Bizə yazın

Baku

-°C

USD

-

Neft Fondunun aktivləri 60 mlrd. dolları ötüb

İqtisadiyyat 28 Yanvar 2025, 18:14

495

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2024-cü il dekabr ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 7,1% artaraq 60 031,4 milyon ABŞ dolları təşkil edib.

Citypost.az xəbər verir ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 18 039,0 milyon manat, büdcə xərcləri isə 12 896,4 milyon manat təşkil edib.

2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 243,7 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 11 461,4 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil edib.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 5 795,3 milyon manat təşkil etməklə investisiya portfeli üzrə gəlirlilik 6% olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 12 781,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2024-cü ilin yanvar-dekabr aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 34,0 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 47,3 milyon manat yönəldilmişdir. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 34,1 milyon manat təşkil etmişdir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 1 592,2 milyon manat təşkil etmişdir.

2024-cü ildə aktivlərin artımı ARDNF-nin vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.

İl ərzində səhm bazarlarında müşahidə olunan müsbət tendensiyanın 4-cü rübdə də davam etməsi Fondun aktivlərinə öz töhfəsini vermişdir. Bunun səbəbləri kimi isə ümumilikdə böyük texnologiya şirkətlərinin bazar dəyərlərində artımın davam etməsi, ABŞ-də keçirilən seçkilərdən sonra şirkətlərin gəlirliliyinə müsbət təsir edə biləcək əlverişli biznes mühiti ilə bağlı investor gözləntiləri göstərilə bilər.

Eyni zamanda, aparıcı mərkəzi banklar tərəfindən faiz dərəcələrinin azaldılmasının davam etdirilməsinə baxmayaraq, dövlət istiqrazlarının gəlirlilik dərəcələrində son rübdə artımlar müşahidə olunmuşdur. Bu artımlar istiqraz bazarlarında müəyyən geriləmələrə səbəb olsa da, il ərzində orta gəlirliyinin yüksək olması Fondun borc öhdəlikləri altportfeli üçün ili müsbət nəticələrlə yekunlaşdırmağa şərait yaratmışdır. Gəlirlilik dərəcələrindəki sözügedən artımlar əsasən uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunmuşdur ki, buna başlıca olaraq inflyasiya və artan dövlət borcları kimi iqtisadi göstəricilərdəki qeyri-müəyyənliklər səbəb olub.

İl ərzində qızıl qiymətində artımın son rübdə yavaşlamasına baxmayaraq, sadalanan aktiv bütövlükdə 2024-cü ildə Fondun büdcədənkənar gəlirlərinə əhəmiyyətli töhfə verib. Yüksək geosiyasi risklər, il ərzində bir çox ölkələrdə seçkilərin keçirilməsi və mərkəzi banklar tərəfindən artan tələb qızıl qiymətlərinin yüksəlməsini şərtləndirən başlıca amillərdən hesab olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qarabağ üçün büdcədən nə qədər pul ayrılıb?  

2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb.

14 Mart 2025, 11:44

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyərək 3 000 ABŞ dollarını ötüb.Citypost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,32% artaraq 3 000,8 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,84% artaraq 34,6 ABŞ dollarına bərabər olub.

14 Mart 2025, 10:14

Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.Citypost.az-ın məlumatına görə, 2025-ci il martın 14-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, təşkil edib. Rusiyanın 100 rublu 1,9726 manata kimi bahalaşıb, Türkiyə lirəsi 0,0463 manata kimi, avro isə 1,8431 manatadək ucuzlaşıb.1 ABŞ dollarıUSD1,71 AvroEUR1,84311 Avstraliya dollarıAUD1,071 Belarus rubluBYN0,53061 Bolqarıstan leviBGN0,94241 BƏƏ dirhəmiAED0,4629100 Cənubi Koreya vonuKRW0,11691 Çexiya kronuCZK0,07361 Çin yuanıCNY0,23481 Danimarka kronuDKK0,2471 Gürcüstan larisiGEL0,61281 Honq Konq dollarıHKD0,21871 Hindistan rupisiINR0,01951 Britaniya funt sterlinqiGBP2,200110 000 İran rialıIRR0,02911 İsveç kronuSEK0,16651 İsveçrə frankıCHF1,9231 İsrail şekeliILS0,46311 Kanada dollarıCAD1,17821 Küveyt dinarıKWD5,5157100 Qazaxıstan tengəsiKZT0,3411 Qətər RealıQAR0,46641 Qırğızıstan somuKGS0,0194100 Macarıstan forintiHUF0,46091 Moldova leyiMDL0,09571 Norveç kronuNOK0,159100 Özbəkistan somuUZS0,0132100 Pakistan rupisiPKR0,60711 Polşa zlotısıPLN0,44051...

14 Mart 2025, 10:00

Azərbaycan neftinin qiyməti 74 dolları keçib  

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

13 Mart 2025, 10:47

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI  

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma çörəyin, makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, uşaq qidası üçün quru süd qarışığının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, şokolad məmulatlarının, meyvə şirələrinin qiymətlərində müşahidə olunub.Bu barədə 

12 Mart 2025, 13:29

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.Citypost.az xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.Qeyd edilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmaqda davam edib. Belə ki, 2025-ci ilin yanvar ayında 12 aylıq inflyasiya 5.4% olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5%,...

12 Mart 2025, 11:14