
Azərbaycan nefti 113 dollardan 106 dollara gerilədi
Dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşaraq 107 dollardan aşağı düşüb.Citypost.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,64 ABŞ dolları və ya 5,85% azalaraq 106,81 ABŞ dollarına düşüb.Bundan əvvəl Azərbaycan nefti 113,45 ABŞ dollarına ticarət edilmişdi.Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
05 Noyabr 2026, 10:00