"WhatsApp"dan internet paketi almaq mümkün olacaq
Maraqlı 26 Noyabr 2026, 14:14
389
“WhatsApp” istifadəçilərə tətbiqdən çıxmadan eSIM internet paketləri almaq imkanı verən yeni funksiya üzərində işləyir.
Citypost.az Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə “WABetaInfo” saytı məlumat yayıb.
Məlumata görə, “1Global” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan yenilik xarici ölkələrə səfər edən istifadəçilərə yerli SIM-kart almadan internetə qoşulmağa imkan verəcək. İstifadəçilər səfər edəcəkləri ölkəni seçərək sabit həcmli və ya limitsiz internet paketləri arasından seçim edə biləcəklər.
Paket alındıqdan sonra eSIM telefona avtomatik quraşdırılacaq və cihaz təyinat ölkəsində mobil şəbəkəyə qoşulduqda aktivləşəcək. “WhatsApp” internet paketinin istifadəyə başladığı barədə istifadəçiyə bildiriş də göndərəcək.
Həmçinin oxuyun
Yeni funksiya əsas telefon nömrəsinə təsir etməyəcək. Belə ki, istifadəçilər əsas SIM-kartlarını çıxarmadan eSIM vasitəsilə xaricdə internetdən yararlana biləcəklər. İstəyənlər isə eSIM-ə aid nömrəni tətbiqdə ikinci hesab kimi qeydiyyatdan keçirə biləcəklər.
İnternet paketi bitdikdə və ya müddəti başa çatdıqda istifadəçiyə xəbərdarlıq göndəriləcək. Yeni paketi yenidən eyni bölmədən almaq mümkün olacaq.
Qeyd edək ki, funksiya hazırda “Android” üçün “WhatsApp” beta versiyasının 2.26.47.4 yeniləməsində hazırlanır. Yenilik hələlik istifadəçilər üçün əlçatan deyil və onun geniş istifadəyə veriləcəyi tarix açıqlanmayıb.
Dünyanın ən bahalı, ən ucuz, ən təhlükəsiz və ən xoşbəxt ölkələri – MARAQLI FAKTLAR
Dünya ölkələri yalnız ərazilərinin böyüklüyü, əhalisinin sayı və iqtisadi gücü ilə deyil, həm də yaşayış xərcləri, təhlükəsizlik səviyyəsi, sosial rifah, korrupsiya, dövlət borcu və insanların xoşbəxtlik səviyyəsi ilə bir-birindən fərqlənir. Bəzi ölkələr yüksək həyat səviyyəsi və güclü iqtisadiyyatı ilə seçildiyi halda, digərləri yoxsulluq, siyasi qeyri-sabitlik və təhlükəsizlik problemləri ilə mübarizə aparır. Maraqlıdır ki, dünyanın ən bahalı ölkələrindən biri hesab edilən İsveçrə ilə ən ucuz ölkələr sırasında göstərilən Pakistan arasında yaşayış xərcləri baxımından böyük fərq mövcuddur. Eyni zamanda, bəzi dövlətlər təhlükəsizlik və ədalət sisteminə görə nümunə göstərildiyi halda, digərləri beynəlxalq reytinqlərdə son sıralarda yer alır. Citypost.az-ın məlumatına görə, dünyanın ən bahalı ölkələrindən...
26 Noyabr 2026, 11:00
Uğurlu insanların geyim sirri: Niyə qarderoblarında seçimləri azaldırlar?
Bəzi zəngin və uğurlu insanların gündəlik həyatında diqqət çəkən maraqlı xüsusiyyətlərdən biri geyim seçimlərinə münasibətləridir. Onlar bəzən günlərlə, hətta illərlə demək olar ki, eyni üslubda geyinirlər. Qarderoblarında çoxsaylı geyimlər olsa belə, gündəlik həyatlarında bir neçə sadə və rahat kombinasiya ilə kifayətlənirlər. İlk baxışdan bu, sadəcə şəxsi zövq və ya dəb seçimi kimi görünə bilər. Lakin davranış psixologiyası baxımından bu vərdişin arxasında daha fərqli səbəb dayanır: qərar yorğunluğu.Citypost.az-ın məlumatına görə, insan hər gün səhər yuxudan oyandığı andan etibarən çoxsaylı qərarlar qəbul edir. Nə yeyəcəyimiz, hansı marşrutla işə gedəcəyimiz, hansı işdən başlayacağımız, kimə zəng edəcəyimiz və gün ərzində hansı məsələlərə vaxt ayıracağımız...
26 Noyabr 2026, 10:00
Viruslar insan hüceyrəsini necə ələ keçirir? – GÖZƏGÖRÜNMƏZ DÜŞMƏNİN SİRLƏRİ
İnsan gözü ilə görmək mümkün olmayan viruslar ölçülərinin son dərəcə kiçik olmasına baxmayaraq, təbiətdəki ən mürəkkəb bioloji proseslərdən birinə təsir göstərə bilirlər. Bu mikroskopik strukturlar canlı orqanizmlərə daxil olduqda hüceyrələrin normal fəaliyyətini dəyişdirə, onların daxili mexanizmlərindən istifadə edərək öz nüsxələrini yarada bilirlər. Virusların ən maraqlı xüsusiyyətlərindən biri də məhz budur: onlar özbaşına çoxalmaq qabiliyyətinə malik deyillər, lakin uyğun hüceyrəyə daxil olduqdan sonra həmin hüceyrənin istehsal sistemini öz məqsədləri üçün istifadə edə bilirlər.Citypost.az xəbər verir ki, virusların quruluşu ilk baxışdan sadə görünsə də, onların fəaliyyət mexanizmi olduqca mürəkkəbdir. Əksər virusların əsas quruluşunu genetik məlumatı daşıyan DNT və ya RNT molekulu, eləcə...
26 Noyabr 2026, 09:00
Tüklərinə toxunmaq belə təhlükəlidir: Dünyanın zəhərli quşlarından biri olan Pitohui
Təsəvvür edin ki, bir quşun tüklərinə sadəcə toxunmaq belə dəridə keyimə, yanma və digər xoşagəlməz reaksiyalara səbəb ola bilər. İlk baxışdan qeyri-adi görünsə də, təbiətdə belə bir canlı mövcuddur. Yeni Qvineyanın sıx tropik meşələrində yaşayan zəhərli Pitohui quşu dünyanın ən maraqlı və təhlükəli quş növlərindən biri hesab olunur. Parlaq narıncı rəngli bədəni və qara başı ilə diqqət çəkən bu quş yalnız görünüşü ilə deyil, bədənində daşıdığı güclü toksinlə də alimlərin marağına səbəb olub.Citypost.az xəbər verir ki, Pitohui quşunun ən qeyri-adi xüsusiyyəti onun dərisində və lələklərində batraxotoksin adlı güclü sinir zəhərinin olmasıdır. Bu maddə Cənubi və Mərkəzi Amerikada yaşayan bəzi zəhərli...
25 Noyabr 2026, 10:30
Quşlar qarışqalardan müalicə vasitəsi kimi istifadə edir: Təbiətin maraqlı müdafiə üsulu
Quşların özlərini parazitlərdən qorumaq üçün qarışqalardan istifadə etdiyini bilirdinizmi? Təbiətdə canlıların sağ qalmaq və özlərini müxtəlif təhlükələrdən qorumaq üçün inkişaf etdirdikləri davranışlar bəzən insanı heyrətə gətirir. Bu maraqlı nümunələrdən biri də quşların qarışqalar vasitəsilə tüklərinə qulluq etməsi və parazitlərdən xilas olmağa çalışmasıdır. Elmi ədəbiyyatda “anting” adlandırılan bu davranış quşların qarışqaların ifraz etdiyi kimyəvi maddələrdən istifadə etməklə bədənlərini qorumaq üsullarından biri hesab olunur.Citypost.az xəbər verir ki, bu davranış zamanı quşlar qarışqa yuvalarının yaxınlığına gəlir, qanadlarını açaraq yerə uzanır və qarışqaların bədənlərinin, xüsusilə də tüklərinin arasında hərəkət etməsinə imkan yaradırlar. Bəzi hallarda isə qarışqaları dimdikləri ilə bir-bir tutaraq qanadlarının və quyruqlarının arasına...
25 Noyabr 2026, 09:30
Quyruqsuz qamçı əqrəbi: Qorxulu görünüşünün arxasında gizlənən qeyri-adi ovçu
Tropik meşələrin qaranlıq mağaralarında, ağacların çürümüş gövdələrinin içərisində və nəmli qayalıqların arasında yaşayan bəzi canlılar görünüşləri ilə insanlarda qorxu və heyrət hissi yaradır. Onlardan biri də quyruqsuz qamçı əqrəbidir. İlk baxışdan nəhəng qısqacları, uzun və nazik ön ətrafları, yastı bədəni ilə sanki fantastik filmlərdəki qorxulu məxluqları xatırladan bu canlı əslində təbiətin ən maraqlı ovçularından biridir. Lakin adına və zahiri görünüşünə baxmayaraq, o, nə həqiqi əqrəbdir, nə də zəhərli quyruğa malikdir. Ən maraqlı xüsusiyyətlərindən biri isə qaranlıq mühitdə ovunu tapmaq üçün qeyri-adi hiss orqanlarından istifadə etməsidir.Citypost.az-ın məlumatına görə, quyruqsuz qamçı əqrəbləri hörümçəkkimilər sinfinə aid olan buğumayaqlılardır. Onların elmi təsnifatında Amblypygi dəstəsi...
25 Noyabr 2026, 08:30